Ombudsman bəyanat yaydı: "Ədalətin təmin olunmasına dəstək verməyə çağırıram”


Siyasət 30 Mar 2023 09:38:00 220 0

Ombudsman bəyanat yaydı: "Ədalətin təmin olunmasına dəstək verməyə çağırıram”

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Ombudsman Aparatından Son.az-a verilən məlumata görə, bəyanatda deyilir:

"31 Mart bütün insanlığa qarşı törədilən erməni vandalizminin təzahürlərindən biri kimi tariximizə Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olub. 1918-ci ildə törədilən bu qanlı hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə erməni millətçilərinin davamlı soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq qətlə yetirilib. Erməni-bolşevik birləşmələri tərəfindən insanlar evlərində diri-diri yandırılmış, həmçinin xüsusi işgəncələrlə və amansızlıqla öldürülüb.

Azərbaycanlıların soyqırımı Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər müxtəlif bölgələrimizdə xüsusi qəddarlıqla həyata keçirilmiş, dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, mədəniyyət abidələrimiz, qəbiristanlıqlar, məscidlər top atəşinə tutularaq dağıdılmışdır. Erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə, ən qəddar üsullarla törədilmiş bu soyqırımı zamanı Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış, qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla ümumilikdə on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılmış, 132 min azərbaycanlı qətlə yetirilib.

Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bu rejimin dəstəyi ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Qərbi Zəngəzur, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilib, nəticədə onun ərazisi dəfələrlə genişləndirilərək 9 mindən 29 min kvadratkilometrə çatdırılıb.

Ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət, ayrı-seçkiliyi aşılayan siyasət və tamamilə əsassız ərazi iddiaları dayanırıb.

Milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətəninə bağlı xalqımız soyqırımlarına məruz qalmasına baxmayaraq milli yaddaşını, kimliyini qorumuş və həmrəylik nəticəsində müstəqilliyimiz bərpa olunub.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımızın tarix boyu məruz qaldığı soyqırımı siyasətinin və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq, eyni zamanda törədilmiş cinayətləri araşdırmaq və baş vermiş hadisələrə siyasi-hüquqi qiymət vermək mümkün olub.

2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə ermənilərin törətdikləri soyqırımı cinayətlərini əyani olaraq sübut edir. Erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi soyqırımı cinayətlərinin, qeyri-insani əməllərin tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.

Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, təcavüz siyasəti, eyni zamanda xalqımıza qarşı törədilmiş müharibə cinayətləri XX əsrin sonlarında daha da kəskin xarakter almış, beynəlxalq səviyyədə Azərbaycanın suveren ərazisi kimi tanınmış torpaqlarının iyirmi faizi 30 ilə yaxın işğal altında qalmışdır. 2020-ci ildə ordumuz tərəfindən həmin ərazilər işğaldan azad olunaraq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dəfələrlə dinc əhaliyə qarşı soyqırımı cinayətləri törətmiş, tarixi və dini abidələrimiz məhv edilmiş, talan və təhqir olunub.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, sülh və insanlıq əleyhinə olan bu cinayətlərə beynəlxalq miqyasda hələ də adekvat reaksiya verilməyib.

Dünya ictimaiyyətini və nüfuzlu beynəlxalq təşkilatları tarix boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verərək soyqırımı kimi tanımağa və ədalətin təmin olunmasına dəstək verməyə çağırıram".

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib".

Yol polisi sürücülərə xəbərdarlıq etdi: like
  • 30 Mar 09:34  
Digərləri Yol polisi sürücülərə xəbərdarlıq etdi:

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməs

arrow Ətraflı
Məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü like
  • 30 Mar 09:29  
Digərləri Məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü

Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində məktəbli qız tanışı

arrow Ətraflı
"Münasibətlərimizdə yeni dövrə qədəm qoyuruq" like
  • 30 Mar 09:18  
Siyasət "Münasibətlərimizdə yeni dövrə qədəm qoyuruq"

Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlər

arrow Ətraflı
İranda restoranlar müştərilərin hicabsız girişinə və canlı musiqiyə görə bağlandı like
  • 30 Mar 09:14  
Digərləri İranda restoranlar müştərilərin hicabsız girişinə və canlı musiqiyə görə bağlandı

İranın Mazandaran əyalətinin Nouşəhr şəhərində 3 restoran müştəril�

arrow Ətraflı
172 avtobusun hərəkətində gecikmə yaranıb like
  • 30 Mar 09:06  
Digərləri 172 avtobusun hərəkətində gecikmə yaranıb

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı
Xəyanət edən arvadı bağışlayan kişi... like
  • 30 Mar 08:59  
Şou-biznes Xəyanət edən arvadı bağışlayan kişi...

"Hamının gedəni qayıtsın, amma sevən gedirsə, qayıdışı yaxşı o

arrow Ətraflı
Doğuşdan "bədbəxt" olan 4 bürc açıqlandı like
  • 30 Mar 08:55  
Digərləri Doğuşdan "bədbəxt" olan 4 bürc açıqlandı

Xarakterə təsir edən əlamətlər də hər duyğuya istiqamət verir. Bəzi b

arrow Ətraflı
Putin bu tarixdə Türkiyəyə səfər edəcək like
  • 30 Mar 08:52  
Dünya Putin bu tarixdə Türkiyəyə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 27-də rusiyalı həmkarı

arrow Ətraflı
Kök şirəsi qan təzyiqini aşağı salır like
  • 30 Mar 08:49  
Digərləri Kök şirəsi qan təzyiqini aşağı salır

İnsanda arterial təzyiqin çox yüksək olması o deməkdir ki, onun ürəyi b

arrow Ətraflı
Hirkan Milli Parkında yanğın başlayıb like
  • 30 Mar 08:42  
Digərləri Hirkan Milli Parkında yanğın başlayıb

Bu gün səhər saatlarında Hirkan Milli Parkının Astara rayonu, Çükəş k�

arrow Ətraflı
Ukrayna hücuma keçəcəyi vaxtı açıqladı like
  • 30 Mar 08:27  
Dünya Ukrayna hücuma keçəcəyi vaxtı açıqladı

Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkəsinin aprel və may ayların

arrow Ətraflı
Bərdədə 35 yaşlı qadın kafedə qətlə yetirildi like
  • 30 Mar 08:23  
Kriminal Bərdədə 35 yaşlı qadın kafedə qətlə yetirildi

Martın 30-u saat 00:15-də radələrində Bərdə rayon sakini 1987-ci il təv�

arrow Ətraflı
Ancelina Coli ilə birlikdə yaşadığı villasını satdı  FOTO like
  • 30 Mar 08:19  
Şou-biznes Ancelina Coli ilə birlikdə yaşadığı villasını satdı FOTO

Hollivud ulduzu Bred Pitt Los-Ancelesdə 30 ildir sahibi olduğu malikanəsini s

arrow Ətraflı
Türkiyədə ətir fabrikində yanğın başlayıb like
  • 30 Mar 07:57  
Dünya Türkiyədə ətir fabrikində yanğın başlayıb

Türkiyənin Tekirdağ əyalətinin Çerkezköy rayonunda ətir fabrikinin anbar

arrow Ətraflı
Həvəskar arxeoloq qızıl piramida tapdı: like
  • 30 Mar 07:53  
Dünya Həvəskar arxeoloq qızıl piramida tapdı:

Britaniyanın Suffolk qraflığında yaşayan 37 yaşlı həvəskar arxeoloqun b

arrow Ətraflı