“Namiq Qaraçuxurlu ilə duetimdən sonra Arif Babayevin gözünə görünmədim, demişdi ki..."


Şou-biznes 21 Fev 2023 14:27:00 229 0

“Namiq Qaraçuxurlu ilə duetimdən sonra Arif Babayevin gözünə görünmədim, demişdi ki..."

Xalq artisti, şöhrətli xanəndə Arif Babayevin 85 yaşı tamam olur. Böyük sənətkar incəsənətimizə çox böyük töhfələr verib, sənətkarlar, xanəndələr bəxş edib. Əməkdar artist, sevilən müğənni Könül Kərimova da Arif Babayevin tələbəsi olub.

Son.az moderator.az-a açıqlama verən Könül xanım müəllimi ilə bağlı xatirələrini bizimlə bölüşüb.

"Arif Babayev mənim əziz müəllimim olub. Onu ürəkdən təbrik edirəm. Allah onu qorusun, can sağlığı versin. Fəxr edirəm ki, mənim müəllimim o olub. Arif müəllimlə sonuncu dəfə "Atv səhər" verilişinin yeni ilə həsr olunmuş buraxılışında görüşmüşdük. Cabbar Musayevlə birgə sənətkarın evinə qonaq getmişdik. Bizimlə dərsdə nə qədər ciddi idisə, bir o qədər də zarafatcıl idi. Dərsin bitməyinə az qalmış deyirdi ki, "ay Könül, bir ağız hind mahnısı oxu, gedək". Dərsdə çox vaxt ciddi idi. Elə zənn edirdik ki, hər dərs imtahan veririk. Gülüstan Əliyeva da bizimlə birgə oxuyurdu. O vaxtı da yeni buroşkalar çıxmışdı. Saça vuranda kəpənək kimi görünürdü. Arif müəllim sinfə daxil olan kimi Gülüstan xanıma gözü sataşdı. Gördü ki, saçında kəpənək kimi bir buroşka var. O dəqiqə dedi ki, "ay Gülüstan, bir Yevlaxı tut görüm" (gülür). Gülüstan axı Yevlaxdandır. Saçındakı buroşka antena kimi görünürdü. Bütün tələbələrinin toyuna gəlib, oxuyub. Bizim toyumuzu da Arif müəllim oxuyub. O video görüntülər indiyə qədər qalmaqdadır" deyə sənətçi bildirib.

Əməkdar artist bildirib ki, meyxanaçı Namiq Qaraçuxurlu ilə duet oxuduğuna görə bir müddət müəlliminin gözünə görünməyib.

"Xanəndəlik sinfində oxuyurdum. Bir gün dəvət etdilər ki, bəlkə Namiq Qaraçuxurlu ilə birlikdə nəsə hazırlayasız. Mən də istədim ki, bir az fərqlilik olsun. O vaxt həm də qəribə baxırdılar. Birdən-birə muğam sinfindən çıxasan, meyxana janrına qoşulasan.. Sözün düzü çox çəkindim. Dedilər ki, narahat olma, heç nə olmaz. Mən də fikirləşirdim ki, Arif müəllim görsə biyabırçılıq olacaq. Həm də bilmirdim ki, o soruşsa nə cavab verəcəm. Musiqi hazır oldu, biz oxuduq. "Cavanlıq səhvi" duetimiz çox gözəl qəbul olundu. Qorxumdan Arif müəllimin gözünə görünə bilmirdim. Bir də gördüm ki, efirdə Arif müəllimdən müsahibə alırlar. Ondan soruşdular ki, "Arif müəllim, tələbələriniz haqda nə deyə bilərsiniz?". Dedi ki, "heç nə, nə deyəcəm?! Tələbələrim də keçib meyxanaya" (gülür). Sonra görüşdüm, hər şeyi ona izah etdim. Arif Babayev nəinki mənim həyatımda, bir çox tələbələrinin həyatında böyük rol oynayıb. Dillərdə əzbər olan mahnıların müəllifidir. Evində qonaq olanda mənə mahnılarından ibarət bir kitab hədiyyə etdi. Mütləq şəkildə onun mahnılarından bir neçəsini oxuyacam" deyə sənətçi bildirib.

