Vüqar Rəhimzadə: Ölkə Prezidentinin azad medianın inkişafına böyük töhfəsi


Siyasət 02 Apr 2023 14:44:00 160 0

Vüqar Rəhimzadə: Ölkə Prezidentinin azad medianın inkişafına böyük töhfəsi

Tarixi Zəfərimizdən ötən iki ildən artıq dövr hər sahədə olduğu kimi, media sahəsində də yeniliklərin, təkmilləşmənin geniş miqyas alması, Prezident İlham Əliyevin azad mətbuatın inkişafına xidmət edən addımlarının davamlılığı ilə diqqət çəkir. Ulu öndər Heydər Əliyevin cəmiyyətin güzgüsü kimi dəyərləndirdiyi mətbuatı dövlət başçısı İlham Əliyev hazırkı dövrdə belə səciyyələndirir: "Müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir." Azad mətbuatın inkişafı daim dövlətimizin siyasətinin əsasını təşkil edir. İmzaladığı Fərman və Sərəncamlarla, təsdiqlədiyi Qanunlarla jurnalistləri dostu, mətbuatın böyük hamisi kimi diqqətdə olan Prezident İlham Əliyev mətbuatın inkişafına daha geniş imkanlar açır, söz azadlığını yüksək səviyyədə təmin edir. Atılan addımlar, eyni zamanda, dövlətin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Hər bir mühüm addım keçilən yola nəzər salmağı, həmçinin bu fonda perspektivlərin təhlilini bir zərurət kimi qarşıya qoyur. Dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq etdi. Sənədə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi isə əlavə dəyər vergisindən azad olunur. Bu mühüm addım media subyektlərinin iqtisadi müstəqiliyinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq.

Bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, atılan addımlar tarixi Zəfəri ilə dünyaya səs salan Azərbaycan mediasının yeni reallıqlara uyğulaşdırılmasında, azad mətbuatın hərtərəfli inkişafında öz sözünü deyir. Dünyanın heç bir ölkəsində mətbuata bu səviyyədə diqqət və qayğı tendensiyasına rast gəlinmir. Ölkə Prezidentinin mətbuata qayğısının daha bir təzahürü olan bu mühüm addım media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilərək böyük minnətdarlıq hissi ifadə olunur.

Dövlət başçısı İlham Əliyev 2021-ci ilin ilk ayında "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı imzaladı. Sənəd bir daha təsdiqlədi ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv, peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatların aparılması zərurətdir. Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Qurumun qısa dövrdə azad mətbuatın inkişafına yönələn addımları təqdirəlayiqdir. Ötən il Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafında yeni mərhələ kimi dəyərləndirilən, 9 fəsildən, 78 maddədən ibarət olan "Media haqqında" Qanunu təsdiqlədi. Bir mühüm məqamı xüsusi vurğulamalıyıq ki, Qanuna əsasən Media Reyestrinin yaradılması və vahid jurnalist vəsiqəsinin verilməsi bu sahədə mövcud olan neqativ halların aradan qaldırılmasını təmin edəcək.

Baş redaktor onu da əlavə edib ki, Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 2022-ci ildə qəbul etdiyi Qərar da media nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılandı. Belə ki, "İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elekton kitablar istisna olmaqla), habelə dərslik komplekslərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı"nın təsdiq edilməsi barədə Qərara əsasən, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edildi.

Vüqar Rəhimzadə mətbuatın iqtisadi müstəqilliyinin daha da gücləndirilməsinin əhəmiyyətindən geniş bəhs edərək bildirib ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq etməsi bu istiqamətdə medianın inkişafına növbəti dəyərli töhfədir. Bir mətbu orqanın rəhbəri kimi medianın inkişafına göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Mediamız müasir müstəqil, qalib Azərbaycanın dövlət maraqlarının qorunması, tarixi həqiqətlərimizin, möhkəm təmələ əsaslanan təkmil, yenilikləri, islahatları özündə ehtiva edən dövlət siyasətimizin uğurlarının təbliğində üzərinə düşən vəzifəni bundan sonra da həyata keçirmək istiqamətində fəaliyyətini davam etdirəcək.

