FransaErmənistan tandemi Bakıya MANE OLDU


Siyasət 06 Yan 2023 17:08:00 261 0

FransaErmənistan tandemi Bakıya MANE OLDU

"Yeni ilə qədəm qoysaq da Azərbaycan üçün əsas hədəflər dəyişməz olaraq qalır. Sülh danışılqarının aparılması, sülh müqaviləsinin imzalanması, delimitasiya-demarkasiya prosesinin aparılması və kommunikasiyaların açılması Azərbaycanın Ermənistanla münasibətlərində prioritet təşkil edən əsas məsələlərdir və bunlar olduğu kimi də qalacaq".

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Avropanın Fransa ilə üz-üzə gəlmək istəməməsi Qərb diplomatiyasının passivliyindən xəbər verir:

"Ermənistan bizim üçün tərəfdaş deyil. Biz çox çalışmışıq ki, Ermənistanı bu layihələrin həyata keçirlməsi üçün özümüzə tərəfdaş edək, amma təəssüflər olsun ki, Ermənistanın siyasi rəhbərliyi yenə də Makron və digər havadarlarının arxasında gizlənərək Azərbaycanla münasibətlərin birbaşa faydalı şəkildə qurulmasından imtina edib. Ona görə də bizim müharibədən qabaq da olduğu kimi bu məsələlərdə əsas tərəfdaşlarımız ABŞ-dır, Rusiyadır, Avropa istəsə Avropa da olacaq. Amma Qərb Emanuel Makronun təsiri altında olan siyasi bir gücdür. 

Hadisələr göstərir ki, Azərbaycan nə qədər də çalışsa da ki, Brüssel formatında müəyyən irəliləyiş əldə olunsun, buna nail olmadı. Çünki Fransa-Ermənistan tandemi buna imkan vermədi. Ona görə də Avropa meydançası hələ də itirilmiş bir meydançadır. Yeri gəlmişkən, Avropa rəsmiləri də gündəliyi dəyişməkdə acizdirlər. Çünki belə deyək: Makrondan qorxurlar, ondan çəkinirlər, onunla üz-üzə gəlmək istəmirlər, Cənubi Qafqaz görə Fransa diplomatiyası ilə çəkişmələrdə bulunmaq istəmirlər. 

Bu da aydındır niyə, ona görə ki, Fransa Avropa İttifaqında böyük gücə malikdir. Avropa diplomatiyasının passivliyi ondan ibarətdir ki, onlar Fransa ilə üz-üzə gəlmək istəmirlər. Bu yaranmış vəziyyətdə digər meydançalar - Moskva və Vaşinqton meydançaları bizim üçün aktual olaraq qalır. Amerikanın səyləri keçən il kifayət qədər faydalı olub. Düşünmək olar ki, bu il də bu aktivlik davam edəcək. Amma bizə sadəcə aktivlik lazım deyil, bizə görüş sadəcə görüş xatirinə lazım deyil. Bizə məhsuldar görüşlər lazımdır, işlənmiş gündəlik əsasında olan gündəlik lazımdır. Yəni çiy gündəlik bizə lazım deyil.

Vaxtı ilə vasitəçilər çalışırdılar ki, tərəfləri bir masa ətrafına toplasınlar. Hər hansı bir çiy sənəd də olsa və yaxud da çiy gündəlik olsa da onlar üçün məqbul idi. Bizə belə görüşlər lazım deyil. Daha düşünülmüş, üzərində daha böyük səylər olan bişmiş gündəlik bizə lazımdır və düşünürəm ki, biz bunun üzərində işləməliyik".

Təhməz Əsədov Son.az

Azərbaycanda 70 min manata gəmi satıldı  FOTO like
  • 06 Yan 17:07  
Digərləri Azərbaycanda 70 min manata gəmi satıldı FOTO

Azərbaycanda 70 min manata gəmi satılıb.

arrow Ətraflı
“CinemaPlus”da türk cizgi filmi “Rafadan Tayfa Qalaktik Tayfa” like
  • 06 Yan 17:06  
Digərləri “CinemaPlus”da türk cizgi filmi “Rafadan Tayfa Qalaktik Tayfa”

"CinemaPlus" kinoteatrlar şəbəkəsində yanvarın 5-dən etibarən

arrow Ətraflı
Bakıda şadlıq sarayında ölüm like
  • 06 Yan 17:05  
Digərləri Bakıda şadlıq sarayında ölüm

Bakıda şadlıq sarayında ölüm hadisəsi olub.

arrow Ətraflı
Bu dərmandan alanların nəzərinə  Belə forması saxtadır  FOTO like
  • 06 Yan 17:04  
Digərləri Bu dərmandan alanların nəzərinə Belə forması saxtadır FOTO

Danimarka dərman istehsalçısı "Novo Nordisk A/S" şirkətinin Azə

arrow Ətraflı
MN: 1042 nəfərə "Müharibə veteranı" adı verilmədi like
  • 06 Yan 16:54  
Digərləri MN: 1042 nəfərə "Müharibə veteranı" adı verilmədi

Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran

arrow Ətraflı
"Hər gün ağlayırdım" like
  • 06 Yan 16:46  
Şou-biznes "Hər gün ağlayırdım"

"Masumlar apartmanı" serialında rol alan aktrisa Merve Dizdar ekran

arrow Ətraflı
Yeni tikilən binalarda səsimizi qonşu niyə eşidir?  VİDEO like
  • 06 Yan 16:44  
Digərləri Yeni tikilən binalarda səsimizi qonşu niyə eşidir? VİDEO

Yeni tikililərdə ev bizim sirr özgənindi desək yanılmarıq. Yəni, belə

arrow Ətraflı
Sertifikasiya imtahanları bərpa edilir  Səhiyyə Nazirliyi like
  • 06 Yan 16:40  
Digərləri Sertifikasiya imtahanları bərpa edilir Səhiyyə Nazirliyi

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin

arrow Ətraflı
Amerikaya köçən Elmirin ailəsi ilə FOTOsu like
  • 06 Yan 16:38  
Şou-biznes Amerikaya köçən Elmirin ailəsi ilə FOTOsu

Keçmiş "Dəyirman" qrupunun üzvlərindən olan müğənni Elmir Tey

arrow Ətraflı
Serialdan 50 min manat qazanacaqlar like
  • 06 Yan 16:14  
Şou-biznes Serialdan 50 min manat qazanacaqlar

Çəkilişlərinə start verilən "Ailə" serialında rol alan aktrisa

arrow Ətraflı
Sabunçuda film kimi oğurluq  VİDEO like
  • 06 Yan 15:58  
Kriminal Sabunçuda film kimi oğurluq VİDEO

Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən yeni tikilməkdə olan ev

arrow Ətraflı
Prokuror ana və iki övladını öldürən keçmiş direktora ömürlük cəza istədi like
  • 06 Yan 15:56  
Kriminal Prokuror ana və iki övladını öldürən keçmiş direktora ömürlük cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Nizami rayonunda ana və i

arrow Ətraflı