“Atam erməni qonşumuza deyirdi ki, Sergey, Zəngəzuru sizdən alacağıq”


Şou-biznes 08 Mar 2023 11:33:00 192 0

“Atam erməni qonşumuza deyirdi ki, Sergey, Zəngəzuru sizdən alacağıq”

Yallı cərgəyə düzülərək dəstə ilə ifa olunan kütləvi rəqsdir. Oyun zamanı yallıya kollektivin önündə gedən "yallıbaşı" rəhbərlik edir.

Musiqişünas Fəttah Xalıqzadə Moderator.az-a bildirib ki, Qərbi Azərbaycan yallılarına - Zəngəzur, Ağbaba, Dərələyəz, Göyçə yallılarını misal çəkmək olar.

"Ümumiyyətlə yallıların mənşəyi və tarixi çox qədimdir. Bu insanların qədim dünyagörüşü ilə bağlıdır. Zəngəzur yallısının digər yallılardan fərqi etnoqrafik özəlliklərdə ola bilər. Xüsusilə ağır tempdə olan yallılar var, onların sayı azdır. Bu çox ağır yallıdır, nadir halda rast gəlinir. Bundan başqa Qafanda da yallılara rast gəlinib. Bu da lirik rəqslərlə əlaqəlidir. Bu yallıların ritmləri də, hərəkəti də, musiqisi də, hətta rəqs fiqurlarının adları da maraqlıdır. Bundan başqa 2, 3, 4 ayaq yallılar da mövcuddur" deyə musiqişünas deyib.

Xalq artisti Brilliant Dadaşova da atası Süleyman Dadaşovun bəstələdiyi "Zəngəzur yallısı" adlı mahnını ifa edib. Moderator.az-a açıqlama verən sənətkar əsərin yaranma ideyasından danışıb.

"Cənab prezidentimiz Zəngəzurla bağlı məsələni gündəmə gətirəndə atamla bağlı xatirələr göz önümdə canlandı. Yadımdadır ki, erməni əsilli qonşumuz var idi, bizə gələndə atam hər dəfə Zəngəzur yallısını pianoda ifa edirdi. Deyirdi ki, "Sergey mən bu mahnını 50-ci illərdə bəstələmişəm, biz Zəngəzuru əvvəl-axır sizdən alacağıq". O gedirdi, getdikdən sonra yoldaşı gəlirdi. Sergeyin həyat yoldaşı məndən soruşurdu ki, "sənin atan nə deyibsə mənim yoldaşıma, hər dəfə sizdən gələndən sonra o evdə valeriyan içir". Sergey atamın üzünə heç nə deməsə də, evdə gedib hirslənib, dərman içirmiş. Atam 50-ci illərdə əgər Zəngəzur yallısı bəstələyibsə, bu deməkdir ki, xalqımızın qanayan yarası, ağrıyan yeri olub. Atam Zəngəzur haqda danışanda, mən heç Zəngəzur sözünü məktəbdə də eşitməmişdim. Xəritədə də harada olduğunu bilmirdim. Məktəbdə də bununla bağlı dərs keçmirdilər. Sən demə 20-ci illərdə Zəngəzuru Azərbaycandan ayırıblar. Bu məsələ gündəmə gələndən sonra şair, professor Vüqar Əhmədə zəng etdim ki, bu bəstəyə söz yazsın. Bu əhvalatı ona da danışdım. Atamın bəstəsinə Vüqar Əhməd şeir yazdı. Şeirin də nəqarətini mən bir az düzəltdim. Orada bu yeri mənim sözlərimdir. "Haqq yerini tapacaqdır, göyərçinim uçacaqdır, qaytararıq yoluna nur, gözəl Zəngəzur". Fəxr edirəm ki, söz ustadı Vüqar Əhmədin şeirinin yanında mənim misralarım da yer aldı. Ötən il atamın 100 illiyi idi, biz bu mahnını yazdırıb lentə aldıq. İnanıram ki, atamın ruhu şaddır" deyə xalq artisti bildirib.

