"Azərbaycan müsəlman aləmində də mühüm rola malikdir"


Siyasət 15 Mar 2023 12:09:00 214 0

"Azərbaycan müsəlman aləmində də mühüm rola malikdir"

Azərbaycan təkcə regionda, qlobal arenada yox, həm də müsəlman aləmində də mühüm rola malikdir.

Bu barədə Trend-ə özəl açıqlamasında Pakistan Müsəlman İnstitutu Düşüncə Mərkəzinin sədri Sultan Əhməd Sahibzadə deyib.

O qeyd edib ki, hər bir dində başqa bir dinə, onun dəyərlərinə, müqəddəs yerlərinə hörmət aşılanır:

"Lakin Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığı dövr ərzində vandallıq aktları törədib. Mən Şuşada, Füzulidə və işğaldan azad edilən ərazilərdə olmuşam. Gördüyüm dağıntılar qarşısında şok keçirdim. Başa düşə bilmirəm ki, niyə məscid dağıdılsın? Məscid insanların öz tanrıları ilə ünsiyyət saxladığı müqəddəs bir məkandır. Qarabağda ermənilər məscidləri dağıdıb, orada heyvan saxlayıb. Bunu anlamaq çox çətindir. Beynəlxalq ictimaiyyət buna reaksiya verməlidir", - deyə o əlavə edib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

İslamofobiya siyasi əqidənin bir hissəsidir like
  • 15 Mar 12:06  
Siyasət İslamofobiya siyasi əqidənin bir hissəsidir

İslamofobiya cəhalətin nəticəsi deyil, siyasi əqidənin bir hissəsidir?

arrow Ətraflı
Kapital Bank əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi like
  • 15 Mar 12:03  
Digərləri Kapital Bank əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Ek

arrow Ətraflı
"Ermənistanın Qarabağda məscidləri, dini məbədləri dağıtması çox təəssüfləndirici haldır" like
  • 15 Mar 11:59  
Siyasət "Ermənistanın Qarabağda məscidləri, dini məbədləri dağıtması çox təəssüfləndirici haldır"

30 illik işğal dövründə Ermənistanın Qarabağda məscidləri, dini məbə

arrow Ətraflı
"Radara çatanda sürəti azaldıb sonra yenidən artırıram" like
  • 15 Mar 11:57  
Digərləri "Radara çatanda sürəti azaldıb sonra yenidən artırıram"

Dünən Bakı Şəhəri Kənar Dairəvi yolda sürət həddini aşaraq manevretm

arrow Ətraflı
“Sədərəy”ə işə gedirmiş  Dəhşətli qəzanın təfərrüatı like
  • 15 Mar 11:55  
Digərləri “Sədərəy”ə işə gedirmiş Dəhşətli qəzanın təfərrüatı

Dünən səhər saatlarında Yasamalda - Bakı dairəvi avtomobil yolunda baş v

arrow Ətraflı
“Konyak diplomatiyası” İŞ BAŞINDA like
  • 15 Mar 11:50  
Digərləri “Konyak diplomatiyası” İŞ BAŞINDA

Rusiya orbitindən sürətlə uzaqlaşan Ermənistan elə həmin templə də Qə

arrow Ətraflı
Özbaşına fərdi ev tikən fiziki şəxslər like
  • 15 Mar 11:44  
Digərləri Özbaşına fərdi ev tikən fiziki şəxslər

Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.

arrow Ətraflı
Düşmən yenə Xocalı və Xocavəndi atəşə tutdu like
  • 15 Mar 11:42  
Siyasət Düşmən yenə Xocalı və Xocavəndi atəşə tutdu

Martın 15-i saat saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutul

arrow Ətraflı
Xalq artistinin nəvəsi Moskvadakı bağ evini 5 milyon manata satır like
  • 15 Mar 11:22  
Şou-biznes Xalq artistinin nəvəsi Moskvadakı bağ evini 5 milyon manata satır

Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi, aktyor, müğənni Nikita

arrow Ətraflı
İsveç və Fransada islamofobiyanın təzahürləri artmaqdadır like
  • 15 Mar 10:27  
Siyasət İsveç və Fransada islamofobiyanın təzahürləri artmaqdadır

Müsəlmanlara qarşı şifahi və fiziki təhdidlər ifadə olunur.

arrow Ətraflı
Casusluq edən xarici ölkə vətəndaşı həbs edildi like
  • 15 Mar 10:22  
Siyasət Casusluq edən xarici ölkə vətəndaşı həbs edildi

Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət işi üzrə apa

arrow Ətraflı
Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər like
  • 15 Mar 10:18  
Siyasət Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidenti sözçüsü İbrahim Kalın Vaşinqton səfəri çərçivə

arrow Ətraflı
Simonyandan Paşinyana: like
  • 15 Mar 10:16  
Dünya Simonyandan Paşinyana:

Dəhliz haqqında heç vaxt heç nə deməmişəm. Şəxsən Paşinyan haqqında

arrow Ətraflı
Din adamları islamofobiyaya qarşı öz səslərini yüksəltməlidirlər like
  • 15 Mar 10:08  
Siyasət Din adamları islamofobiyaya qarşı öz səslərini yüksəltməlidirlər

Din adamlarının islamofobiyaya qarşı öz səslərini yüksəltməsi olduqca

arrow Ətraflı