Ermənistan üçün oyunun sonu Paşinyan


Siyasət 19 May 2023 17:52:00 123 0

Ermənistan üçün oyunun sonu  Paşinyan

Rəsmi İrəvan dünya ictimaiyyətini çaşdırmaq üçün istər informasiya, istər diplomatik, istərsə də hərb nəzərdən müxtəlif cinahlardan Azərbaycana qarşı pressinqini gücləndirib. Bu məsələdə təbii ki, rəsmi İrəvan tək deyil. Nikol Paşinyan hakimiyyəti həmişə olduğu kimi indi də havadarlarının şirin vədlərinə aldanaraq Bakı ilə sülh danışıqlarına xələl gətirmək üçün hər oyundan çıxmaqdadır.

Ermənistan tərəfi mayın 14-də Brüssel görüşü ərəfəsində intensiv olaraq Azərbaycanla şərti sərhəddə hərbi təxribatlar törətdi. Lakin 10 noyabr üçtərəfli bəyanatından bu yana hər dəfə olduğu kimi bu dəfə də ağır zərbə alan, diplomatik və hərb meydanında əli zəifləyən tərəf Ermənistan oldu. Azərbaycan Ermənistanın hərbi təxribatlarına gördüyü cavab tədbirləri nəticəsində rəsmi İrəvanın nəyinki planlarının həyata keçməsinə mane oldu, üstəlik sülh danışıqları ilə bağlı tələblərini daha da sərtləşdirdi, daha əlverişli mövqedə qərarlaşmasında əlavə imkanlar yaratdı.

Məhz geridə qalan 3-4 gün ərzində Ermənistanın fərqli məcrada Azərbaycanın "üzərinə gəlməsinin" şahidiyik. Belə ki, böyük təxribatlardan böyük itkilərlə ayrıldığını görən Ermənistan artıq Azərbaycana qarşı fərqli - daha hiyləgər planlarını işə salıb. Dönüb son bir neçə günə baxanda görə bilərik ki, Ermənistan bu dəfə dünya ictimaiyyətini aldatmaqla Bakını hədəf taxtasına çevirmək məqsədi ilə daha hiyləgər libasını geyinib:

⚫️ Ermənilərdən Azərbaycan ordusunun hərbi formasında təxribat

Erməni sosial şəbəkələrində Azərbaycana qarşı təbliğat üçün çəkilən növbəti iyrənc tamaşalardan birinin şahidi olduq. Adətən bu cür çəkilişləri düşmən tərəfindən daha çox 44 günlük Vətən müharibəsi zamanı görürdük. Demək ki, Ermənistan üçün sülh yox, savaş yenidən başlayıb.

Həmin videoda guya Azərbaycan Ordusunun əsgərlərinin Qarabağın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında məskunlaşan dinc erməni sakinlərə qarşı kobudluq etdiyi, onları "tarlada işləməyə" qoymadığını nümayiş etdirməyə cəhd ediblər.

Ən vacib məqam ondan ibarətdir ki, Azərbaycan Ordusunun hərbçiləri Qarabağda yaşayan erməni əhali ilə heç vaxt təmasda olmadığı halda erməni ssenaristlər və burda "kütləvi səhnədə" iştirak edən oyunbazların məqsədi aydındır: bu videolarla Qarabağın dinc erməni sakinlərinin azərbaycanlı əsgərlərin təzyiqinə məruz qaldığını göstərməyə çalışmaqla dünya ictimaiyyəti Azərbaycanın üzərinə qaldırmağa açışırlar. Ermənistan tərəfi eyni zamanda bu cür "epizodik səhnələrlə" dünyaya, Cənubi Qafqazda sülhü təşviq edən beynəlxalq oyunçuları inandırmağa çalışırlar ki, Azərbaycan soydaşlarımızın təhlükəsizliyi məsələsinə indidən dırnaqarası yanaşırlarsa, sonra onların sərbəst, tamhüquqlu Azərbaycan vətəndaşı kimi yaşamasına necə təminat verə bilər axı?!

⚫️ Bir neçə gündür erməni mediası və siyasətçiləri tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə Xankəndiyə getməyə Azərbaycan sərhədçilərinin izn vermədiyi barədə yaydıqları dezinformasiyanın da səbəb və məqsədi eynidir. Lakin artıq bu gün də daxil olmaqla BQXK əməkdaşlarının Laçında sərhəd-keçid məntəqəmizdən keçərək hər iki istiqamətdə sərbəst hərəkət etdikləri ilə bağlı kadrlar Ermənistanın Azərbaycana qarşı növbəti qarayaxma kompaniyasını ifşa etdi.

Təxribatlarının bir fayda vermədiyini, Qarabağın erməni əhalisinin baş-qulağını nə qədər anti-Azərbaycan informasiyalarla zəhərləsələr də, etnik ermənilər artıq hər ötən gün daha çox görürlər ki, heç də hər şey qondarma rejim qalıqlarının, Ermənistan hökümətinin dediyi kimi deyil və Azərbaycanda bu ölkənin vətəndaşı kimi yaşamağa mane olacaq ən böyük əngəl elə məhz separatçılar və onlara bu təlimatları verən rəhbərləridir.

Ermənilərin Laçın postunda yoxlanılması ilə bağlı görüntülər artıq hər şeyin normallaşmağa doğru irəlilədiyini deyir. Laçın postunda erməni əhalisi ilə birbaşa təmasın yaranması bu məsələdə olduqca effektiv rol oynamaqdadır. Xankəndi də daxil olmaqla rus əsgərlərinin müvəqqəti olduğu ərazilərə nəzarət məsələsi də əslində bu yolla - erməni əhalisinin tədricən reinteqrasiyası ilə olacaq.

