Ekoaksiyanın 99cu günü:


Siyasət 20 Mar 2023 09:08:00 154 0

Ekoaksiyanın 99cu günü:

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 99 gündür davam edir.

Son.az xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Son.az 

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib like
  • 20 Mar 09:02  
Siyasət Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında N

arrow Ətraflı
Azərbaycanda Novruz bayramı qeyd edilir like
  • 20 Mar 09:01  
Digərləri Azərbaycanda Novruz bayramı qeyd edilir

Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.

arrow Ətraflı
Günay görünüşündə dəyişiklik etdi like
  • 20 Mar 06:32  
Şou-biznes Günay görünüşündə dəyişiklik etdi

Müğənni Günay İbrahimli görünüşündə dəyişiklik edib. 

arrow Ətraflı
"İnşallah, gəlini dediyi kimi olar" like
  • 20 Mar 04:36  
Şou-biznes "İnşallah, gəlini dediyi kimi olar"

Xəbər verdiyimiz kimi, Əməkdar artist Könül Kərimova bir müddət əvvə

arrow Ətraflı
Ukrayna rusları bu ərazilərdən çıxmağa məcbur etdi like
  • 20 Mar 03:28  
Dünya Ukrayna rusları bu ərazilərdən çıxmağa məcbur etdi

Ukrayna Silahlı Qüvvələrinin yaz əks-hücum əməliyyatı üçün bütün z

arrow Ətraflı
Asəf Zeynallının məzarı baxımsız qalıb like
  • 20 Mar 02:16  
Şou-biznes Asəf Zeynallının məzarı baxımsız qalıb

Dahi bəstəkar Asəf Zeynallının məzarı baxımsız vəziyyətdədir.

arrow Ətraflı
Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır like
  • 20 Mar 01:24  
Dünya Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır

Almaniya, Danimarka, Kanada, Fransa və Estoniya Ukraynaya yeni hərbi yardım p

arrow Ətraflı
Şagird sinif yoldaşını like
  • 19 Mar 23:56  
Kriminal Şagird sinif yoldaşını

Naxçıvanda şagirdlər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

arrow Ətraflı
Motosiklet yeniyetmə oğlanı vuraraq xəsarət yetirib like
  • 19 Mar 23:46  
Digərləri Motosiklet yeniyetmə oğlanı vuraraq xəsarət yetirib

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Məşhur ekstrasensdən dünyanı şoka salan XƏBƏRDARLIQ: like
  • 19 Mar 23:30  
Dünya Məşhur ekstrasensdən dünyanı şoka salan XƏBƏRDARLIQ:

Hindistanlı ekstasens dağıdıcı yeraltı təkanların olacağını, bir sır

arrow Ətraflı
Aygün Bəylər: "Ciyərim, başqa yerim ağrayır"  VİDEO like
  • 19 Mar 23:21  
Şou-biznes Aygün Bəylər: "Ciyərim, başqa yerim ağrayır" VİDEO

"Bir il olar ki, xəstəliyimdən xəbərdar oldum. Dedim ki, Allahın imta

arrow Ətraflı