Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür edib


Siyasət 16 Mar 2023 17:55:00 184 0

Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilməsi təklifinə görə ayrıca minnətdarlığımı bildirirəm.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ankarada keçirilən sammitdəki çıxışında deyib.

"Bugünkü görüşümüz dostluğumuzun və birliyimizin, ən çətin zamanlarda bir-birimiz üçün möhkəm dayaq olduğumuzun əyani və praktik sübutudur", - o deyib.

Qeyd edək ki, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

"Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparıblar.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Bundan sonra ölkə ərazisində daha bir neçə zəlzələ baş verib.

Ermənistan SQnin keçmiş korpus komandiri həbs olunacaq like
  • 16 Mar 17:34  
Digərləri Ermənistan SQnin keçmiş korpus komandiri həbs olunacaq

Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandi

arrow Ətraflı
DMX əməkdaşlarına ali xüsusi rütbələr verilib like
  • 16 Mar 17:24  
Siyasət DMX əməkdaşlarına ali xüsusi rütbələr verilib

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

arrow Ətraflı
Talış kəndi bərpadan sonra  FOTOSESSİYA like
  • 16 Mar 17:23  
Digərləri Talış kəndi bərpadan sonra FOTOSESSİYA

Bu gün 20 ailə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə k

arrow Ətraflı
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif edilib like
  • 16 Mar 17:22  
Siyasət Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif edilib

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təl

arrow Ətraflı
İslamofobiya ilə bağlı panel müzakirələri keçirildi like
  • 16 Mar 16:58  
Digərləri İslamofobiya ilə bağlı panel müzakirələri keçirildi

"İslamofobiya ilə mübarizədə beynəlxalq təşkilatların birgə əmə

arrow Ətraflı
Gömrük proseduru sadələşdirilir  VİDEO like
  • 16 Mar 16:52  
Digərləri Gömrük proseduru sadələşdirilir VİDEO

Zəngəzur dəhlizi açılandan sonra Azərbaycanın sözün əsl mənasında tr

arrow Ətraflı
Paris İslamı hədəf seçərək özünü vurur like
  • 16 Mar 16:33  
Siyasət Paris İslamı hədəf seçərək özünü vurur

İslamofobiyanı az qala dövlət siyasətinə çevirən rəsmi Paris hədəfə

arrow Ətraflı
Eyyub Yaqubovun konsertinə əvvəllər alınmış bütün biletlər etibarlıdır  təşkilatçılar like
  • 16 Mar 16:32  
Kriminal Eyyub Yaqubovun konsertinə əvvəllər alınmış bütün biletlər etibarlıdır təşkilatçılar

Xalq artisti Eyyub Yaqubovun Türkiyədəki zəlzələ səbəbindən 15-16 fevra

arrow Ətraflı
Sərhədçilərlə görüşlər keçirildi  FOTO like
  • 16 Mar 16:31  
Digərləri Sərhədçilərlə görüşlər keçirildi FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğ

arrow Ətraflı
Köhnə qaz sayğacları dəyişdirildi, amma cərimə yazıldı  VİDEO like
  • 16 Mar 16:19  
Digərləri Köhnə qaz sayğacları dəyişdirildi, amma cərimə yazıldı VİDEO

Cəlilabad rayonunun Göytəpə şəhər sakinləri Bayram  Cabbarov və  İsa

arrow Ətraflı
ABB Sumqayıtda daha bir filial açdı! like
  • 16 Mar 16:16  
Digərləri ABB Sumqayıtda daha bir filial açdı!

ABB maliyyə xidmətləri şəbəkəsini genişləndirmək üçün Sumqayıtda i

arrow Ətraflı