X Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirib


Siyasət 09 Mar 2023 16:08:00 190 0

X Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirib

Martın 9-da X Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirib.

Son.az Trend-ə istinadən bildirir ki, TRT World" televiziya kanalının aparıcısı və müxbiri Cəfər Hasneynin moderatorluğu ilə keçirilən "Bölünmüş dünyada dayanıqlılığın qurulması: Onun qlobal sülhə təsiri" mövzusunda birinci panel iclasında əvvəlcə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Həmçinin Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Latviya Respublikasının Prezidenti Egils Levits iclasda çıxış edərək bildirib ki, dövlətlər və fərdlər üçün əsas məsələ təhlükəsizlikdir. O bildirib: "Xaricdən gələn təhlükələrə, dünyada baş verən münaqişələrə misal olaraq xüsusilə Rusiya-Ukrayna müharibəsini göstərmək olar. İlk dəfədir ki, beynəlxalq tədbirimiz bu müharibəyə reaksiya verib. Biz icazə verməməliyik ki, dünyada müharibələr yaransın. Dünyada baş verən münaqişələr ölkələrin bir çox planını dəyişdi".

Eyni zamanda, dünyada baş verən iqlim dəyişikliyinin təhlükəli xarakter aldığını vurğulayan Egils Levits qeyd edib: "İqlim dəyişikliyi hazırda dünyamızda əsas problemlərdən biridir. Onun aradan qaldırılması üçün səylər göstərilməlidir. Qanunun aliliyinin və dünya sülhün təməli olan beynəlxalq hüququn təmin edilməsi mühümdür".

Robert F.Kennedy İnsan Haqları Mərkəzinin Prezidenti Kerri Kennedi Rusiya-Ukrayna müharibəsindən danışıb, beynəlxalq tribunal yaratmağın vacibliyini bildirib. "Biz hazırda dünyanı dəyişmək üçün buradayıq. Ədalətli və sülh dolu bir dünya üçün çalışmalıyıq", - deyə K.Kennedi vurğulayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti (1999-2007) Vayra Vike-Freyberqa qeyd edib ki, insan hüquqlarına riayət olunması üçün beynəlxalq qanun standartları hazırlanılmalıdır. Bu qanunlara əməl etmək xaosdan qorunmağın vacib yoludur. NATO-nun qüvvələri ilə bağlı fikirlərini bölüşən sabiq Prezident qeyd edib ki, Latviyada da hərbi qüvvələr var və müəyyən standartlara uyğundur. Bu qüvvələr müharibələr və ya xaos üçün istifadə olunmur. "Şərqi Avropanın insanları ruslara nifrət etmir. Latviyada qarışıq ailələr çoxdur və biz hər kəsdən daha xoşbəxt millətik. Rusiya-Ukrayna müharibəsi iki ölkənin maddi qazanclarını məhv etdi", - deyə Mərkəzin həmsədri vurğulayıb.

Norveçin sabiq Baş naziri (1997-2000 və 2001- 2005) Kyell Magne Bondevik çıxışında diqqətə çatdırıb ki, hazırkı vəziyyət İkinci Dünya müharibəsindən sonra baş verənlərdən daha fərqlidir. Bu səbəbdən ölkələr arasında daha güclü regional əməkdaşlıqlar vacibdir. Bu əməkdaşlığın daha çox birlik gətirə biləcəyini vurğulayan Kyell Magne Bondevik deyib: "Bizi NATO qoruyur. Bununla bağlı şübhə yoxdur. Həmçinin Avropa İttifaqının, qeyri-hökumət təşkilatlarının və dinin də rolu böyükdür. Din sülhün təməlinə çevirə bilər. Buna görə də din nümayəndələrinin missiyası çox böyükdür. Biz bilirik ki, demokratiya və müharibə bir-birinə qarşıdır. Demokratiya sülhün qurulmasının tərəfdaşıdır. Biz sülhün təmin edilməsi üçün çalışmalıyıq".

İsveçrə Konfederasiyasının sabiq Prezidenti (2007-2011) Mişelin Kalmi-Rey isə çıxışında deyib: "Biz sülh üçün çıxış yolları axtarırıq, dünyanı böhrandan əvvəlki vəziyyətə gətirməyə çalışırıq. Yeni dünya nizamı yavaş-yavaş qarşımıza çıxır. Sülh bizə nə verə bilər? Bizim bunu əvvəlcədən görməyimiz çətindir".

