İlham Əliyev və Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər FOTO


Siyasət 05 Yan 2023 14:12:00 601 0

İlham Əliyev və Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda "STEAM İnnovasiya Mərkəzi"nin açılışında iştirak ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma Mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, "STEAM İnnovasiya Mərkəzi"nin dördmərtəbəli yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, "Heureka Classics" otaqları, robotların hazırlanması laboratoriyası, "3D hologram", VR zonaları mövcuddur.

Qeyd edək ki, müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsil qarşısında bir çox mühüm vəzifələr qoyur. Həyatın bütün sahələrində işlərin yeni dünya düzəninə uyğun qurulması üçün təhsil ocaqlarında öyrənmək maraqlı olmalı, bilik təcrübədə tətbiq edilməli, təlim maraqlı formada keçilməlidir. Yəni, bu günün məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Elə bu məqsədlə də Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə "STEAM Azərbaycan" layihəsinə start verib. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir.

Diqqətə çatdırıldı ki, "STEAM Azərbaycan" layihəsinin davamı olan "STEAM İnnovasiya Mərkəzi"nin fəaliyyəti orta məktəblərdə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqlənir. Bu Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəblilər və tələbələr XXI əsr bacarıqlarını - kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. Uşaqlar real həyat problemləri ilə qarşılaşdıqda, STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər.

Məlumat verildi ki, bu Mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər.

Bu Mərkəzin yaradılması dövlətimiz tərəfindən ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.

Qanunsuz obyekt traktorla dağıdıldı  VİDEO  FOTO like
  • 05 Yan 14:10  
Digərləri Qanunsuz obyekt traktorla dağıdıldı VİDEO FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikin

arrow Ətraflı
Bəzi küçələrdə piyada zolaqları görünmür  VİDEO like
  • 05 Yan 13:54  
Digərləri Bəzi küçələrdə piyada zolaqları görünmür VİDEO

Gəncənin bəzi prospekt və küçələrində piyada zolaqları demək olarki,

arrow Ətraflı
Multikulturalizm Mərkəzi ili uğurla başa vurdu like
  • 05 Yan 13:50  
Kriminal Multikulturalizm Mərkəzi ili uğurla başa vurdu

BBMM-in 2022-ci ilin yekunlarına dair hesabatı

arrow Ətraflı
Elgiz əməkdar artistə “soyulmuş yumurta” dedi  VİDEO like
  • 05 Yan 13:36  
Şou-biznes Elgiz əməkdar artistə “soyulmuş yumurta” dedi VİDEO

Aparıcı Elgiz Əkbər paylaşdığı video ilə izləyicilərini güldürüb.

arrow Ətraflı
Doğuş DNT testi verdi: Seyid onun oğludur?  FOTO like
  • 05 Yan 13:35  
Şou-biznes Doğuş DNT testi verdi: Seyid onun oğludur? FOTO

22 yaşlı Seyid adlı gənc Azərbaycanda yaşayan müğənni Doğuşun əsl at

arrow Ətraflı
SEPAH generalı Azərbaycanı hədələdi like
  • 05 Yan 13:26  
Digərləri SEPAH generalı Azərbaycanı hədələdi

SEPAH-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin öldürülm

arrow Ətraflı
Ət bahalaşıb?  VİDEO like
  • 05 Yan 13:18  
Digərləri Ət bahalaşıb? VİDEO

Mal ətinin 15-16 manat, quzu ətinin isə 20 manata satıldığı xəbərləri

arrow Ətraflı
Birbank kartı sahibləri 2022ci ildə 19 milyon manatdan çox keşbek əldə ediblər like
  • 05 Yan 13:14  
Digərləri Birbank kartı sahibləri 2022ci ildə 19 milyon manatdan çox keşbek əldə ediblər

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlük

arrow Ətraflı
Qobustandakı DƏHŞƏTLİ qəzanın like
  • 05 Yan 13:13  
Digərləri Qobustandakı DƏHŞƏTLİ qəzanın

Son.az iki gün əvvəl Bakıda baş verən 3 nəqliyyat vasitəsinin toqquşma

arrow Ətraflı
Ağasəlim Abdullayev xəstəxanadan like
  • 05 Yan 13:12  
Kriminal Ağasəlim Abdullayev xəstəxanadan

Xalq artisti Ağasəlim Abdullayev evə buraxılıb.

arrow Ətraflı
Naxçıvanda qumar oynayanlar saxlanıldı like
  • 05 Yan 12:54  
Kriminal Naxçıvanda qumar oynayanlar saxlanıldı

Naxçıvanda qumar oynayan şəxslər müəyyən edilib.

arrow Ətraflı
İrəvandan növbəti feyk: “terrorçu sayı” azaldı... like
  • 05 Yan 12:45  
Digərləri İrəvandan növbəti feyk: “terrorçu sayı” azaldı...

Ermənistan növbəti dəfə İkinci Qarabağ savaşında Azərbaycan tərəfdə

arrow Ətraflı
Bu şəxslərin iş icazəsi 2 ilədək uzadılacaq like
  • 05 Yan 12:44  
Digərləri Bu şəxslərin iş icazəsi 2 ilədək uzadılacaq

Miqrasiya Məcəlləsinə edilən yeni dəyişikliklə 2023-cü ildən 5 il müd

arrow Ətraflı