Bu gün Moskvada Rusiya Xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçirilən görüşləri Vaşinqton danışıqlarının ardı da hesab etmək olar. Moskva və Vaşinqtonun məqsədi eyni olsa da məramları fərqlidir. Rusiya və Qərb-ABŞ tandemi arasında gedən Cənubi Qafqaz uğrunda soyuq savaşın nəticəsindən asılı olmayaraq təkcə Paşinyan üçün deyil, ondan sonra Ermə­nistanda siyasi hakimiyyətə gələcək istə­nilən qüvvə üçün Azərbaycanla sülh masası arxasında oturmaq, razılığa gəlmək olduqca vacibdir.

Hazırda nəyinki Ermənistanın siyasi dairələrinin, eləcə də erməni cəmiyyətinin üzünü Qərbə, yaxud Yaxın Şərqə, İrana çevirməsi də əsas deyil. Əsas odur ki, Rusi­yanın Ermənistanda əvvəlkitək güclü tə­sir vasitəsi yoxdur, ABŞ isə sülhün imzalanmasında maraqlı olduğunu praktiki addımları ilə açıq göstərir. Bütün bu gedişat düşünməyə əsas yaradır ki, bundan sonra proses sülh sazişinin imzalanmasınadək davam edəcək. Ermənistan bir şeyi anlamalıdır ki, vəziyyətin yenidən gərginləşdirmək yolu ilə sülhdən yayınmağa cəhd edərsə, daha böyük bəlalardan qaça bilməyəcək.

Təhməz Əsədov Son.az

“Balaca kişilər” tamaşasının premyerası olacaq like
  • 19 May 17:50  
Kriminal “Balaca kişilər” tamaşasının premyerası olacaq

Mayın 27-28 may tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatr�

arrow Ətraflı
Məktəbdə nərd çempionatının keçirilməsinə like
  • 19 May 17:24  
Digərləri Məktəbdə nərd çempionatının keçirilməsinə

"Sumqayıt şəhər 31 nömrəli tam orta məktəblə bağlı yayılmış f

arrow Ətraflı
Hafiz Paşayev Gürcüstan Texniki Universitetinin fəxri doktoru adına layiq görüldü  FOTO like
  • 19 May 16:12  
Siyasət Hafiz Paşayev Gürcüstan Texniki Universitetinin fəxri doktoru adına layiq görüldü FOTO

ADA Universitetinin rektoru professor Hafiz Paşayev Gürcüstan Texniki Univers

arrow Ətraflı
Axtarışda olan Ülviyyə Alovlu: "Orada olacağam, gəlib aparsınlar"  VİDEO like
  • 19 May 15:58  
Şou-biznes Axtarışda olan Ülviyyə Alovlu: "Orada olacağam, gəlib aparsınlar" VİDEO

Xəbər verdiyimiz kimi, Ülviyyə Alovlunun axtarışda olması ilə bağlı m�

arrow Ətraflı
Elektroenergetika sektorunda qiymətlər yeni qaydalarla hesablanacaq like
  • 19 May 15:54  
Digərləri Elektroenergetika sektorunda qiymətlər yeni qaydalarla hesablanacaq

Elektroenergetika sektorunda qiymətlərlə (tariflər) bağlı yeni qaydalar m�

arrow Ətraflı
Əhalinin nəzərinə: Bu hallarda elektrik enerjisinin verilməsi dayandırılacaq like
  • 19 May 15:50  
Digərləri Əhalinin nəzərinə: Bu hallarda elektrik enerjisinin verilməsi dayandırılacaq

Ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən istehlakçıya ele

arrow Ətraflı
QMİ sədri "Rusiyaİslam aləmi strateji baxış qrupu"nun növbəti illik görüşündə iştirak edir like
  • 19 May 15:48  
Digərləri QMİ sədri "Rusiyaİslam aləmi strateji baxış qrupu"nun növbəti illik görüşündə iştirak edir

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazad

arrow Ətraflı
Skuter bomba kimi partladı  VİDEO like
  • 19 May 14:58  
Digərləri Skuter bomba kimi partladı VİDEO

İngiltərədə elektriklə işləyən skuter bomba kimi partlayıb.

arrow Ətraflı
"Bunlar nəzərə alınmaqla gələcək addımlar razılaşdırılsın" like
  • 19 May 14:56  
Digərləri "Bunlar nəzərə alınmaqla gələcək addımlar razılaşdırılsın"

Ümid edirəm, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında birbaşa

arrow Ətraflı
Sülh müqaviləsinə aid bir neçə bənddə razılığa gəlinib  Mirzoyan like
  • 19 May 14:54  
Siyasət Sülh müqaviləsinə aid bir neçə bənddə razılığa gəlinib Mirzoyan

Mümkün sülh müqaviləsi layihəsində bir neçə bənd üzrə razılıq əld

arrow Ətraflı
İlham Əliyev: Vətən müharibəsində Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır like
  • 19 May 14:52  
Siyasət İlham Əliyev: Vətən müharibəsində Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır

Otuz illik işğal dövründə Azərbaycan xalqı humanitar fəlakətlə üzlə�

arrow Ətraflı
"Fantomas"ın aktyoru vəfat etdi like
  • 19 May 14:46  
Şou-biznes "Fantomas"ın aktyoru vəfat etdi

Avstriyalı aktyor Helmut Berger vəfat edib.

arrow Ətraflı
Prezident: Ulu Öndərin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün təmin edilməsi idi like
  • 19 May 14:44  
Siyasət Prezident: Ulu Öndərin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün təmin edilməsi idi

Ümummilli Lider prezidentlik fəaliyyətinə başlayarkən Azərbaycanın torpa

arrow Ətraflı