Xankəndidəki separatçılar sonlarını yaxınlaşdırır


Siyasət 14 Mar 2023 20:06:00 190 0

Xankəndidəki separatçılar sonlarını yaxınlaşdırır

Xankəndidəki separatçı rejimin Bakıda keçirilməsi nəzərdə tutulan müzakirələrə nümayəndələr yollamaqdan boyun qaçırması vəziyyəti daha da ağırlaşdıracaq. Gərginlik separatçılara çox baha başa gələ bilər. Rəsmi Bakı diplomatiyasını sərtləşdirə, ordumuz isə müvafiq tədbirlərə əl ata bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın Prezident Aparatı ölkənin Qarabağ iqtisadi zonasının hazırda müvəqqəti olaraq Rusiya Sülhməramlı Kontingentinin (RSK) nəzarətində olan ərazilərində məskunlaşmış ermənilərlə yeni görüş təklif edib.

Bakıda keçirilməsi nəzərdə tutulan görüş qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə başlamağın şərtləri, onların hüquqlarının və təhlükəsizliklərinin təminatının ölkə Konstitusiyası çərçivəsində reallaşdırılması yollarının arayışı ilə bağlı olacaqdı.

Xatırladaq ki, martın 1-də Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində, RSK qərargahında qarabağlı ermənilərin təmsilçiləri ilə görüşüb.

Görüş zamanı əsasən Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə, sosial və mədəni həyatına reinteqrasiyası, bu prosesi sürətləndirmək üçün Azərbaycan tərəfinin təmin edə biləcəyi imkanlar, eləcə də bölgədə sülhün təmin olunmasının qarşısında duran maneələr və çağırışlar müzakirə olunub.

Fəqət, separatçılar görüşləri davam etdirmək istəmirlər.

Xankəndidəki xuntanın "Xarici İşlər Nazirliyi" bildirib ki, belə görüşlər yalnız rusiyalı sülhməramlıların vasitəçiliyi ilə ilk görüşün olduğu yerdə keçirilə bilər və görüşdə "izafi siyasiləşmə" olmadan humanitar, infrastruktur və texniki məsələlər müzakirə olunmalıdır.

İllüziyalara qapılan separatçılar aqressivlik ritorikasını daha da artıraraq "Laçın dəhlizində nəqliyyatın hərəkəti tam təmin edilməyincə" və "Azərbaycan tərəfi maksimalist yanaşmalardan əl çəkməyincə" hər hansı görüş, yaxud müzakirələr üçün "münbit zəmin" yaradılmayınca Bakı ilə təmasların olmayacağını vurğulayıblar.

Sonda onlar bildliriblər ki, "müstəqillik istəyindən əl çəkməyəcəklər və yalnız beynəlxalq təminatın olacağı təqdirdə danışıqlar aparacaqlar".

Qarabağlı ermənilərin separatçı liderləri Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarına və vədlərinə də qarşı çıxaraq Xankəndidəki rejimin bir çox hallarda İrəvana tabe olmadığını göstərmək istəyirlər.

Separatçıların belə demarşının səbəbi isə onların Fransa və Rusiya Federasiyasındakı bəlli güc mərkəzlərinə güvənməsi, aldıqları vədlərin real olduqlarına inanmalarıdır.

Qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyası ilə bağlı danışıqların vasitəçilərsiz, birbaşa aparılması ermənilərə hamilik etməyə çalışdıqlarını göstərənləri narahat edir.

Belədə də nə Rusiyanın sülhməramlı kontingentinə zərurət qalır, nə də Fransanın psevdovasitəçilik cəhdlərinə.

Xankəndidəki rejim vəziyyəti bilərəkdən gərginləşdirərək qəsdli eskalasiya yolu seçib. Məqsəd RSK nəzarətindəki ərazilərdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla situasiyanı fasiləsiz ekstremal həddə çatdırmaq və Azərbaycana qarşı Avropa Parlamenti ilə yanaşı, digər beynəxalq və pan-Avropa strukturlarında "dəlil"lər əldə etməyə çalışanların göstərişlərinin yerinə yetirilməsidir.

Separatçıların "XİN"dən sonra Xankəndidəki "parlament"dəki fraksiyaların istisnasız olaraq hamısının imzaladıqları birgə bəyanat yayılıb.

