Makronun korsikalılara qarşı gizli müharibəsi


Siyasət 13 Mar 2023 14:01:00 189 0

Makronun korsikalılara qarşı gizli müharibəsi

Fransa hakimiyyəti uzun müddətdir Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Senat və Milli Assambleyası dəfələrlə ölkəmizin əleyhinə qətnamələr qəbul edib. Həmçinin Avropa Parlamentində Azərbaycana qarşı qəbul olunan qətnamələrin əsas təşəbbüskarı fransız deputatlar olur. Bundan başqa, başda Fransa prezidenti Emmanuel Makron olmaqla, ölkənin digər siyasətçiləri Bakıya qarşı sərt fikirlər səsləndirirlər. Ölkə mediası isə vaxtarışı olaraq, Markon hakimiyyətinin sifarişi ilə Azərbaycan əleyhinə silsilə yazılar dərc etməklə gündəmə gəlirlər. Fransanın dövlət qurumları öz vətəndaşlarından çox, ermənilərin təmsilçisi rolunda çıxış edirlər.

Son.az Trend-ə istinadən bildirir ki, həm Fransa rəsmilləri, həm qanunverici orqan, həm də media Makronun göndərdiyi tezislər əsasında Azərbaycanın erməni xalqı və erməni dilinə hörmətsizlik etdiyini, Qarabağ ermənilərinin hüquqlarını təmin etmədiyini bəyan edirlər. Elə təsəvvür yaradırlar ki, guya Azərbaycan Qarabağ ermənilərinə qarşı "soyqırımı" həyata keçirib və ya təşkil etməyi planlaşdırır. Amma bir dənə də olsun fakt göstərmirlər.

Bakının əksinə olaraq, Paris hazırda qeyri-döyüş şəraitində bir xalqın mədəniyyətini və dilini tarixdən silməklə məşğuldur.

Məlumdur ki, ötən gün Korsika Məhkəməsi Fransa adasındakı dövlət müəssisələrində korsika dilinin istifadəsini qadağan edib. Bundan sonra Korsika Assambleyasında debatlar zamanı bu dildən istifadə olunmayacaq. Səbəb kimi Korsika dilindən istifadənin Fransa Konstitusiyanın 2-ci maddəsinə zidd olması göstərilir. Fransa hakimiyyətinin bu qərarı Parislə Korsikada müstəqillik tərəfdarı olan qüvvələrin münasibətini daha da kəskinləşdirib.

Həm yerli əhali, həm də Korsikanın nüfuzlu siyasətçiləri adada yalnız fransız dilinin istifadə olunması ilə bağlı qərara etiraz edirlər. Onlar bəyan edirlər ki, mərkəzi hakimiyyətin belə bir qərar verməsi ayrı-seçkilikdir və beynəlxalq qanunların pozulmasıdır. Fransa prezidenti Emmanuel Makron dəfələrlə bəyan edib ki, Korsika həmişə Parisə tabe olmalıdır, müstəqillikdən söhbət gedə bilməz.

Göründüyü kimi, Fransada korsikalılara qarşı etnik və mədəni terror dövlət səviyyəsində həyata keçirilir. Markon korsikalılara elan olunmamış müharibəyə başlayıb. Rəsmi Paris ölkə daxilində korsikalıların hüquqlarını heç sayır. Amma Fransadan minlərlə kilometr uzaqda yerləşən Azərbaycanın daxili işlərinə qarışır. Ölkənin daxildə 150 min nəfərdən çox insanın danışdığı dili qadağan edən Fransa hakimiyyəti dünyaya hansı dəyərini nümunə göstərə bilər?

Təbii ki, heç bir dəyərini...

Çünki Fransa beynəlxalq konvensiyaları pozaraq, korsikalıların hüquqlarını məhdudlaşdırır, hətta onları dilini qadağan edir. Parisin belə qeyri-demokratik davranışlarının əksinə olaraq, Azərbaycan ölkə sərhədləri daxilində yaşayan bütün xalqlara eyni münasibəti göstərir. Onları mədəni və öz dilində danışmaq hüququna hörmətlə yanaşır. Hətta Azərbaycan 44 günlük Vətən Müharibəsində elə bir hərbi əməliyyat keçirdi ki, bir nəfər də olsun, siravi erməninin burnu belə qanamadı. Bütün bunlar göstərir ki, Fransa etnik qrupların hüquqlarını təmin edilməsi məsələsində Azərbaycandan çox şey öyrənməlidir.

