Bütün vaxtını və pulunu suiqəsdlər hazırlamağa sərf edən REJİM


Siyasət 31 Yan 2023 10:53:00 168 0

Bütün vaxtını və pulunu suiqəsdlər hazırlamağa sərf edən REJİM

"İranın təkcə Vyana Konvensiyasına əks olaraq Azərbaycan səfirliyini qorumamaqda əli yoxdur, həm də hücumu təşkil edib və diplomatik təhlükəsizliyin pozulmasında fəal iştirak etdi".

Bunu Son.az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, İran molla-fars rejiminin sonunun gəldiyini düşünmək hələ tezdir:

"Görə bilərik ki, Bakı bu hücumu qəza və ya nəzarət kimi deyil, açıq-aşkar siyasi siqnal kimi qəbul edib və gələcəkdə öz diplomatlarına qarşı potensial hücumların qarşısını almaq üçün səfirliyi evakuasiya edib. Qeyd etmək lazımdır ki, bu hücumdan sonrakı günlərdə İranın müxtəlif silah anbarları və hərbi fabriklərini hədəf alan bir sıra koordinasiyalı partlayışlar baş verib.

Ola bilsin ki, İran bu vəziyyətdən ibrət dərsi çıxarıb, bəlkə indən belə daxili cəhətdən zəif olduğunu, təhlükəsizliyinin istənilən səviyyədə olmadığını və istehsal etdiyi hər hansı silahı bir göz qırpımında itirməyin iki vur iki olduğunu başa düşərək, zorakılığı qızışdırmaq, qonşularını təqib etmək və onlara hücum etmək əvəzinə daxili işlərinə diqqət yetirəcək. İran insan kapitalı və böyük təbii sərvətləri sayəsində çiçəklənən bir ölkə ola bilər, lakin bunun əvəzinə bütün vaxtını və pulunu sui-qəsdlər hazırlamağa və dünyada qarışıqlıq yaratmağa sərf edir.

İranın döyüşkən fəaliyyəti onlara birbaşa təsir etdiyi üçün İsrail və ABŞ artıq İran sərhədləri yaxınlığında böyük hərbi təlimlər keçirməyi planlayırlar. Azərbaycan səfirliyinə hücum edildiyi gün Qüds sinaqoqunda baş vermiş ölümcül terror aktından sonra SEPAH 7 günahsız israillinin dua zamanı öldürülməsini alqışladı.

Bu yaxınlarda ABŞ-ın Suriyadakı mövqelərinə hücumlar və keçmiş ABŞ rəsmilərinə qarşı sui-qəsd cəhdləri də davam etdi. Bu zorakı fəaliyyət diqqətdən kənarda qalmamalıdır. ABŞ və İsrail təhdid və bəyanatlar əvəzinə beynəlxalq ictimaiyyəti koordinasiya fəaliyyətinə - iranlı diplomatların ölkədən çıxarılmasına, diplomatik münasibətlərin kəsilməsinə, siyasi və iqtisadi təcridə, bütün hərbi və terror fəaliyyətinin dayandırılmasına yönəltməlidir.

Qasım Süleymaninin və bir neçə SEPAH generalının öldürülməsi rejimi kökündən sarsıtdı. Amma hazırda rejimin sonu demək tezdir. Bununla belə, İran həm zəifliyini, həm də toksikliyini nümayiş etdirdi və qanuna tabe olan ölkələr "İslam Respublikası" olan qanunsuz, din amilindən sui-istifadə edən quruluşa son qoymağa həqiqətən də fəal şəkildə kömək etməlidirlər".

Təhməz Əsədov Son.az

XİN İrana səyahət etmək istəyənlərə like
  • 31 Yan 10:51  
Siyasət XİN İrana səyahət etmək istəyənlərə

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan

arrow Ətraflı
Bu xəstəxananın direktoru işdən çıxarıldı like
  • 31 Yan 10:49  
Digərləri Bu xəstəxananın direktoru işdən çıxarıldı

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru işdən çıxarılıb

arrow Ətraflı
MOSSAD İsfahana 4 zərbə endirdi like
  • 31 Yan 10:46  
Dünya MOSSAD İsfahana 4 zərbə endirdi

İsrail hesab edir ki, İranın İsfahan şəhərindəki obyektə zərbə ilə m

arrow Ətraflı
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür like
  • 31 Yan 10:26  
Digərləri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmi

arrow Ətraflı
Komandolarımız real döyüş şəraitində məşq etdilər like
  • 31 Yan 10:19  
Digərləri Komandolarımız real döyüş şəraitində məşq etdilər

Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun

arrow Ətraflı
Rəşad Nəbiyevə ağır itki like
  • 31 Yan 10:14  
Digərləri Rəşad Nəbiyevə ağır itki

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin atası vəfat edib.

arrow Ətraflı
“Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək” like
  • 31 Yan 10:10  
Digərləri “Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək”

"Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək&qu

arrow Ətraflı
Bakıda sərxoş müştəri kafedə ofisiant qadının burnunu sındırıb like
  • 31 Yan 10:03  
Digərləri Bakıda sərxoş müştəri kafedə ofisiant qadının burnunu sındırıb

Bakının Nəsimi rayonunda 42 yaşlı qadının xəsarət alması ilə nəticə

arrow Ətraflı
İranda tələbə etirazlarda iştirak etdiyi üçün həbs edildi: like
  • 31 Yan 09:56  
Digərləri İranda tələbə etirazlarda iştirak etdiyi üçün həbs edildi:

İranda ümumxalq etirazları zamanı tutulan tələbə Nigar Davudi 2 il 3 ay

arrow Ətraflı
Paytaxtda evdə güclü partlayış: like
  • 31 Yan 09:53  
Digərləri Paytaxtda evdə güclü partlayış:

Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.

arrow Ətraflı
Məşhur aktrisa vəfat etdi like
  • 31 Yan 09:51  
Şou-biznes Məşhur aktrisa vəfat etdi

Ukraynanın Əməkdart artisti Olqa Koqut vəfat edib.

arrow Ətraflı
Bakıda yeniyetmə 14 gün sonra yenidən itkin düşüb like
  • 31 Yan 09:40  
Digərləri Bakıda yeniyetmə 14 gün sonra yenidən itkin düşüb

Bakıda 14 gün qabaq itkin düşən 15 yaşlı oğlan yenidən itkin düşüb.

arrow Ətraflı
Gəncədə bir ailənin 3 üzvünü bıçaqlayan şəxsdən like
  • 31 Yan 09:33  
Kriminal Gəncədə bir ailənin 3 üzvünü bıçaqlayan şəxsdən

Gəncədə bir ailənin 3 üzvünü bıçaqlayan şəxs saxlanılıb.

arrow Ətraflı
AzərbaycanMacarıstan əlaqələri yeni hədəflərə doğru like
  • 31 Yan 09:28  
Siyasət AzərbaycanMacarıstan əlaqələri yeni hədəflərə doğru

Azərbaycan Türk və Ərəb ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv

arrow Ətraflı