Kamaləddin Qafarov: “Sammit ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək”


Siyasət 23 Mar 2023 12:00:00 136 0

Kamaləddin Qafarov: “Sammit  ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək”

"Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının "Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusunda Fövqəladə Zirvə görüşü keçirilib. Sammitdə türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarlar qəbul olunub. Zirvə görüşünün sonunda Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalanıb. Sammitdə çıxış edən Prezident İlham Əliyev ölkəmiz üçün, eləcə də bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edən vacib məsələlərə toxunub. Dövlətimizin başçısı Azərbaycan və Türkiyənin  hər zaman bir-birinin yanında olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb.  780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibbi personalımız tərəfindən ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərilib.  Prezident İlham Əliyev 2020-ci ilin sentyabr-noyabr ayları ərzində ölkəmizin apardığı 44 günlük müharibə dövründə bütün Türkiyə xalqının Azərbaycanın yanında olduğunu xatırladıb. Dövlətimizin başçısı Türkiyə Prezidentinin müharibənin ilk saatlarından başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycana əlavə güc verdiyini vurğulayıb. 2021-ci ilin iyun ayında isə, işğaldan azad edilmiş Şuşa şəhərində ölkələrimiz arasında Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qaldırılıb.  Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, qardaş Türkiyə son 20 ildə  Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş və bu gün dünyada söz sahibinə, güc mərkəzinə çevrilmişdir". 

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Fikirlərini davam etdirən deputat bildirib: "Ermənilər 30 il ərzində işğal altında saxladıqları ərazilərimizdə olmazın vəhşiliklər törədiblər. Bu müddətdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, tarixi və dini abidələri, qəbiristanlıqları Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər "Qafqazın Hirosiması" adlandırıblar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb. Ölkə Prezidenti  İlham Əliyev bütün bu məsələləri Ankara Zirvə görüşünün iştirakçılarının diqqətinə çatdırmaqla rəsmi İrəvanın hələ də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayındığını vurğulamışdır".

K.Qafarov deyib: "2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Faktiki olaraq Azərbaycan sıfırdan 9 yeni şəhər və ilkin mərhələdə 300-dən çox kənd və qəsəbə qurmaqla Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Artıq keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış" proqramının icrasına başlanıb.  Prezident İlham Əliyev qeyd etdi ki, yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Yenidənqurma işlərində digər türk dövlətləri də fəal iştirak edirlər. Dövlətimizin başçısı işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikintisini və Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşasını qardaşlıq jesti kimi dəyərləndirmişdir. Ötən dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun və Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin sürətlə şaxələndiyindən xəbər verir". 

İrandan Zəngilana narkotik keçirilməsinin qarşısı alındı like
  • 23 Mar 11:58  
Digərləri İrandan Zəngilana narkotik keçirilməsinin qarşısı alındı

Mart ayının 22-də saat 20:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşu

arrow Ətraflı
Oman səhrası gölə döndü  VİDEO like
  • 23 Mar 11:52  
Dünya Oman səhrası gölə döndü VİDEO

Omanda günlərdir təsirli olan güclü yağış həyatı iflic edib.

arrow Ətraflı
Yeni qərardan sonra manatı nə gözləyir? like
  • 23 Mar 11:40  
Digərləri Yeni qərardan sonra manatı nə gözləyir?

"ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin 4.75 faizdən 5

arrow Ətraflı
Melitopolda partlayış baş verib like
  • 23 Mar 11:28  
Dünya Melitopolda partlayış baş verib

Rusiyanın işğalı altında olan Ukraynanın Zaporojye vilayətinin Melitopol

arrow Ətraflı
İran bütün “qırmızı xətləri” keçir  TƏHLİL like
  • 23 Mar 11:27  
Siyasət İran bütün “qırmızı xətləri” keçir TƏHLİL

Azərbaycanın 44 günlük Vətən müharibəsində böyük Zəfərini həzm ed�

arrow Ətraflı
Qardaşlar "Avroviziya"da neçənci çıxış edəcəklər? like
  • 23 Mar 11:04  
Şou-biznes Qardaşlar "Avroviziya"da neçənci çıxış edəcəklər?

Azərbaycanı Avroviziya-2023 mahnı müsabiqəsində "Tell me more"

arrow Ətraflı
Oqtay Əliyevgil çəkilişdən gəlirmiş... like
  • 23 Mar 10:52  
Şou-biznes Oqtay Əliyevgil çəkilişdən gəlirmiş...

"Heç birimiz qəbullana bilmirik. Dilarə Əliyeva hələ də şokdadır&q

arrow Ətraflı
Oqtay Əliyevin dəfn olunacağı yer dəyişdirildi like
  • 23 Mar 10:45  
Kriminal Oqtay Əliyevin dəfn olunacağı yer dəyişdirildi

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfn yeri dəyişib.

arrow Ətraflı
Həbsxanadan diş fırçasının köməyi ilə qaçdılar like
  • 23 Mar 10:40  
Dünya Həbsxanadan diş fırçasının köməyi ilə qaçdılar

ABŞ-nin Virciniya ştatının Nyuport Nyus şəhərində iki məhbus diş fır

arrow Ətraflı
"Patı"nı burada gizlədibmiş  Whatsapp yazışmaları ifşa oldu  FOTO like
  • 23 Mar 10:28  
Kriminal "Patı"nı burada gizlədibmiş Whatsapp yazışmaları ifşa oldu FOTO

İran vətəndaşından narkotik alıb Daşkəsəndə satmaq istəyən şəxs sa

arrow Ətraflı
Mehriban Əliyeva: Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!  FOTO like
  • 23 Mar 10:26  
Siyasət Mehriban Əliyeva: Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabınd

arrow Ətraflı
Mehriban Zəkinin səhhəti ilə bağlı vəziyyət açıqlandı like
  • 23 Mar 10:24  
Kriminal Mehriban Zəkinin səhhəti ilə bağlı vəziyyət açıqlandı

Xalq artisti Mehriban Zəkinin səhhəti ilə bağlı son vəziyyəti açıqlan�

arrow Ətraflı
SumqayıtYalama dəmiryol xəttinin bərpa olunacağı like
  • 23 Mar 10:04  
Digərləri SumqayıtYalama dəmiryol xəttinin bərpa olunacağı

Asiya İnkişaf Bankı (AİB) hazırda Azərbaycanda dəmiryol sektorunun inkiş

arrow Ətraflı
"Kimin yerinə səndən üzr istəyim, Dilarə?" like
  • 23 Mar 09:52  
Şou-biznes "Kimin yerinə səndən üzr istəyim, Dilarə?"

Xalq artisti Afaq Bəşirqızı da ötən gün qəzada vəfat edən Əməkdar m�

arrow Ətraflı