Molla rejiminin hicab qərarının nəticəsi


Siyasət 07 Yan 2023 08:23:00 245 0

Molla rejiminin hicab qərarının nəticəsi

Artıq dördüncü aydır ki, İranda davam edən gərginlik rejimin səbir kasasını daşdırıb. İnsanların rejim gücləri tərəfindən döyülməsi, təhqir olunması və həbs olunması, yüzlərlə aksiya iştirakçısının edam edilməsi də ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına kömək etmədi. İran rejimi nə qədər sərt və qəddar tədbirlərə əl atdısa da, kütləvi etirazçıların sayı da bir o qədər artdı, tələblər siyasi xarakter daşımağa başladı.

Ölkənin ali rəhbəri Seyid Əli Xamenei ictimaiyyət nümayəndələri ilə görüşündə baş örtüyü geyinməyən qadınların inqilabın düşməni kimi qəbul edilməsinin yanlış olduğunu bildirdi. O qeyd etdi ki, qadınlar baş örtüyündən istifadə etməyə bilərlər və buna görə onlara irad tutmaq düzgün deyil. Ali rəhbərin mövqeyindəki dəyişikliyi başa düşmək olar. O, ölkədəki sabitliyin nəyin bahasına olursa-olsun bərpa edilməsini istəyir. Lakin İranda baş verən hadisələrin gedişatına baxdıqda bu açıqlamanım çox gecikdiyini görərik. Düzdür, İrandakı daxili sabitlik məhz baş örtüyü səbəbindən pozulub. İyirmi iki yaşlı bir qızın sentyabrın 16-da baş örtüyünü düzgün örtmədiyi üçün əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq öldürülməsi İranda əhalinin küçə və meydanlara çıxaraq hökumət əleyhinə güclü etirazlara başlamasına gətirib çıxardı. Az keçmədi ki, tələblər siyasi xarakter daşımağa başladı. Artıq aksiya iştirakçıları baş örtüyünü qadağan edən qanunun ləğvini deyil, rejimin ləğvini tələb edirlər.

Hökumətin etirazçılara qarşı tətbiq etdiyi qəddarlıqlara baxmayaraq, aksiyaların əhatə dairəsi genişlənir. İranın tanınmış mədəniyyət, idman, ictimai xadimləri, jurnalistlər də aksiya iştirakçılarına dəstək verməyə başlayıblar. Onlar həbs və məhrumiyyətlərə məruz qalsalar da, mübarizəni davam etdirir, sosial şəbəkələrdə rejimə qarşı fikirlərini açıq ifadə edirlər.

Bu hadisələr İranın beynəlxalq nüfuzuna da ciddi zərbə vurub. İranda etiraz notası almayan avropalı səfir qalmayıb. Bütün bunlar İran hakimiyyətini xarici düşmən axtarışına vadar edir.

Beləliklə İranın ali rəhbərinin baş örtüyü barədə açıqlamasının ölkədə sabitliyin bərpasına nə qədər təsir edəcəyini zaman göstərəcək. Lakin görünən odur ki, İranda islam inqilabı tədricən dayaqlarını itirməkdədir. Baş örtüyü qadağasının aradan qaldırılmasından sonra dinin dövlətdən ayrılması və buna bənzər digər tələblərin də irəli sürüləcəyi istisna edilmir.

Putin Ərdoğanla danışdıqdan sonra like
  • 07 Yan 08:22  
Siyasət Putin Ərdoğanla danışdıqdan sonra

Vladimir Putinin Milad bayramı ilə əlaqədar 6-7 yanvarda atəşkəs elan etm

arrow Ətraflı
Amöbiaz. Amöb dizenteriyası like
  • 07 Yan 08:21  
Digərləri Amöbiaz. Amöb dizenteriyası

Amöbiaz yoğun bağırsaqlarda yaraların olması, qaraciyər, ağciyər və di

arrow Ətraflı
Alzheimer xəstəliyinin müalicəsi üçün like
  • 07 Yan 08:20  
Dünya Alzheimer xəstəliyinin müalicəsi üçün

ABŞ Qida və Dərman İdarəsi Alzheimer xəstəliyinin müalicəsi üçün &qu

arrow Ətraflı
Ermənistan öz feyk məlumatını like
  • 07 Yan 08:18  
Siyasət Ermənistan öz feyk məlumatını

Ermənistan tərəfi Azərbaycanla sərhəd kənddə meşə yanğını ilə bağ

arrow Ətraflı
Öküz soliteri. Teniarinxoz like
  • 07 Yan 08:15  
Digərləri Öküz soliteri. Teniarinxoz

Xəstəliyə hər yerdə rast gəlinir. Törədicisi öküz soliteri olub, iri b

arrow Ətraflı
Rusiya Balkanlarda muzdlular like
  • 07 Yan 08:14  
Siyasət Rusiya Balkanlarda muzdlular

Rusiya Balkanlarda Ukrayna müharibəsi üçün muzdlu əsgərlər toplayır.

arrow Ətraflı
Ukrayna 27 milyard dollar yardım like
  • 07 Yan 08:13  
Siyasət Ukrayna 27 milyard dollar yardım

Ukrayna 2022-ci ildə beynəlxalq tərəfdaşlardan təxminən 1 trilyon qrivna

arrow Ətraflı
Nikol Əliyev qarşısında bu öhdəliyi götürüb like
  • 07 Yan 08:12  
Siyasət Nikol Əliyev qarşısında bu öhdəliyi götürüb

Laçın yolunda baş verənlər 10 noyabr Üçtərəfli Bəyanatın nəticəsidi

arrow Ətraflı
Almaniyada hərbi xidmətdən imtina edənlərin like
  • 07 Yan 08:10  
Dünya Almaniyada hərbi xidmətdən imtina edənlərin

2022-ci ildə Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı 5 dəfə ar

arrow Ətraflı
Əsrin sonunadək buzlaqların yarısı like
  • 07 Yan 08:08  
Dünya Əsrin sonunadək buzlaqların yarısı

Dünyada olan buzlaqların yarısı əsrin sonunadək yox olacaq. Bu, hətta ort

arrow Ətraflı
Kəmərləyici herpes like
  • 07 Yan 08:05  
Digərləri Kəmərləyici herpes

Xəstəliyi onurğa beyni qanqleonlarında qalmış sulu çiçək virusu törəd

arrow Ətraflı
Bayden Davosa like
  • 07 Yan 08:04  
Siyasət Bayden Davosa

ABŞ Prezidenti Co Bayden yanvarın 16-20-də Davosda keçiriləcək Dünya İqt

arrow Ətraflı
ABŞ Türkiyənin yeni adını like
  • 07 Yan 08:03  
Siyasət ABŞ Türkiyənin yeni adını

ABŞ rəsmi Ankaranın tələbinə cavab olaraq, rəsmi sənədlərdə Türkiyə

arrow Ətraflı
XankəndiLaçın yolu aksiyası: Deputatlar like
  • 07 Yan 08:02  
Siyasət XankəndiLaçın yolu aksiyası: Deputatlar

Dünən artıq 26-cı gün idi ki, azərbaycanlı ekofəallar Xankəndi-Laçın

arrow Ətraflı
Sakroileit like
  • 07 Yan 08:01  
Digərləri Sakroileit

Sakroileit onurğanın aşağı hissəsinin çanaq sümüyünə birləşən hiss

arrow Ətraflı