“O bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra paylaşım da edib yazmışdı ki..”


Şou-biznes 28 Yan 2023 12:57:00 219 0

“O bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra paylaşım da edib yazmışdı ki..”

Son.az xəbər verir ki, tanınmış aktrisa Zümrüd Qasımova Moderator.az-ın suallarını cavablandırıb.   - Zümrüd xanım, sənət həyatınız necə gedir? - Bu il sənətimdə bir az durğunluq var. Çünki yeni tamaşalarda yoxam. Rol aldığım 5-6 köhnə tamaşam var ki, onlarda çıxış edirəm. Rejissor rəfiqəm Səidə Haqverdiyeva ilə bərabər yeni bir film üzərində işləyirik. Səidə xanımın quruluşunda yeni bir tamaşa da hazırlanır. Hələ ki, sənət həyatımdakı yeniliklər bunlardır.   - Bir müddət əvvəl çalışdığınız Dövlət Yuğ teatrının binasının olmamağını da gündəmə gətirmişdiniz. Amma binasızlıq sizin yaradıcı ruhunuza təsir göstərmir...   - Dövlət Yuğ teatrının binasının olmamağı məsələsi hər zaman gündəmdədir. Biz də gözləyirik ki, bina versinlər. Çünki hər teatrın öz binası olmalıdır. Yuğ kifayət qədər yaradıcı potensialı, gözəl tamaşaları olan fərqli teatrdır. Biz də istəyirik ki, bir binamız olsun. 7 ilə yaxındır ki, binasızıq. Bizi birlikdə, ayaqda saxlayan işləmək arzumuzdur. İldə 4-5 yeni tamaşa təhvil veririk. Teatrın yaşaması üçün əlimizdən gələn hər şeyi edirik. Bu teatr şəxsən mənim yaşam səbəbimdir.    - Çox sınaqlardan üzüağ çıxmısınız. Bəs sizi həyatda yaşadan səbəb nədir? - Həyat özü Allahın bizə verdiyi sınaqdır. Bu həyatda kimi həyatdan üzüağ, kimisi isə üzüqara gedəcək. Mən düşünürəm ki, Allah hər bir insana güc verir. Sadəcə olaraq bunu düzgün istifadə etmək lazımdır. Əlbəttə ki, mənə verdiyi gücə görə Allahıma şükür edirəm. Düşünürəm ki, hər bir insanın içində güc var. Sadəcə olaraq özünü tanımalısan, sevməlisən, həyatda mübarizə aparmalısan.    - Nə vaxtsa çarəsizlikdən depressiyaya düşmüsünüz?   - Əvvəllər, gənclik illərimdə tez-tez depressiyaya düşürdüm. Artıq yaşa dolandan sonra depressiyanın nə olduğunu unutmuşam. Düşünürəm ki, insan özünü necə boş-boş şeylərə xərcləyə bilər?! Həyat o qədər gözəl və önəmlidir ki, sən onu belə şeylərə xərcləməməlisən. Depressiv insan deyiləm, sadəcə olaraq ruhuma toxunan musiqilər dinləyib, paylaşa bilərəm.   - Hər zaman efirlərdə öz dəsti-xəttiniz ilə seçilmisiniz. Hazırladığınız layihələr və verilişlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Televiziyaların peşəkar kadra ehtiyacı olduğu bir vaxtda niyə siz efirlərdə yoxsunuz? - Ötən ilin oktyabr ayına qədər Xəzər tv-də "Dönə bilsəm" adlı verilişim var idi. Gözəl, baxımlı və bol reytinqli layihə idi. Sonra veriliş sona çatdı. Nə zaman mənə ehtiyac olsa, o vaxt da efirə qayıdacam. Bu il bir televiziyadan mənə təklif gəlmişdi, sadəcə o kanala getmək istəmədim, imtina etdim. Verilişin formatını da bəyənmədim. Maraqlı layihə olsa efirə qayıtmağım sürətlənər. Düşünürəm ki, Azərbaycan teleməkanında yerim hər zaman görünür. Sosial şəbəkədə tamaşaçılar yazıb maraqlanır. Yolda görəndə də soruşurlar ki, niyə efirdə yoxsunuz? Onlara izah edirəm ki, mənim əsas peşəm aktrisalıqdır.   - Bir müddət əvvəl mükafatlandırma mərasimlərini sərt tənqid etmişdiniz. Bu nə ilə bağlı idi? -Ümumiyyətlə mən müsabiqələrə, mükafatlandırma mərasimlərinə inanmıram. Həqiqətin, haqqın zəfər çaldığının az şahidi olmuşam. Bəzən görürəm ki, elə layiq olmayan insanlar mükafatlar, fəxri adlar alırlar ki. Hə, nə olsun?! Canı sağ olsun! Bunu özüm üçün dərd etmirəm. Hansısa məsələ ilə bağlı çox az hallarda fikir söyləyən insanam. Bir xanım sevinə-sevinə aldığı mükafatı paylaşmışdı. Mən də öyrənmişdim ki, o bunun üçün 500 manat pul ödəyib. Ona görə bu postu paylaşmışdım.