Bakıda 20 yaşlı qız yenidən itkin düşüb like
  • 02 Apr 14:42  
Digərləri Bakıda 20 yaşlı qız yenidən itkin düşüb

Xəzər rayonu Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis

arrow Ətraflı
İmmuniteti gücləndirən çay like
  • 02 Apr 14:40  
Digərləri İmmuniteti gücləndirən çay

Soyuq havalarda immuniteti gücləndirmək, xəstəliklərdən qorunmaq üçün

arrow Ətraflı
Bəhruz Quliyev: "Bu Fərman yeni mərhələnin başlanğıcı olacaq" like
  • 02 Apr 14:34  
Siyasət Bəhruz Quliyev: "Bu Fərman yeni mərhələnin başlanğıcı olacaq"

Dünən Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məc�

arrow Ətraflı
Yaponiyada arxeoloji qazıntı zamanı nəhəng polad qılınc aşkar edilib like
  • 02 Apr 14:31  
Dünya Yaponiyada arxeoloji qazıntı zamanı nəhəng polad qılınc aşkar edilib

Yaponiyada arxeoloji qazıntı işləri aparan alimlər nəhəng polad qılınc

arrow Ətraflı
İran Azərbaycana yeni səfir göndərir? like
  • 02 Apr 14:25  
Siyasət İran Azərbaycana yeni səfir göndərir?

SEPAH-ın "Telegram" kanalı yazır ki, əldə olunan məlumata gör�

arrow Ətraflı
Hər yaşda olan qadınlar üçün 7 ideal dırnaq modeli like
  • 02 Apr 14:20  
Digərləri Hər yaşda olan qadınlar üçün 7 ideal dırnaq modeli

Artıq uzun illərdir müxtəlif rəngli, bəzəkli dırnaq boyaları dəbdədir

arrow Ətraflı
Səhnədə bıçaqlandı, dostunun mahnılarını oğurladı, diskotekanı Azərbaycana o gətirdi like
  • 02 Apr 13:51  
Kriminal Səhnədə bıçaqlandı, dostunun mahnılarını oğurladı, diskotekanı Azərbaycana o gətirdi

Son.az Kulis.az-a istinadən Xalq artisti Niyaməddin Musayev haqqında maraqlı

arrow Ətraflı
Yeni “terri” çəkmələr təqdim edildi like
  • 02 Apr 13:20  
Digərləri Yeni “terri” çəkmələr təqdim edildi

Britaniyanın moda brendi Christian Cowan maraqlı çəkmələr təqdim edib. Ay

arrow Ətraflı
İranda 200 minə yaxın uşaq təhsildən kənarda qalıb like
  • 02 Apr 13:11  
Dünya İranda 200 minə yaxın uşaq təhsildən kənarda qalıb

İranda 200 minə yaxın uşaq təhsildən kənarda qalıb.

arrow Ətraflı
AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib like
  • 02 Apr 13:02  
Digərləri AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib.

arrow Ətraflı
ABŞ bu ölkələrin Çinə qarşı birləşməsini istəyir like
  • 02 Apr 12:51  
Dünya ABŞ bu ölkələrin Çinə qarşı birləşməsini istəyir

Çinin G7 tərəfdaşlarına iqtisadi təzyiq göstərəcəyi halda ABŞ bu ölk

arrow Ətraflı
Qrip olmusunuzsa, bu çayı için like
  • 02 Apr 12:40  
Digərləri Qrip olmusunuzsa, bu çayı için

Qışda qrip olanların sayı hər zamankindən qat-qat çox olur. Bunun üçün

arrow Ətraflı
Şimali Koreya ABŞ və Cənubi Koreyaya like
  • 02 Apr 12:31  
Dünya Şimali Koreya ABŞ və Cənubi Koreyaya

Şimali Koreya, ABŞ və Cənubi Koreya tərəfindən keçiriləcək bir sıra h

arrow Ətraflı
Qızların saçının rəngi ilə xarakteri arasındakı əlaqə ortaya çıxdı like
  • 02 Apr 12:20  
Digərləri Qızların saçının rəngi ilə xarakteri arasındakı əlaqə ortaya çıxdı

Qızların saç rəngi ilə xarakteri arasındakı əlaqə araşdırılıb. 

arrow Ətraflı
Gürcüstanda kirayə mənzil qiymətləri iki dəfədən çox artıb like
  • 02 Apr 12:11  
Dünya Gürcüstanda kirayə mənzil qiymətləri iki dəfədən çox artıb

Gürcüstanda kirayə mənzil qiymətləri iki dəfədən çox bahalaşıb. Ən

arrow Ətraflı