"Ağlasılğmaz dərəcədə özüm haqqında şayiələr eşitmişəm"


Şou-biznes 04 May 2023 13:03:00 192 0

"Ağlasılğmaz dərəcədə özüm haqqında şayiələr eşitmişəm"

Son.az xəbər verir ki, əməkdar artist Könül Kərimova moderator.az-ın suallarını cavablandırıb.   -Könül xanım, necəsiz? Özünüzü necə hiss edirsiniz?   -Düzünü deyim ki, bir o qədər də yaxşı deyiləm. Özümü yaxşı hiss etmirəm. Yaxşı hiss etməməyə də səbəb çoxdur. Amma əfsuslar olsun ki, bu səbəbləri deməyəcəm. Sadəcə çalışıram ki, yaxşı olum.   -Etiraf etməyi sevirsiniz?   -Bəli, etiraf etməyi sevirəm. Həm də çox. Etiraf edəndə özümü çox yaxşı hiss edirəm.   -Könül xanım, sizcə tamaşaçılarla hər şeyi bölüşmək olar?   -Tamaşaçılarla hər şeyi bölüşmək əslində düzgün deyil. İstərdim hər şeyi bölüşüm. Bəzən belə hallar da olur. Amma sonradan peşmanlıq çəkirəm. Təəssüflər olsun ki, tamaşaçıların hamısı eyni fikirdə, düşüncədə deyil. Bu kiməsə xoş gəlir, kimsə bundan istifadə edir. Başlayırlar öz düşüncə tərzlərinə uyğun ssenari yazmağa, nəsə uydurmağa. Nəticədə ağlasığmaz dərəcədə özün haqqında elə şayələr eşidirsən ki, dəhşətə gəlirsən ki, bu sənin haqqında danışır? Ona görə də mənə elə gəlir ki, tamaşaçı ilə hər şeyi bölüşmək lazım deyil. Bir az sirli qalsan daha yaxşıdır.   -Özünüz haqda eşitdiyiniz ən qəribə şayə hansı olub?   -Düzünü deyim ki, haqqımda qəribə şayələr çoxdur. Dünən də olub, bu gün də var, sabah da olacaq. Sadəcə, bir növ artıq alışmışam şayələrə. Ona görə də çox adi qarşılayıram. Əvvəllər çox narahat olurdum, özümə qapanırdım. İndi gülümsəyib keçirəm. Ətrafımdakılar da bunu bilir. O şayələrin mənim üçün qəribəliyi qalmayıb artıq.   -Tamaşaçılardan gileylisiniz?   -Əslində tamaşaçılardan gileyli deyiləm. Əgər tamaşaçı nəyisə düzgün anlamırsa, düzgün seçim etmirsə, bu tamaşaçının günahı deyil. Bu təbliğatın zəifliyi və yaxud da güclü təbliğ olunmamasıdır. Burada televiziyaların da günahı var. Tamaşaçı ən çox nəyi eşidirsə, görürsə, düşünür ki, ən yaxşısı da budur. Əzəldən belə olub da, indi belə deyil ki. Yaxşı müğənni, özünə dəyər verən, hörmət edən sənətkar kütlənin arxasınca qaçmamalıdır. Kütləni öz arxasınca aparmağı bacarmalıdır.   -Həyatınızda nə çatışmır?   -Həyatımda huzur, rahatlıq, dinclik çatmır.   -Oğul nənəsi olmağa gecikirsiniz..   -3 ildir ki, nənə statusunu daşıyıram. Oğlumun da ailə həyatı qurmasını istərdim. Hələ ki, sevdiyi bir xanım yoxdur. Qismət nə vaxtdırsa o zaman da olacaq. Özü qərar verib, seçim edəcək. İnşallah ki, oğlumun da balasına nənəlik etməyi arzulayıram.   -Ən yaxın sənnət dostunuz kimdir?   -Bu hamıya bəllidir. Ən yaxın sənət dostum Cabbar Musayevdir.   -Yeni mahnılar yazdırırsınız?   -Gözəl mahnı ifa etmək bizim işimizdir. Yeni klip çəkilişimiz oldu, yaxın günlərdə tamaşaçıların ixtiyarına verəcəyik. Həmişəki kimi rejissor Xəyalla gözəl bir klip ərsəyə gətirmişik.

