Azərbaycanın İran və Rusiya üçün əhəmiyyəti artır


Siyasət 04 Yan 2023 22:46:00 272 0

Azərbaycanın İran və Rusiya üçün əhəmiyyəti artır

Qərbin sanksiyaları altında olan İran və Rusiya ikitərəfli əlaqələri gücləndirmək üçün əllərindən gələni edir və eyni zamanda Azərbaycanın bu prosesdə əvəzsiz rolunu etiraf edirlər.

İran və Rusiya yaxın tərəfdaşlıqlarını gizlətmirlər. Məsələn, bu yaxınlarda Rusiyanın bir sıra startap nümayəndələrinin İrana səfəri zamanı razılıq əldə olunub ki, Rusiya ilə əməkdaşlıq çərçivəsində yaxın vaxtlarda birgə beynəlxalq texnologiya və sahibkarlıq mərkəzi fəaliyyətə başlayacaq, İran isə buna hazır olduğunu bəyan edib.

İki ölkə işgüzar əməkdaşlıqdan əlavə, təbii ki, yükdaşımaların artırılması, həmçinin müdafiə sektorunda əməkdaşlığın gücləndirilməsi istiqamətində də çalışacaq. Bu yaxınlarda İran və Rusiya arasında Solyanka limanı üçün gəminin inşası ilə bağlı müqavilə imzalanıb.

Təbii ki, İran bunu inkar edir, lakin bu ölkənin öz pilotsuz təyyarələrini Rusiyaya verməsi artıq sirr deyil.

Göz qabağındadır ki, həm İran, həm də Rusiya əməkdaşlığı daha da gücləndirməyə çalışır.

Lakin ümumi sərhədin olmaması tərəfdaşları ya Xəzər dənizi, ya da Azərbaycan ərazisindən keçməklə əməkdaşlığa vadar edir. Ona görə də malların, xammalın və sözün əsl mənasında hər şeyin çatdırılması üçün ən çox üstünlük verilən marşrut Azərbaycandan keçə bilər.

Üstəlik, Azərbaycanın həm Rusiya, həm də İranın sərhədyanı rayonları ilə yaxşı qurulmuş iqtisadi əlaqələri var. Məsələn, İranla Azərbaycan arasındakı Astara sərhəd-keçid məntəqəsindən gündə təxminən 100-200 yük maşını keçir. Eyni zamanda, İran eyni keçid məntəqəsi vasitəsilə Azərbaycana ixracını davamlı olaraq artırır.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəviyə Azərbaycanla münasibətlərə daha çox diqqət yetirməyi, eləcə də mövcud ikitərəfli əlaqələri gücləndirməyi tapşırıb.

Digər tərəfdən, Azərbaycan təkcə sərhədyanı rayonlarla deyil, eyni zamanda Rusiyanın regionları ilə də fəal əlaqələr qurur ki, bu da rusiyalı sahibkarların Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə müntəzəm görüşlərini izah edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uzaqgörən strategiya, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr ölkənin tranzit qovşağı kimi əhəmiyyətinin daha da artmasına kömək edir. Azərbaycan faktiki olaraq öz ərazisindən ən sürətli və ucuz tranzitə zəmanət verir ki, bu da onu təkcə qonşu ölkələr üçün deyil, həm də daha geniş region üçün cəlbedici edir.

Təbii ki, Rusiya ilə İran arasında əməkdaşlığın inkişafından Azərbaycan da qazanacaq.

Həm İran, həm də Rusiya anlayır ki, Azərbaycansız regionda əsas oyunçu kimi mövqelərini qoruyub saxlamaq mümkün deyil.

Maryana Əhmədova

Trend

Bakıda iki avtomobil toqquşub, like
  • 04 Yan 22:40  
Digərləri Bakıda iki avtomobil toqquşub,

Bakının Nərimanov rayonunda iki minik avtomobili toqquşub.

arrow Ətraflı
Ruslara daha bir zərbə: 80 ölü və yaralı var like
  • 04 Yan 22:33  
Dünya Ruslara daha bir zərbə: 80 ölü və yaralı var

Ukrayna ordusu yanvarın 3-də rusların Zaporojye vilayətinin Tokmak rayonunda

arrow Ətraflı
İran bankları sürətlə boşalır like
  • 04 Yan 22:26  
Dünya İran bankları sürətlə boşalır

İran bankları sürətlə boşalır.

arrow Ətraflı
Pakistan Ərdoğanın Nobelə namizədliyini irəli sürdü like
  • 04 Yan 22:20  
Dünya Pakistan Ərdoğanın Nobelə namizədliyini irəli sürdü

Pakistan Senatı və xalqı adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğ

arrow Ətraflı
Çavuşoğlu Koenlə danışıb like
  • 04 Yan 22:13  
Dünya Çavuşoğlu Koenlə danışıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrailin xarici i�

arrow Ətraflı
Ayanın hamamdan səsküylü GÖRÜNTÜLƏRİ  VİDEO like
  • 04 Yan 22:06  
Şou-biznes Ayanın hamamdan səsküylü GÖRÜNTÜLƏRİ VİDEO

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə gündəmə səs salıb.

arrow Ətraflı
Bakıda üç avtomobil toqquşub  FOTO like
  • 04 Yan 21:59  
Digərləri Bakıda üç avtomobil toqquşub FOTO

Bakının Səbail rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Orxan Camalın qətlində şübhəli bilinən jurnalist öldü like
  • 04 Yan 21:52  
Dünya Orxan Camalın qətlində şübhəli bilinən jurnalist öldü

2018-ci ilin iyulunda Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalistin

arrow Ətraflı
İnansa Təbriz deyil  VİDEO like
  • 04 Yan 21:51  
Siyasət İnansa Təbriz deyil VİDEO

Xalq artisti Nurəddin Mehdixanlının səsləndirməsi ilə Xalq şairi Sabir R

arrow Ətraflı
İki ailənin yaşadığı ev yanıb like
  • 04 Yan 21:39  
Digərləri İki ailənin yaşadığı ev yanıb

Quba şəhərində bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sa

arrow Ətraflı
Ukrayna BMTni sülhməramlıları göndərməyə çağırıb like
  • 04 Yan 21:32  
Dünya Ukrayna BMTni sülhməramlıları göndərməyə çağırıb

Ukrayna Birləşmiş Millətlər Təşkilatından (BMT) Zaporojye Atom Elektrik

arrow Ətraflı
İki nəfər dəm qazından zəhərlənib like
  • 04 Yan 21:25  
Digərləri İki nəfər dəm qazından zəhərlənib

Gəncədə iki nəfər dəm qazından zəhərlənib.

arrow Ətraflı
İranda kütləvi həbslər like
  • 04 Yan 21:18  
Dünya İranda kütləvi həbslər

İran xaricdən maliyyələşən terrorçuları həbs edir.

arrow Ətraflı
Putin Mirziyayevlə danışdı like
  • 04 Yan 21:12  
Dünya Putin Mirziyayevlə danışdı

Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan Prezidenti Şövkət Mirziyayev

arrow Ətraflı
Baykonur kosmodromu yoxsa kriminal mərkəzi  qazaxlar əməliyyat keçirdi like
  • 04 Yan 21:05  
Dünya Baykonur kosmodromu yoxsa kriminal mərkəzi qazaxlar əməliyyat keçirdi

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Baykonur şəhərində fəaliyyət

arrow Ətraflı