İran təxribatına haqq qazandırır: Qardaşlıqdan alçaqlığa...


Siyasət 14 Mar 2023 17:12:00 215 0

İran təxribatına haqq qazandırır: Qardaşlıqdan alçaqlığa...

İran qırıcısının 11 martda Azərbaycan sərhədinin 3-5 km-liyində, bəzi hallarda isə düz sərhəd üzərində uçması ilə bağlı rəsmi Bakının açıqlamasına Tehrandan cavab gəlib.

Son.az axar.az-a istinadən bildirir ki, İran XİN sözçüsü Nasir Kənani bu mövzuda İran səfirinin Azərbaycan XİN-ə çağırılmasını "xoş olmayan niyyət" kimi xarakterizə edib. Deyib ki, İranın hərbi təyyarəsi respublika ərazisində olub, uçuş Azərbaycan sərhədindən lazımi məsafədə həyata keçirilib, rəsmi Tehran Bakının bu addımını xoş niyyət hesab edə bilməz!

İran XİN sözçüsünün cavabında konkret arqument yoxdur: Azərbaycan İran qırıcısının sərhədin 3-5 km-liyində, bəzi hallarda isə düz sərhəd xətti üzərindən, həm də tam 42 dəqiqə fasiləsiz olaraq uçduğunu elan edib. İran isə öz qırıcısının hansı trayektoriya ilə, neçə dəqiqə, hansı məsafələrdə uçduğuna ümumiyyətlə toxunmayıb.

Digər tərəfdən, Azərbaycan XİN və MN İran qırıcısının sərhədi pozduğunu deməyib, sadəcə dünya praktikasında sərhədə "təhlükəli dərəcədə yaxınlaşmaq" deyilən bir anlayış var. Məsələn, ölkənin hava sərhədinə müəyyən qədər yaxınlaşma halında istənilən dövlət hava həyəcanı verir, Hava Hücumundan Müdafiə qüvvələrini aktivləşdirir, qırıcılarını havaya qaldırır və sərhədə yaxınlaşan yad hərbi təyyarənin geri qayıtmasını tələb edir.

Nasir Kənani bildirir ki, əgər bu, xoş niyyətə əsaslansaydı, o zaman İran səfirliyinə və hərbi attaşemizə sualla müraciət etmək olardı, fikir mübadiləsi aparılar və anlaşılmazlıq aradan qaldırılardı, Azərbaycan hökumətinin səfiri çağırmasını xoş niyyətli hərəkət kimi qiymətləndirə bilmərik.

Azərbaycan "xoş niyyətli olmayan" münasibət sərgiləsəydi, mütləq qırıcılarını qaldırardı, çünki İran təyyarəsi nəinki sərhədimizə təhlükəli səviyyədə yaxınlaşıb, hətta tam sərhədimizin üstü ilə uçub - həm də çox uzun müddət, 42 dəqiqə. Azərbaycanın elə səfiri çağırması, ondan izahat tələb etməsi xoş niyyətin sübutudur: əks halda BMT TŞ-yə müraciət edər, İranın bu təcavüzkar cəhdinin beynəlxalq miqyasda müzakirəsini qaldırar, əlavə tədbirlərin görülməsi üçün addımlar atılmasına nail olardı.

Səfirin XİN-ə dəvət edilməsi və belə hərəkətlərin təkrar olunmasının yolverilməzliyini açıqlaması faktiki olaraq Azərbaycanın İranla hər hansı qarşıdurmaya getmək istəməməsinin, ancaq öz sərhədlərini qorumaq üçün bütün addımlara hazır olmasının sübutudur.

Halbuki İranın Azərbaycana qarşı necə sərhədpozma təcrübəsi olduğunu 2001-ci il olaylarından yaxşı bilirik. 2001-ci ilin iyul-avqust aylarında İran qırıcıları 8 dəfə hava sərhədimizi pozmuşdu, hətta Bakının 100 km-liyinə qədər gəlmişdilər, Salyan, Neftçala üzərində lap alçaqdan alçaqcasına uçuş həyata keçirmişdilər. 2007-ci ildə isə Əhmedinejat İranın şimalına səfər edərkən onu müşayiət edən helikopterlər Azərbaycan sərhədini kütləvi şəkildə pozmaları ilə yadda qalmışdılar.