Son.az  

Sabahın havası like
  • 04 May 12:59  
Digərləri Sabahın havası

Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən

arrow Ətraflı
Uşaqlar arasında bronxialastma xəstəliyi artıb like
  • 04 May 12:52  
Digərləri Uşaqlar arasında bronxialastma xəstəliyi artıb

Son 20 il ərzində uşaqlar arasında ən çox artan xəstəlik bronxial astmad

arrow Ətraflı
Nazir 7 yaşlı Fəridin ölümündən danışdı like
  • 04 May 12:48  
Digərləri Nazir 7 yaşlı Fəridin ölümündən danışdı

"Məşqçilərin lisenziyalaşdırılması ilə bağlı federasiyalarla dai

arrow Ətraflı
“Əməliyyatdan əvvəl Lalə Məmmədovanın gül kimi üzü var idi..." like
  • 04 May 12:41  
Şou-biznes “Əməliyyatdan əvvəl Lalə Məmmədovanın gül kimi üzü var idi..."

"Plastik əməliyyatları həqiqətən də çox abartılı etdirirlər. Bü

arrow Ətraflı
1015 min manata satılan həyət evləri necə tikilir? like
  • 04 May 12:30  
Digərləri 1015 min manata satılan həyət evləri necə tikilir?

Elan saytlarında Bakı ətrafı qəsəbə və kəndlərdə 10-15 min manata tə

arrow Ətraflı
Xorvatiyalı model Bakıda hansı məşhurla eşq yaşayıb? like
  • 04 May 12:21  
Şou-biznes Xorvatiyalı model Bakıda hansı məşhurla eşq yaşayıb?

Qətərdə keçirilən Dünya çempionatından tanınan İvana Knoll növbəti m

arrow Ətraflı
“Məni riyakarlar yolumdan döndərə bilməyib” like
  • 04 May 12:19  
Şou-biznes “Məni riyakarlar yolumdan döndərə bilməyib”

"Filmlə bağlı arzularım var. Sənədli yox, komediya janrında kinoya �

arrow Ətraflı
Kremlə zərbəni Ukrayna endirib? like
  • 04 May 12:08  
Dünya Kremlə zərbəni Ukrayna endirib?

Ötən gün Kremlə edilən hücumun arxasında Ukraynanın ola biləcəyinə da

arrow Ətraflı
“Tərtər işi”ndə daha dörd nəfərin məhkəmə prosesi başlayır like
  • 04 May 11:57  
Kriminal “Tərtər işi”ndə daha dörd nəfərin məhkəmə prosesi başlayır

"Tərtər işi" üzrə ittiham olunan daha 4 nəfər - Mikayılov Rusl

arrow Ətraflı
Niyam: “Rəmişin xanımını restoranımda işlə təmin etmişəm” like
  • 04 May 11:52  
Şou-biznes Niyam: “Rəmişin xanımını restoranımda işlə təmin etmişəm”

Müğənni Niyam Salami mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanım�

arrow Ətraflı
Baş nazirdən Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı like
  • 04 May 11:43  
Siyasət Baş nazirdən Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələ

arrow Ətraflı
Xerson hücuma məruz qalıb, like
  • 04 May 11:38  
Dünya Xerson hücuma məruz qalıb,

Rusiya ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub.

arrow Ətraflı
Nazilə Səfərlinin şəklini görüb kefi pozuldu like
  • 04 May 11:31  
Şou-biznes Nazilə Səfərlinin şəklini görüb kefi pozuldu

Aşıq Telli Borçalı şairə Nazilə Səfərlidən danışmaq istəməyib.

arrow Ətraflı
SuriyaTürkiyə yaxınlaşması Tehranı hərəkətə keçirdi like
  • 04 May 11:25  
Digərləri SuriyaTürkiyə yaxınlaşması Tehranı hərəkətə keçirdi

İran prezidenti İbrahim Rəisi son 13 ildə ilk dəfə Suriyaya səfər edib.

arrow Ətraflı
İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib like
  • 04 May 11:19  
Siyasət İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın və

arrow Ətraflı