Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”


Siyasət 24 Mar 2023 12:00:00 191 0

Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”

"Martın 18-də Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun 2020-ci il oktyabrın 3-də işğaldan azad olunmuş Talış kəndində görülən yenidənqurma işləri ilə tanış olublar. Dövlətimizin başçısı 2021-ci il oktyabrın 4-də Talış kəndində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Üçüncü ildir ki, Azərbaycan xalqı Novruz bayramını doğma Qarabağda böyük ruh yüksəkliyi ilə qeyd edir".

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.  

Millət vəkili bildirib ki, Talış kəndində olarkən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Novruz tonqalını alovlandırıblar. "Dövlətimizin başçısı Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. Hər zaman olduğu kimi, dövlət  başçısının çıxışında önəmli açıqlamalar  verilib, mühüm mesajlar yer alıb.  Ölkə Prezidenti Vətən torpaqlarının azad olunması naminə öz canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini yad etməklə şəhid və qazilərimizə, müharibə iştirakçılarına Azərbaycan xalqının sonsuz ehtiramını bir daha nümayiş etdirdi. O, 30 illik işğal ərzində ermənilərin xalqımıza qarşı apardıqları etnik təmizləmə siyasətindən, törətdikləri soyqırımı və kütləvi qırğınlardan, hərbi cinayətlərdən bəhs edərək, beynəlxalq təşkilatların həmin illərdə səsimizi eşitmədiklərini, münaqişəni həll etmək əvəzinə, onu dondurmağa çalışdıqlarını xatırlatmışdır. Əlbəttə ki, bu gün vəziyyət artıq kökündən dəyişib. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə torpaqlarımızı işğaldan azad etdi və indi həm Ermənistan, həm də onun havadarları Azərbaycanın müəllifi olduğu yeni reallıqları qəbul etməyə məcburdurlar."

Deputat qeyd edib ki, Ermənistanda bu gün yenidən baş qaldıran revanşist qüvvələr erməni xalqını böyük fəlakətə sürükləyə bilərlər: " Prezident İlham Əliyevin dediyi kimi, Ermənistanda gedən proseslər, ölkəmizə qarşı yenidən ərazi iddialarının irəli sürülməsi belə deməyə əsas verir ki, İkinci Qarabağ müharibəsinin ibrət dərsini Ermənistan hələ də tam mənimsəməyib. Ermənistana dəstək verən bəzi dövlətlərin boş vədləri bu ölkəni yenidən revanşizmə təhrik edir. Lakin belə mövqe, hadisələrin bu istiqamətdə inkişafı Ermənistan üçün ciddi fəsadlara gətirib çıxara və erməni xalqını daha böyük fəlakətlərlə üz-üzə qoya bilər. Ermənistan  ölkəmizə qarşı yenidən ərazi iddiaları irəli sürməkdənsə, indi ona məxsus olan 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün təklif olunan şərtləri qəbul etməlidir. Əks halda, möhtərəm dövlət başçımızın dediyi kimi, əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran  ölkələr yaxşı bilməlidirlər. Azərbaycanın hərbi və iqtisadi qüdrəti, dünyada sahib olduğu nüfuzlu mövqeyi və ən əsası, güclü iradəyə malik olan Prezidenti var."

K.Qafarov bəzi ölkələrin Azərbaycana qarşı qərəzli addımlar atmaqla Cənubi Qafqazda destabillik yaratmağa çalışdıqlarını vurğulayaraq deyib: " Ermənistana havadarlıq etməyə çalışan ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edilir, bəzi hallarda isə hətta Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası "Dağlıq Qarabağ"ın müstəqilliyini belə tanıyırlar. Bu, qətiyyən yolverilməz haldır. Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsi ciddi düşündürməlidir. Ağdamı "Qafqazın Xirosimasına" döndərən ermənilərin vəhşiliklərini unutmaq olmaz. Cənab Prezident İlham Əliyevin dediyi kimi, işğal reallıqları, müharibə reallıqları və əlbəttə ki, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaqdır".