İran bu sərhədpozmalara görə bircə dəfə də olsun, Azərbaycandan üzr istəyibmi? Qəsdən sərhəd pozmaları həyata keçirən İran nə vaxt diplomatik müraciətlərə reaksiya verib?

Bütün dünyada qəbul edilən qaydalar var: dövlətin sərhədinə yalnız bəlli məsafəyə qədər yaxınlaşmaq və orada uçuş həyata keçirmək olar. Yaxın məsafədə aparılan uçuşlar haqda isə qonşu ölkə mütləq əvvəlcədən məlumatlandırılmalıdır.

İran hər iki qaydanı pozub: sərhədə təhlükəli dərəcədə yaxınlaşmayıb, məhz sərhədin üzərində, Tehranın sevdiyi sözlərlə desək, "qırmızı xəttin" üstüylə uçub və bu barədə Azərbaycanı əvvəlcədən məlumatlandırmayıb.

"Tehran Bakı ilə konstruktiv qarşılıqlı fəaliyyətə ümid edir. Biz bu kimi məsələlərin ixtisaslaşmış strukturlar çərçivəsində qaldırılacağını və həllini gözləyirik. Mübahisəli məsələlərin mətbuatda və tribunalardan səsləndirilməsi onların həllinə kömək etmir və xoşməramlılıq əlaməti deyil" - Nasir Kənani qeyd edib.

Tehrandakı səfirliyimizə hücum edən terrorçunun polis tərəfindən necə himayə edildiyi görüntülərini, sərhədi pozan İran hərbçilərinin 44 günlük savaşda hücum edən Azərbaycan Ordusunun qarşısını kəsib, 1 sutka "danışıqlar aparmaqla" ermənilərin toparlanmasının qayğısına niyə qalmasının, müharibədən dərhal sonra sərhəddə iki dəfə ardıcıl irimiqyaslı təlimin hansı səbəbdən keçməsinin, Araz çayının üzərindən necə keçəcəyi görüntüsünün, Qafanda, Azərbaycanla sərhədin bir neçə kilometrliyində tələsik konsulluq qurmasının, 10 noyabr 2020-ci il bəyanatına uyğun Zəngəzur dəhlizinin açılmasına qarşı dirəniş göstərməsinin və bu dəhlizə imkan verməməsinin - yəni özünə aid olmayan işlərə burun soxmasının, Azərbaycana səpələdiyi agentura şəbəkəsinin, "Kərimə dövlət" yaratmaq üçün ölkəmizdə dağıdıcı fəaliyyət göstərməsinin və ən nəhayət, "Türkiyə" qəzetinin yazdığı 4 min terrorçunu Qarabağa yerləşdirmək hazırlığına başlamasının, Ermənistana raketləri və dronları bağışlamasının, iranlı mütəxəssislərin Xankəndiyə gəlməsinin, separatçılara qanunsuz olaraq yanacaq daşımasının... - yəni son iki ildəki düşmən fəaliyyətinin izahını haçan verdi ki, indi də qurumlararası müzakirələrlə "anlaşılmazlığın" aradan qaldırılması lazım gəldiyini təklif edir.

"Anlaşılmazlıq", "mübahisəli məsələlərin" fikir mübadiləsi ilə aradan qaldırılmalı olduğunu iddia edən İran niyə bu "anlaşılmazlıq" və "mübahisəli məsələlər" yarandığına aydınlıq gətirmir? İran qırıcısı niyə düz sərhədimiz üzərində uçmalıdır ki, anlaşılmazlıq da yaransın?

"Anlaşılmazlıq" yaradıb, sonra müzakirəyə açıq olduğunu göstərmək riyakarlıqdır; Ermənistanı silahlandırıb, onu Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə müharibəyə sövq etmək düşmənçilikdir; vaxtaşırı Azərbaycanla hədə dilində və Azərbaycan torpaqlarına iddia bəyanatları vermək təcavüzkarlıqdır!

İranın müsəlman ölkəsi Azərbaycana qarşı düşmənçilik siyasətini açıq müstəviyə keçirib, daha da aqressivləşməsi isə olduqca təhlükəli oyundur.