Gəncədə binanın zirzəmisi gölə çevrilib	like
  • 13 Mar 13:55  
Digərləri Gəncədə binanın zirzəmisi gölə çevrilib

Bura Gəncənin Xətai prospektində yerləşən 114 nömrəli 5 mərtəbəli ya

arrow Ətraflı
Gürcüstanı "xərcləmək" istəyənlərin OYUNU like
  • 13 Mar 13:47  
Siyasət Gürcüstanı "xərcləmək" istəyənlərin OYUNU

Dünya, xüsusilə də Avropa hər ötən gün Rusiya və Qərb arasında geosi

arrow Ətraflı
“Rusiya məhbus qadınları Donetskdə döyüşlərə cəlb edir” like
  • 13 Mar 13:44  
Dünya “Rusiya məhbus qadınları Donetskdə döyüşlərə cəlb edir”

"Rusiya məhbus qadınları Donetsk vilayətindəki döyüşlərə cəlb ed

arrow Ətraflı
Bakının mərkəzində bataqlıq yaranıb like
  • 13 Mar 13:22  
Digərləri Bakının mərkəzində bataqlıq yaranıb

Çoxmərtəbəli binaların yerləşdiyi ərazinin bir addımlığında bataqlı

arrow Ətraflı
Güclü külək olacaq like
  • 13 Mar 13:14  
Digərləri Güclü külək olacaq

Martın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Fəhlə iş yerində öldü, like
  • 13 Mar 13:00  
Kriminal Fəhlə iş yerində öldü,

Martın 11-i saat 03 radələrində Abşeron rayonu ərazisində yerləşən kə

arrow Ətraflı
“Burada mənə heç nə olmaz, bilmirsiniz ki, lənkəranlıyam?” like
  • 13 Mar 12:49  
Şou-biznes “Burada mənə heç nə olmaz, bilmirsiniz ki, lənkəranlıyam?”

Mahsun Kırmızıgülün Bakı konserti maraqlı anlara səhnə olub.

arrow Ətraflı
Bakıda bank hesablarından 17 min manata yaxın vəsait oğurlandı like
  • 13 Mar 12:38  
Kriminal Bakıda bank hesablarından 17 min manata yaxın vəsait oğurlandı

Paytaxtda ayrı-ayrı vətəndaşlara məxsus bank hesablarından kütləvi tala

arrow Ətraflı
Vəzifəli şəxsin meyiti binanın girişində tapılıbmış like
  • 13 Mar 12:34  
Kriminal Vəzifəli şəxsin meyiti binanın girişində tapılıbmış

Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının köməkçisi R

arrow Ətraflı
İranda itkin düşən tələbəmizdən nə xəbər var? like
  • 13 Mar 12:29  
Siyasət İranda itkin düşən tələbəmizdən nə xəbər var?

İranda itkin düşən azərbaycanlı tələbədən məlumat yoxdur.

arrow Ətraflı
Azərbaycanlı məşhurun ad günündə TVERK RƏQSİ like
  • 13 Mar 12:27  
Şou-biznes Azərbaycanlı məşhurun ad günündə TVERK RƏQSİ

Martın 9-u 40 yaşını dost məclisi ilə qeyd edən Səidə Sultanın doğum

arrow Ətraflı
İlin ən önəmli gecəsində kimlər var idi? like
  • 13 Mar 12:16  
Şou-biznes İlin ən önəmli gecəsində kimlər var idi?

Xəbər verdiyimiz kimi, ötən gecə "Oskar" mükafatı yeni sahiblə

arrow Ətraflı
İlham Əliyevin təşəbbüsləri yeni dünya nizamının konturlarını cızır like
  • 13 Mar 12:12  
Siyasət İlham Əliyevin təşəbbüsləri yeni dünya nizamının konturlarını cızır

X Qlobal Bakı Forumu sona çatdığından bu tədbirin uğurunu qeyd etməyin t

arrow Ətraflı
Fırıldaqçılar kartdakı pulu bu yolla ələ keçirirlər like
  • 13 Mar 12:05  
Digərləri Fırıldaqçılar kartdakı pulu bu yolla ələ keçirirlər

Son zamanlar xarici ölkələrin mobil nömrələrindən müxtəlif maaşlar mü

arrow Ətraflı