Hava bu tarixdən dəyişir: like
  • 21 Fev 14:22  
Digərləri Hava bu tarixdən dəyişir:

Bu həftənin ortalarında qış soyuğu olacaq, qar yağacaq.

arrow Ətraflı
Bu binalardakı mənzillərə çıxarış verilməyəcək like
  • 21 Fev 14:16  
Digərləri Bu binalardakı mənzillərə çıxarış verilməyəcək

Türkiyədə güclü zəlzələ zamanı minlərlə binanın dağılmasına səb�

arrow Ətraflı
Ukraynada 16 mindən çox mülki şəxsin öldürüldüyü ehtimal edilir like
  • 21 Fev 14:05  
Dünya Ukraynada 16 mindən çox mülki şəxsin öldürüldüyü ehtimal edilir

Müstəqil araşdırmalarda müharibə başlayandan bəri Ukraynada 16000-dən �

arrow Ətraflı
Birbankla Türkiyəyə kart köçürmələri komissiyası ləğv olundu like
  • 21 Fev 14:02  
Digərləri Birbankla Türkiyəyə kart köçürmələri komissiyası ləğv olundu

Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində ç

arrow Ətraflı
Pilotun Hataydan qayıdan xilasedicilərə təşəkkürü izləyici rekordu qırdı like
  • 21 Fev 13:54  
Dünya Pilotun Hataydan qayıdan xilasedicilərə təşəkkürü izləyici rekordu qırdı

Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdən sonra Hataya yollanan

arrow Ətraflı
Seçiləcəyim gecə Putinə zəng edəcəyəm like
  • 21 Fev 13:43  
Dünya Seçiləcəyim gecə Putinə zəng edəcəyəm

Yenidən prezident seçiləcəyim gecə Ukraynadakı münaqişənin həlli ilə

arrow Ətraflı
Hatayda zəlzələnin vurduğu ziyan “Bayraktar”la görüntüləndi like
  • 21 Fev 13:32  
Digərləri Hatayda zəlzələnin vurduğu ziyan “Bayraktar”la görüntüləndi

Türkiyədə fevralın 6-da baş verən zəlzələdə böyük dağıntılarla ü

arrow Ətraflı
Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil like
  • 21 Fev 13:30  
Dünya Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil

Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil.

arrow Ətraflı
Ermənilər ərazilərimizdə SOYQIRIM HAZIRLIĞI GÖRÜR like
  • 21 Fev 13:26  
Siyasət Ermənilər ərazilərimizdə SOYQIRIM HAZIRLIĞI GÖRÜR

İkinci Qarabağ müharibəsində məğlub tərəf Ermənistan bir neçə həd�

arrow Ətraflı
DTX İŞİDin mühasibini saxladı like
  • 21 Fev 13:24  
Siyasət DTX İŞİDin mühasibini saxladı

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İŞİD terror təşkilat�

arrow Ətraflı
Türkiyəyə turlar ucuzlaşıb like
  • 21 Fev 13:10  
Digərləri Türkiyəyə turlar ucuzlaşıb

Fevralın 6-da Türkiyənin cənubunda baş verən, 10 əyalətdə ciddi dağın

arrow Ətraflı
Güclü cənubqərb küləyi olacaq like
  • 21 Fev 13:03  
Digərləri Güclü cənubqərb küləyi olacaq

Fevralın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Türkiyəli deputatın canlı yayımda həyəcanlı anları like
  • 21 Fev 12:59  
Dünya Türkiyəli deputatın canlı yayımda həyəcanlı anları

Dünən axşam saatlarında Türkiyənin Hatay vilayətində baş verən 6,4 və

arrow Ətraflı
Rəsmi Moskva Baydenin Kiyevə səfərinə münasibət bildirdi like
  • 21 Fev 12:55  
Dünya Rəsmi Moskva Baydenin Kiyevə səfərinə münasibət bildirdi

ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfəri Rusiya Federasiyası üçün qeyr

arrow Ətraflı