“Dilarə ilə qışqırırdıq, Oqtay susurdu…”  FOTO like
  • 24 Mar 11:52  
Şou-biznes “Dilarə ilə qışqırırdıq, Oqtay susurdu…” FOTO

Oqtay Əliyevin dünyasını dəyişdiyi qəzada yaralanan Xalq artisti Mehriban

arrow Ətraflı
400 hektar taxıl sahəsi susuzluqdan məhv olur  VİDEO like
  • 24 Mar 11:40  
Digərləri 400 hektar taxıl sahəsi susuzluqdan məhv olur VİDEO

Kanaldan bol su axır, lakin sakinlər sahələrini suvara bilmir. Səbəb, əki

arrow Ətraflı
İsmayıllıda zəlzələ olub like
  • 24 Mar 11:38  
Digərləri İsmayıllıda zəlzələ olub

İsmayıllıda 4 bal gücündə zəlzələ olub.

arrow Ətraflı
İranın Azərbaycanla bağlı QORXUNC PLANI like
  • 24 Mar 11:28  
Siyasət İranın Azərbaycanla bağlı QORXUNC PLANI

"İran Bakını təhdid etməyə davam etsə də Azərbaycanla birbaşa hə

arrow Ətraflı
Polkovnik: Terror və təxribatlar İranErmənistan qardaşlığının ortaq təməlidir like
  • 24 Mar 11:14  
Digərləri Polkovnik: Terror və təxribatlar İranErmənistan qardaşlığının ortaq təməlidir

Terror və təxribatlar İran-Ermənistan qardaşlığının ortaq təməlidir.

arrow Ətraflı
Ermənistan bölgədə vəziyyəti qəsdən gərginləşdirir  XİN like
  • 24 Mar 11:12  
Siyasət Ermənistan bölgədə vəziyyəti qəsdən gərginləşdirir XİN

Ermənistan rəhbərliyinin son günlərdə Azərbaycana qarşı artan təcavüz

arrow Ətraflı
Hollivud ulduzu Rusiyada içki satacaq like
  • 24 Mar 11:04  
Şou-biznes Hollivud ulduzu Rusiyada içki satacaq

Rusiya vətəndaşlığı olan Hollivud aktyoru Stiven Siqal ölkədə içki sat

arrow Ətraflı
"Galenvagen"in bahalı nömrəsini oğurlayan şəxs tapıldı  VİDEO like
  • 24 Mar 10:52  
Digərləri "Galenvagen"in bahalı nömrəsini oğurlayan şəxs tapıldı VİDEO

Bakıda bahalı avtomobilin dövlət qeydiyyat nişanını oğurlayan şəxs sax

arrow Ətraflı
BağanisAyrım soyqırımını törədən 18 erməni beynəlxalq axtarışdadır like
  • 24 Mar 10:42  
Dünya BağanisAyrım soyqırımını törədən 18 erməni beynəlxalq axtarışdadır

Azərbaycan Respublikasının vətəndaşlarına qarşı törədilmiş sülh və

arrow Ətraflı
Məktəblilərin intim videosu yayılıb  Valideynlər narahatdır like
  • 24 Mar 10:40  
Dünya Məktəblilərin intim videosu yayılıb Valideynlər narahatdır

Moskvada 4-cü sinif şagirdi həmyaşıdını "gey" adlandıraraq onu

arrow Ətraflı
Məşhur repçi ölümcül döyüldü  FOTO like
  • 24 Mar 10:28  
Şou-biznes Məşhur repçi ölümcül döyüldü FOTO

Amerika repçi "Tekashi 6ix9ine" (Deniel Ernandes) Cənubi Floridada�

arrow Ətraflı
Paris, Tehran və İrəvana yerləri göstərildi: Paşinyan deyəsən, özünü vurmaq istəyir like
  • 24 Mar 10:04  
Siyasət Paris, Tehran və İrəvana yerləri göstərildi: Paşinyan deyəsən, özünü vurmaq istəyir

"Azərbaycanın İranla yetərincə uzun sərhədi var ki, onu qorumaq gər

arrow Ətraflı
Mask Baydeni ələ saldı  FOTO like
  • 24 Mar 09:52  
Dünya Mask Baydeni ələ saldı FOTO

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Co Baydeni trollayıb.

arrow Ətraflı