"Üzgözlərini pis günə qoyanları, bir sözlə yüngüllük edənləri həmkarım adlandıra bilmərəm"


Şou-biznes 18 May 2023 11:54:00 134 0

"Üzgözlərini pis günə qoyanları, bir sözlə yüngüllük edənləri həmkarım adlandıra bilmərəm"

Son.az xəbər verir ki, tanınmış və sevilən müğənni İlahə Fəda Moderator.az-ın suallarını cavablandırıb.

-İlahə xanım, nədənsə bu günki efirlərdə sizi nadir hallarda görürük. Dəvət etmirlər yoxsa siz seçim edirsiniz?

-Xeyr, dəvət edirlər. Sağ olsunlar, heç bir telekanal ilə problemim yoxdur. Nəinki telekanal ilə, heç aparıcılar, rejissorlar, prodüsserlərlə də indiyə qədər heç bir problem yaşamamışam. Dəvətlər olsa da, bəzən seçim etməli oluram. Ona görə də məni az-az görürsünüz. Bir də, çox tez-tez görünmək istəmirəm. Bunun mənasız olduğunu düşünürəm. Az amma yaxşı, səviyyəli, sanballı işlərlə ortalığa çıxmaq lazımdır.

-Sənət həyatı ilə yaşamaq necə bir hissdir?

-Bu çox gözəl bir hissdir. Çünki şəxsən mən özümü seçilmişlərdən hesab edirəm. Allah təala mənə belə bir səs, istedad verib. Düzdür, hər kəsin bir istedadı var, amma mən belə düşünürəm ki, insanın səsinin olması tamam başqa bir istedaddır. Sənət həyatı yaşadığım üçün özümü xoşbəxt hiss edirəm. 2-ci dəfə dünyaya gəlsəydim yenə də sənətlə məşğul olardım. Amma əsl sənət həyatı. Sənət həyatı adı altında başqa, sənətdən uzaq, sənətə yad işlərlə məşğul olmaq, sənətin adına xələl gətirmək, məşhurluq naminə sənətdən istifadə etmək, sənəti alçaltmaq və s. bu işlərlə məşğul olmamaq şərtilə sənət həyatı yaşamaq çox gözəldir. Ümumiyyətlə sənət mənim üçün müqəddəsdir. Müqəddəs olan heç nəyə xəyanət etmək olmaz. Həmçinin də sənətə xəyanət etmək olmaz. Sənətə xəyanət etməyəndə sənət səni devləşdirir, yüksəldir, hörmətli, sanballı edir. Mən də məhz bu cür sənət həyatı yaşayıram və bunun üçün də çox xoşbəxtəm. 

-Sizcə sənəti düzgün təbliğ etməyən müğənniləri efirlərə buraxmaq lazımdırmı?

-Bunun qərarını mən verə bilmərəm. Hətta mənim elə imkanlarım olsaydı da mən bu barədə qərar verə bilməzdim. Buna efirlər, oradakı redaktorlar qərar verməlidir. Məncə sənəti olmayanları efirə buraxmasalar, onlar bir az da çoxalacaq, bir az da hirslənib, sənətə xəyanət edəcəklər. Qoy elə oxusunlar. Camaat da sənətlə, sənətkarla, sənəti olmayanı görüb, müqayisə etsin. Cammaat elə bilir ki, efirlərdə tez-tez görünənlərin sənəti yaxşıdır deyə onları efirə çağırıblar. Bu fikirlər də yəqin ki, zövqsüzlükdən yaranır. Bir onu bilirəm ki, zaman hər şeyi həll edir, hamısını ələyir. 

-Hansı müğənnilər üçün "o mənim həmkarımdır" sözünü işlədə bilməzsiniz?

-Sənətdən sui-istifadə edənləri, səsi, ürəyi, zövqü olmayanları, ara mahnılarını təbliğ edənləri, sonra müxtəlif əməliyyatlarla bədənlərini, üz-gözlərini pis günə qoyanları, bir sözlə yüngüllük edənləri həmkarım adlandıra bilmərəm.

-Qadın sizcə neçə dəfə sevir?

-Qadın daim sevir. İlk məhəbbət isə bir dəfə olur. Sonra da ola bilər, amma əlbəttə ki, birinci sevginin yerini verə bilməz. Mən belə düşünürəm. Bəlkə elə adam var ki, ikinci dəfə daha çox sevir?!

-Şəxsi həyatınızda nəsə dəyişiklik varmı?

-Şəxsi həyatımda çox şükür ki, dəyişiklik yoxdur. Həyatım çox gözəl, ürəyimcə keçir. Nə dəyişiklik olsun ki? Niyə olsun ki?! Əzizlərim, dostlarım sağ-salamatdır. 5 günlük dünyadır. Gərək canımız sağ olsun, belə davam etsin hər şey. 

-Özünüzü xoşbəxt qadın sayırsınız?

-Əlbəttə! Çox xoşbəxt hiss edirəm özümü. İstedadlıyam və tərəzi bürcüyəm, ədalətliyəm. Sağlamam, gözələm, xoşbəxtlik üçün daha nə lazımdır? Məndə bunların hamısı var.

-Həyatınızda nə çatmır?

-Hər şey qaydasındadır. Bu həyat mənimdir. Mən necə bacarmışamsa, elə də yaşamışam, yaşayıram da. Düzdür, insanın arzuları çoxdur. Bəzən çatışmayan şeylər olur, onlar da düzəlir. Ölümdən başqa bu dünyada hər şeyin çarəsi var. Hər şeyi olduğu kimi qəbul edib yaşayanda insan rahat və xoşbəxt olur. Mən o qəbildən olan insanlardanam.