"Blokada şəraitində Bakı ilə danışıqlar və görüşlər mümkün deyil" ifadəsinin yer aldığı sənəd gözlənildiyi kimi, rəsmi İrəvana xəbərdarlıqlar və ultimatumlarla zəngindir.

"Danışıqlar yalnız beynəlxalq strukturların, o cümlədən, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi və təminatı ilə aparılmalıdır. Ermənistanın hakimiyyət dairələrindən isə tələb edirik ki, 1992-ci ilin iyulun 8-də Ermənistan Ali Sovetinin qəbul etdiyi qərara sadiq qalaraq bizim milli müqəddəratı təyin etmək hüququmuzu şübhə altına almasınlar", - sənəddə deyilir.

Separatçıların "parlamentar"ları nədənsə Laçın-Gorus yolunda aksiyanın davam etməsinə rəğmən, martın 1-də görüşə qatılmalarını xatırlamır və bunun səbəbini açıqlamırlar.

Ən sonda separatçı rejimin "sabiq XİN başçısı", diplomatiyanı əsla bilmədiyini dəfələrlə sübut etmiş David Babayan açqılama verib: "Bakı ilə danışıqlar yalnız Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə, tərəflərin bərabərhüquqlu olacağı təqdirdə mümkündür. Bakıya xatırladırıq ki, biz Qarabağın erməni icması yox, qarabağlı erməni xalqıyıq".

Maraqlıdır ki, martın 1-də baş tutmuş görüşün qarabağlı ermənilər tərəfdən təşəbbüskarları, separatçı rejimin rəhbəri Araik Arutyunyan və "Təhlükəsizlik Şurasının katibi" Samvel Şaxramanyan susublar, heç bir "sərt bəyanat"la çıxış etməyiblər.

Yaranmış vəziyyət qarabağlı ermənilərin separatçı liderlərinin psixoloji problem həddinə çatmış təşəxxüsləri ilə yanaşı, onların tam bisavadlığını və prosesləri dərk edə bilmədiklərini göstərir.

Hadisələrin xronologiyasına fikir verin:

1. Xankəndidəki rejim "əsla danışıqlara getmərik" deyir

2. Danışıqlar və müzakirələr baş tutur

3. Separatçılar "danışıqların gərəkli formatı"ndan bəhs edirlər.

Məntiq budur ki, danışıqlara bağlı müzakirələrdə ilkin olaraq format və şərtlər nəzərdən keçirilir, sonra razılaşma əldə edilir və danışıqlar baş tutur.

Martın 1-də Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti separatçıların nümayəndələri ilə Xocalıda görüşübsə, danışıqlar olubsa, Xankəndidəki fərdlər indi hansı "əsl, gərəkli format"dan bəhs edirlər?

Belə iddialar, şərtlər və miskin "ultimatum"lar rəsmi Bakıda mövqelərin yenidən nəzərdən keçirilməsinə və ya hər hansı formada dəyişikliklərə əl atmağa səbəb olmayacaq.

Azərbaycan ərazisində yaşayan ermənilərə təkliflər edilib, onların konstrktiv və real şərtləri qəbul edəcəkləri təqdirdə yaşamlarının daha da yaxşı olacaqları deyilib.

Qarabağlı ermənilər Bakının şərtlərini qəbul etməsələr, ərazilərimizi tərk etməlidirlər, çünki qanunsuz statusda olacaqlar.

Ermənistana gəldikdə isə, Nikol Paşinyan hakimiyyəti qarabağlı ermənilərlə bağlı danışıqlarda tərəf olmaq istəmir.

Hazırda rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə yaşayan ermənilər arasında Bakının sözlərini eşitmək, Azərbaycan pasportu almaq və normal yaşamaq istəyənlərin sayı artır.

Bakı məhz həmin ermənilərin nümayəndələri ilə danışıqlar apara bilər.

Onda RSK-nın nəzarətindəki ərazilərdə olan silahlı seraparatçı erməni dəstələri real hərbi hədəf olacaq.

Hərbi hədəflərsə məhv edilməlidir.