Fuat Oktay Əli Əsədova təşəkkür edib like
  • 08 Mar 11:27  
Siyasət Fuat Oktay Əli Əsədova təşəkkür edib

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikas�

arrow Ətraflı
8 Mart bayramında qadınların üzünü güldürən hədiyyə nədir? like
  • 08 Mar 11:22  
Digərləri 8 Mart bayramında qadınların üzünü güldürən hədiyyə nədir?

Qadını əbəs yerə gülə bənzətmirlər. Çünki gül həmişə diqqət, qa

arrow Ətraflı
Araik Bakıya təslim olmaq istəyib, amma... like
  • 08 Mar 11:11  
Siyasət Araik Bakıya təslim olmaq istəyib, amma...

Xankəndi-Xəlfəli-Turşsu yolunda ermənilərin törətdiyi təxribatdan sonra

arrow Ətraflı
Biləsuvarda zəlzələ oldu, like
  • 08 Mar 10:52  
Digərləri Biləsuvarda zəlzələ oldu,

Bu gün yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qər

arrow Ətraflı
Bürclərə görə HƏDİYYƏ SEÇİMİ like
  • 08 Mar 10:49  
Digərləri Bürclərə görə HƏDİYYƏ SEÇİMİ

Martın 8-i dünyanın əksər ölkələrində Beynəlxalq Qadınlar Günü kimi

arrow Ətraflı
Azərbaycanlı qadın sahibkarlar elektron ticarətə keçir like
  • 08 Mar 10:38  
Digərləri Azərbaycanlı qadın sahibkarlar elektron ticarətə keçir

Azərbaycanda qadın sahibkarlar tədricən elektron ticarətə keçir və rahat

arrow Ətraflı
Tbilisi küçələrində iğtişaşlar, gözyaşardıcı qaz, xaos... like
  • 08 Mar 10:33  
Digərləri Tbilisi küçələrində iğtişaşlar, gözyaşardıcı qaz, xaos...

Qonşu Gürcüstan parlamentində qəbul edilən qanun layihəsi ölkədə gərg

arrow Ətraflı
8 marta hədiyyə tort  like
  • 08 Mar 10:27  
Digərləri 8 marta hədiyyə tort

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
Bakıda yol qəzası olub, xəsarət alan var like
  • 08 Mar 10:16  
Digərləri Bakıda yol qəzası olub, xəsarət alan var

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Keçmiş ərindən Ebru Gündəşə qadağa: “Oxumayacaq!” like
  • 08 Mar 10:05  
Şou-biznes Keçmiş ərindən Ebru Gündəşə qadağa: “Oxumayacaq!”

ABŞ-da yaşayan iranlı biznesmen Reza Zərrab keçmiş həyat yoldaşı və m�

arrow Ətraflı
Tbilisinin mərkəzində keçirilən mitinq başa çatıb, like
  • 08 Mar 09:54  
Dünya Tbilisinin mərkəzində keçirilən mitinq başa çatıb,

Tbilisinin mərkəzində mitinq başa çatıb, onun keçirildiyi Rustaveli prosp

arrow Ətraflı
Baxçalıdan Akşenere sərt sözlər: “Bir dəfə satan yenə satacaq” like
  • 08 Mar 09:43  
Digərləri Baxçalıdan Akşenere sərt sözlər: “Bir dəfə satan yenə satacaq”

Türkiyənin Milliyyətçi Xalq Hərəkatı (MHP) partiyasının sədri Dövlət

arrow Ətraflı
Müğənni Xəyyam məhkəməyə verildi like
  • 08 Mar 09:32  
Şou-biznes Müğənni Xəyyam məhkəməyə verildi

Müğənni Xəyyam Nisanov məhkəməyə verilib.

arrow Ətraflı
Gəncədə FACİƏ: ata və övladları dəm qazından zəhərləndilər like
  • 08 Mar 09:21  
Digərləri Gəncədə FACİƏ: ata və övladları dəm qazından zəhərləndilər

Gəncə şəhərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

arrow Ətraflı
Universitetlərdə reytinq zəifliyi like
  • 08 Mar 09:14  
Digərləri Universitetlərdə reytinq zəifliyi

Ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinq za

arrow Ətraflı