ABŞ bu tarixdə Çinlə müharibə edə bilər like
  • 28 Yan 12:46  
Dünya ABŞ bu tarixdə Çinlə müharibə edə bilər

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan tabeliyində olanlara ü

arrow Ətraflı
Malların gömrükdən buraxılışı təkmilləşdirilib, like
  • 28 Yan 12:42  
Siyasət Malların gömrükdən buraxılışı təkmilləşdirilib,

Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Qanuna və Gömr�

arrow Ətraflı
AzərbaycanMisir sənədləri imzalanıb  FOTO like
  • 28 Yan 12:40  
Siyasət AzərbaycanMisir sənədləri imzalanıb FOTO

Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir

arrow Ətraflı
Səfirliyə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir like
  • 28 Yan 12:28  
Digərləri Səfirliyə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində ş

arrow Ətraflı
Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır like
  • 28 Yan 11:53  
Siyasət Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır

Ermənistanda yaxın zamanlarda qadınlar üçün könüllü hərbi xidmət tət

arrow Ətraflı
Uşaqlarda ən çox aşkarlanan xəstəliklər açıqlandı like
  • 28 Yan 11:51  
Digərləri Uşaqlarda ən çox aşkarlanan xəstəliklər açıqlandı

2022-ci ildə uşaqlarda ən çox aşkarlanan xəstəliklər məlum olub.

arrow Ətraflı
"Bir biznesmen tapdım, onun da evini yıxdılar" like
  • 28 Yan 11:40  
Şou-biznes "Bir biznesmen tapdım, onun da evini yıxdılar"

"Gələndən deyirlər soyunur, narah olmayın altdan nə lazımdı geyinmi

arrow Ətraflı
Azərbaycan və Misir prezidentlərinin təkbətək görüşü olub  FOTO like
  • 28 Yan 11:32  
Siyasət Azərbaycan və Misir prezidentlərinin təkbətək görüşü olub FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 28-də rəsmi qarşılanma

arrow Ətraflı
Ötən gün yaralanan Vasif 4 saatlıq əməliyyat keçirdi like
  • 28 Yan 11:29  
Digərləri Ötən gün yaralanan Vasif 4 saatlıq əməliyyat keçirdi

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizlə

arrow Ətraflı
Tehranda Azərbaycan səfirliyinə hücumu bir daha qınayıram like
  • 28 Yan 11:18  
Siyasət Tehranda Azərbaycan səfirliyinə hücumu bir daha qınayıram

Dünən Tehranda Azərbaycan səfirliyinə edilən hücumu bir daha qınayıram.

arrow Ətraflı
Məşhur azərbaycanlı bloger özünə like
  • 28 Yan 10:49  
Şou-biznes Məşhur azərbaycanlı bloger özünə

"TikTok"la məşhurlaşan bloger Ləman Vəliyeva özünə lüks avtom

arrow Ətraflı
Xalq artisti Röyadan konsertdə ETİRAF: "Yeganə adamam ki, döyülməmiş boşanmışam" like
  • 28 Yan 10:41  
Şou-biznes Xalq artisti Röyadan konsertdə ETİRAF: "Yeganə adamam ki, döyülməmiş boşanmışam"

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Röya Ayxan "Bakı Konqre

arrow Ətraflı
Misir Prezidenti Əbdülfəttah ƏsSisinin rəsmi qarşılanma mərasimi olub  FOTO like
  • 28 Yan 10:31  
Siyasət Misir Prezidenti Əbdülfəttah ƏsSisinin rəsmi qarşılanma mərasimi olub FOTO

Azərbaycan Respublikasına səfərə gələn Misir Ərəb Respublikasının Pre

arrow Ətraflı