Bu ölkə nüvə dövləti olacaq like
  • 18 May 11:48  
Dünya Bu ölkə nüvə dövləti olacaq

Yaponiya beş ildən sonra nüvə dövlətinə çevrilə bilər.

arrow Ətraflı
PASHA Bankın kredit portfeli 2022ci ildə 9% artıb like
  • 18 May 11:42  
Digərləri PASHA Bankın kredit portfeli 2022ci ildə 9% artıb

PASHA Bank-ın kredit portfeli 2022-ci ildə 9% artaraq 2 milyarddan 2,28 milyar

arrow Ətraflı
Xoşqədəm: “Şəbnəmi vurmaq istəyənlər adımdan istifadə edir” like
  • 18 May 11:37  
Şou-biznes Xoşqədəm: “Şəbnəmi vurmaq istəyənlər adımdan istifadə edir”

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə adından istifadə

arrow Ətraflı
Melanoma ilə mübarizənin ən yaxşı yolu onun qarşısını almaqdır! like
  • 18 May 11:35  
Digərləri Melanoma ilə mübarizənin ən yaxşı yolu onun qarşısını almaqdır!

22-26 may tarixlərində, LA ROCHE-POSAY Azərbaycan, Аzərbaycan Dermatovenero

arrow Ətraflı
Yanvaraprel aylarında Ambarlı limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb like
  • 18 May 11:32  
Digərləri Yanvaraprel aylarında Ambarlı limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İstanbul şəhərində yerl�

arrow Ətraflı
MHPnin baş katibi Sinan Oğanın partiyadan çıxarılmasının səbəbini açıqlayıb like
  • 18 May 11:30  
Digərləri MHPnin baş katibi Sinan Oğanın partiyadan çıxarılmasının səbəbini açıqlayıb

MHP-nin baş katibi İsmət Böyükataman ATA İttifaqından prezidentliyə nami

arrow Ətraflı
Xəstə övladı üçün yığdığı 10 mini onlayn oyunda uduzdu like
  • 18 May 11:26  
Digərləri Xəstə övladı üçün yığdığı 10 mini onlayn oyunda uduzdu

31 yaşlı Gəncə sakini Şəfiqə Əhmədova xəstə övladı üçün yığdı

arrow Ətraflı
Sahil Babayev məşhur Xalq artistinin oğlunu işdən çıxardı like
  • 18 May 11:18  
Digərləri Sahil Babayev məşhur Xalq artistinin oğlunu işdən çıxardı

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tanınmış Xalq artistinin oğlu

arrow Ətraflı
“Ülviyyə, sən mənim səhhətimə ağır zərbə vurdun, bu sən deyilsən, nə olub sənə?” like
  • 18 May 11:15  
Kriminal “Ülviyyə, sən mənim səhhətimə ağır zərbə vurdun, bu sən deyilsən, nə olub sənə?”

"Mən Ülviyyənin teatrımızın direktoru Əliqismət Lalayevin ünvanın

arrow Ətraflı
Rəsmi Brüssel "Dağlıq Qarabağ" ifadəsinin keçmişdə qaldığını rəsmən bəyan etdi... like
  • 18 May 11:04  
Siyasət Rəsmi Brüssel "Dağlıq Qarabağ" ifadəsinin keçmişdə qaldığını rəsmən bəyan etdi...

Elşad Həsənov: "Apardığımız siyasət dünyanı da, Avropa Birliyini

arrow Ətraflı
Son model HONOR Magic5 Pro smartfonunun icmalı like
  • 18 May 11:00  
Digərləri Son model HONOR Magic5 Pro smartfonunun icmalı

HONOR-un artıq yeni Magic5 Pro flaqman smartfonu var. Model müəyyən mənada

arrow Ətraflı
“Vüqar Muradovun üzrünü qəbul etmirik, təzminat ödəsin” like
  • 18 May 10:54  
Şou-biznes “Vüqar Muradovun üzrünü qəbul etmirik, təzminat ödəsin”

Xəbər verdiyimiz kimi, aylar əvvəl "Elgizlə izlə" ictimai-sosial

arrow Ətraflı
AK partiya olaraq 14 mayda bütün dünyaya nümunə olacaq demokratiya nümayiş etdirdik like
  • 18 May 10:43  
Digərləri AK partiya olaraq 14 mayda bütün dünyaya nümunə olacaq demokratiya nümayiş etdirdik

Cümhur İttifaqı və Ədalət və İnkişaf Partiyası (AK Parti) olaraq Türk

arrow Ətraflı
Yanvaraprel aylarında Misirdən Türk limanlarına 6 milyon tondan çox yük daşınıb like
  • 18 May 10:40  
Digərləri Yanvaraprel aylarında Misirdən Türk limanlarına 6 milyon tondan çox yük daşınıb

2023-cü ilin yanvar-aprel aylarında Misirdən Türk limanlarına 6 milyon 629

arrow Ətraflı
Vardanyan: Qarabağdan çıxa bilmirəm, vəziyyət ağırdır like
  • 18 May 10:38  
Siyasət Vardanyan: Qarabağdan çıxa bilmirəm, vəziyyət ağırdır

Bir müddət əvvəl Rusiyadakı biznes fəaliyyətinə xitam verilərək, Qarab

arrow Ətraflı