Bakıda 70 yaşlı müəllim özünü 9cu mərtəbədən atdı  VİDEO like
  • 14 Mar 17:11  
Digərləri Bakıda 70 yaşlı müəllim özünü 9cu mərtəbədən atdı VİDEO

Bakıda 70 yaşlı coğrafiya müəllimi intihar edib. Hadisə az öncə Surax

arrow Ətraflı
“Sədəf” Xalq Çalğı Alətləri Ansamblı konsert proqramı ilə çıxış edəcək like
  • 14 Mar 17:10  
Kriminal “Sədəf” Xalq Çalğı Alətləri Ansamblı konsert proqramı ilə çıxış edəcək

"Sədəf" Xalq Çalğı Alətləri Ansamblı konsert proqramı ilə ç

arrow Ətraflı
"Cadenza dəvət edir” layihəsini çərçivəsində Qleb Xoxlov ustad dərsi keçib like
  • 14 Mar 17:09  
Kriminal "Cadenza dəvət edir” layihəsini çərçivəsində Qleb Xoxlov ustad dərsi keçib

Cadenza Contemporary Orchestra "Cadenza dəvət edir" layihəsini növ

arrow Ətraflı
Sabunçuda əl qumbarası tapılıb  VİDEO  FOTO like
  • 14 Mar 16:55  
Digərləri Sabunçuda əl qumbarası tapılıb VİDEO FOTO

Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib.

arrow Ətraflı
“İnstagram”da istifadəçilərin pullarını ələ keçirən şəxs tutuldu  VİDEO  FOTO like
  • 14 Mar 16:25  
Kriminal “İnstagram”da istifadəçilərin pullarını ələ keçirən şəxs tutuldu VİDEO FOTO

"İnstagram" sosial şəbəkəsində vətəndaşların etibarından su

arrow Ətraflı
Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir like
  • 14 Mar 15:58  
Digərləri Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında AnchorElektron Təhlükə

arrow Ətraflı
28 yaşlı reper konsertində öldü like
  • 14 Mar 15:48  
Şou-biznes 28 yaşlı reper konsertində öldü

Cənubi Afrikalı reper Kosta Tiç konserti zamanı vəfat edib.

arrow Ətraflı
Zəlzələdən sonra İlham Əliyevin Türkiyəyə səfəri qardaşlıq nümunəsidir  Binəli Yıldırım like
  • 14 Mar 15:47  
Siyasət Zəlzələdən sonra İlham Əliyevin Türkiyəyə səfəri qardaşlıq nümunəsidir Binəli Yıldırım

AK Parti Sədrinin birinci müavini Binəli Yıldırım çətin günlərdə dost

arrow Ətraflı
Musa Quliyev vəfat edib  FOTO like
  • 14 Mar 15:46  
Digərləri Musa Quliyev vəfat edib FOTO

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Əməkdar müəllim Musa Quliy

arrow Ətraflı
“Freddi” azı 99 nəfərin həyatına son qoyub  VİDEO like
  • 14 Mar 15:24  
Dünya “Freddi” azı 99 nəfərin həyatına son qoyub VİDEO

Malavidə "Freddie" tropik qasırğası və onun səbəb olduğu sel n

arrow Ətraflı
İlk dəfə ələlə görüntüləndilər  FOTO like
  • 14 Mar 15:12  
Şou-biznes İlk dəfə ələlə görüntüləndilər FOTO

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Hande Erçel iş adamı Hakan Saban

arrow Ətraflı
"İran rejimi bayram şənliklərinin yeni nümayişlərə təkan verəcəyindən qorxur” like
  • 14 Mar 15:00  
Digərləri "İran rejimi bayram şənliklərinin yeni nümayişlərə təkan verəcəyindən qorxur”

"İran rejimi, çox güman ki, bayram şənliklərinin rejim əleyhinə nü

arrow Ətraflı
Bu ayın bütün müavinət, təqaüd, ünvanlı yardımları like
  • 14 Mar 14:27  
Digərləri Bu ayın bütün müavinət, təqaüd, ünvanlı yardımları

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosi

arrow Ətraflı
İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü başlayıb like
  • 14 Mar 14:26  
Siyasət İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü başlayıb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, martın 14-də Azərbaycan Respublik

arrow Ətraflı