Elza ilə Elgiz efirdə dalaşdı  VİDEO like
  • 14 Mar 20:02  
Şou-biznes Elza ilə Elgiz efirdə dalaşdı VİDEO

Əməkdar artist Elza Seyidcahanla aparıcı Elgiz Əkbər arasında mübahisə

arrow Ətraflı
Kürdə suyun azalmasının səbəbləri məlum olub like
  • 14 Mar 19:51  
Digərləri Kürdə suyun azalmasının səbəbləri məlum olub

Kür çayında suyun Azərbaycan ərazisində azalmasının əsas səbəbləri s

arrow Ətraflı
İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb  FOTO like
  • 14 Mar 19:45  
Siyasət İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Res

arrow Ətraflı
250 minlik bağ evi ilə gündəmə gələn Nəfəsin sponsoru kimdir?  VİDEO like
  • 14 Mar 19:40  
Şou-biznes 250 minlik bağ evi ilə gündəmə gələn Nəfəsin sponsoru kimdir? VİDEO

Müğənni Nəfəs növbəti açıqlaması ilə diqqətləri üzərində cəmlə

arrow Ətraflı
"Uzunmüddətli kontraktlarda maraqlıyıq" like
  • 14 Mar 19:39  
Siyasət "Uzunmüddətli kontraktlarda maraqlıyıq"

Avropada yaranmaqda olan interkonnektorlar çox mühüm rol oynayır. Nə qədə

arrow Ətraflı
Ermənistandan azərbaycanlıların qovulması insanlıq əleyhinə cinayətdir  Əziz Ələkbərli like
  • 14 Mar 19:30  
Siyasət Ermənistandan azərbaycanlıların qovulması insanlıq əleyhinə cinayətdir Əziz Ələkbərli

Ermənistanın baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında Erm�

arrow Ətraflı
İlham Əliyev: Qaz ixracatımız təkcə Avropa məkanı ilə məhdudlaşmır like
  • 14 Mar 19:26  
Siyasət İlham Əliyev: Qaz ixracatımız təkcə Avropa məkanı ilə məhdudlaşmır

Bizim qaz ixracatımız təkcə Avropa məkanı ilə məhdudlaşmır. Biz, eyni

arrow Ətraflı
"Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün yaxşı şans var" like
  • 14 Mar 19:25  
Siyasət "Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün yaxşı şans var"

Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə həl

arrow Ətraflı
Prezident: Avropa məkanına təbii qaz ixracımız ildənilə artır like
  • 14 Mar 19:19  
Siyasət Prezident: Avropa məkanına təbii qaz ixracımız ildənilə artır

Biz Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində

arrow Ətraflı
"Deyirdilər ki, bu qızın qapısına nə qədər elçi gəlir"  VİDEO like
  • 14 Mar 19:18  
Şou-biznes "Deyirdilər ki, bu qızın qapısına nə qədər elçi gəlir" VİDEO

"Mənim xına məclisimdə bir qarmon, bir nağara olub. Bütün xanımlar

arrow Ətraflı
Kahramanmaraşda 4,9 bal gücündə daha bir zəlzələ olub like
  • 14 Mar 19:12  
Digərləri Kahramanmaraşda 4,9 bal gücündə daha bir zəlzələ olub

Bu gün Türkiyənin Kahramanmaraş vilayətində daha bir zəlzələ baş verib

arrow Ətraflı
Paris küçələrində 5 min tondan çox zibil yığılıb  VİDEO like
  • 14 Mar 19:07  
Dünya Paris küçələrində 5 min tondan çox zibil yığılıb VİDEO

Fransada kommunal təsərrüfat idarəsi işçilərinin pensiya islahatına qar�

arrow Ətraflı
Ştaynmayer: Almaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir like
  • 14 Mar 19:06  
Siyasət Ştaynmayer: Almaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

Almaniya Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı mi

arrow Ətraflı
Hind aktrisa Aygün Kazımovanın paltarından geyindi  VİDEO  FOTO like
  • 14 Mar 18:56  
Şou-biznes Hind aktrisa Aygün Kazımovanın paltarından geyindi VİDEO FOTO

Məşhur hind aktrisası Rakhi Savant geyimi ilə diqqət çəkib.

arrow Ətraflı