Beynəlxalq münasibətlərdə dünya nizamının və beynəlxalq hüququn çox vacib olduğunu diqqətə çatdıran Mişelin Kalmi-Rey vurğulayıb ki, Ukraynada başlayan müharibədən sonra BMT-nin artıq supergüc olmadığı göründü. Bu müharibə dəyərlərin münaqişəsi deyil, klassik müharibədir. Sülhün təmin edilməsi heç də asan olmayacaq, bunun üçün uzun zaman lazımdır.

Ukraynanın sabiq Prezidenti (2005-2010) Viktor Yuşşenko ölkəsinin müharibədə qələbə qazanacağına əminliyini bildirib. Deyib ki, indi əsas məsələ əməkdaşlıqdır. "Bizə dünyada yeni təhlükəsizlik sisteminin qurulması vacibdir", - deyə o vurğulayıb.

Panel iclası müzakirələrlə davam edib.

İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib like
  • 09 Mar 15:47  
Siyasət İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Məşhur aktrisanın yeni sevgilisi tanınmış futbolçudur? like
  • 09 Mar 15:44  
Şou-biznes Məşhur aktrisanın yeni sevgilisi tanınmış futbolçudur?

Təxminən bir ay əvvəl "Qalatasaray" futbol klubuna transfer olan i

arrow Ətraflı
8 mart “Beynəlxalq qadınlar günü”nə həsr olunmuş konserti keçirilib like
  • 09 Mar 15:22  
Kriminal 8 mart “Beynəlxalq qadınlar günü”nə həsr olunmuş konserti keçirilib

Bakı Kitab Mərkəzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının "

arrow Ətraflı
Azərbaycanda piyadanı vuran kişi like
  • 09 Mar 14:25  
Digərləri Azərbaycanda piyadanı vuran kişi

Azərbaycanda intihar hadisəsi baş verib.

arrow Ətraflı
Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir like
  • 09 Mar 14:14  
Digərləri Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir

Azərbaycanın mobil rabitə sahəsində yerli kadrların yetişdirilməsiməqs�

arrow Ətraflı
Şirin Ebadi İranı Azərbaycandan üzr istəməyə çağırıb like
  • 09 Mar 13:50  
Siyasət Şirin Ebadi İranı Azərbaycandan üzr istəməyə çağırıb

Azərbaycana bu və digər şəkildə müdaxiləyə görə İran üzr istəməli

arrow Ətraflı
Deputatdan elektrik enerjisinin qiyməti ilə bağlı maraqlı təklif like
  • 09 Mar 13:49  
Digərləri Deputatdan elektrik enerjisinin qiyməti ilə bağlı maraqlı təklif

Azərbaycanda elektrik enerjisi qiymətlərinin differensial olaraq aşağı sal

arrow Ətraflı
Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır  Giorgi Marqvelaşvili like
  • 09 Mar 13:48  
Siyasət Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır Giorgi Marqvelaşvili

Gürcüstan ərazi bütövlüyü məsələsində hər zaman qardaş Azərbaycan�

arrow Ətraflı
Tərtərdə bir nəfər minaya düşüb like
  • 09 Mar 13:45  
Digərləri Tərtərdə bir nəfər minaya düşüb

Tərtərdə bir nəfər minaya düşüb.

arrow Ətraflı
Gömrük polkovnikləri azadlığa buraxıldı like
  • 09 Mar 13:42  
Digərləri Gömrük polkovnikləri azadlığa buraxıldı

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Ba�

arrow Ətraflı
Sevdiyi qız gül buketini qəbul etmədi like
  • 09 Mar 13:39  
Digərləri Sevdiyi qız gül buketini qəbul etmədi

Gəncədə sevdiyi qızdan rədd cavabı alan 22 yaşlı oğlan intihara cəhd e

arrow Ətraflı
"Kişi pişik kimidir, nə qədər sığal çəkəcəksən, yanında qalacaq" like
  • 09 Mar 13:38  
Şou-biznes "Kişi pişik kimidir, nə qədər sığal çəkəcəksən, yanında qalacaq"

"Kişi getdi gəzdi, xəyanət etdi... Bir qadın ev işi ilə məşğul

arrow Ətraflı
"Azərbaycan bu məsələdə Cənubi Qafqazda lider mövqe tutur" like
  • 09 Mar 13:28  
Digərləri "Azərbaycan bu məsələdə Cənubi Qafqazda lider mövqe tutur"

Azərbaycan dayanıqlı inkişaf məqsədləri (DİM) indeksinə görə Cənubi

arrow Ətraflı
Əfqanıstanda inzibati binada partlayış olub, qubernator ölüb like
  • 09 Mar 13:27  
Dünya Əfqanıstanda inzibati binada partlayış olub, qubernator ölüb

Əfqanıstanın şimalındakı Bəlx vilayətində baş verib.

arrow Ətraflı