"İsraillə Azərbaycan arasında sıx dostluq..."


Siyasət 03 Yan 2023 20:11:00 230 0

"İsraillə Azərbaycan arasında sıx dostluq..."

2022-ci il Azərbaycan-İsrail münasibətləri üçün əlamətdar il oldu.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Stmegi" informasiya portalına İsrailli siyasi texnoloq, PR agentliyinin sahibi Roman Qureviç deyib.

"Diplomatik əlaqələr 30 il əvvəl qurulub və artıq 1992-ci ildə Bakıda İsrail səfirliyi açılıb. Bu gün Azərbaycan və İsrail güclü, dostluq, sabit və etimada əsaslanan ikitərəfli münasibətləri qoruyur", - deyə o bildirib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərin əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.

"Hər il iki ölkə arasında xüsusilə enerji və hərbi sənaye kompleksi sahələrində əlaqələr möhkəmlənib. Bu gün turizmdə, mülki texnologiyalarda, mədəni əlaqələrdə də tərəqqi aydın görünür. İsrailli investorların Azərbaycana, azərbaycanlı investorların İsrailə marağı artır. Demək vacibdir ki, möhkəm və etibarlı münasibətlərin əsası çox əsrlər əvvəl qoyulub, çünki əsrlər boyu Azərbaycan və yəhudi xalqlarını möhkəm dostluq bağlayıb", - deyə R.Qureviç bildirib.

İsrail siyasi texnoloq qeyd edib ki, Azərbaycanda doğulub böyüyən və dünyanın müxtəlif ölkələrində, o cümlədən İsraildə yaşayan bütün yəhudilər iki ölkəni birləşdirən möhkəm körpüdür.

"Niyə 2022-ci ilin Azərbaycan-İsrail münasibətləri üçün əlamətdar il olduğunu deyirik? Çünki İsraildə Azərbaycanın səfirliyinin açılması qərara alınıb. Bu, çox mühüm hadisədir, ikitərəfli münasibətlərdə yeni dövrdür. Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli siyasi əlaqələri tamamilə yeni səviyyəyə qaldıracaq, bütün sahələrdə, o cümlədən turizm və texnologiya sahələrində əlaqələrin inkişafına güclü təkan verəcək. Mən dəfələrlə israilli iş adamlarından ibarət nümayəndə heyətlərini Bakıya aparmışam və onların hamısı paytaxtın gözəlliyindən, tolerantlığın səviyyəsindən razı qalıblar", - deyə R.Qureviç qeyd edib.

İsrailli ekspert bildirib ki, İsraillə Azərbaycan arasında sıx dostluq münasibətləri regionda vəziyyətin sabitləşməsinə xidmət edir:

"Bu, üçüncü ölkələrə qarşı yönəlməyən dostluqdur. Əksinə, iki ölkə arasında əməkdaşlıq müstəsna olaraq Azərbaycan və İsrail xalqlarının rifahı, inkişafı və rifahına yönəlib. İkitərəfli münasibətlərin inkişaf perspektivləri təsirli görünür. Çünki Azərbaycan-İsrail birliyinin məqsədi regionda sülh və sabitliyi təmin etmək, xalqların həyat keyfiyyətini yaxşılaşdırmaqdır. İsrailin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi layihələrdə fəal iştirak etməsi təəccüblü deyil. Ona görə də hesab edirəm ki, 2023-cü ildə biz ölkələr arasında daha sıx iqtisadi əməkdaşlıq gözləməliyik".

Gözəl əxlaq sahibləri həmişə namaz qılırlar like
  • 03 Yan 20:10  
Digərləri Gözəl əxlaq sahibləri həmişə namaz qılırlar

Allah-taala Qurani-kərimdə insanın həris və eyni zmanda ona edilən bəzi p

arrow Ətraflı
27 il əvvəl inkassatoru qarət edən şəxs like
  • 03 Yan 20:09  
Dünya 27 il əvvəl inkassatoru qarət edən şəxs

Slovakiyanın qərbindəki Nitra şəhərində 1995-ci ildə inkassatoru qarət

arrow Ətraflı
Zelenski Sunakla danışıqlar apardı like
  • 03 Yan 20:07  
Siyasət Zelenski Sunakla danışıqlar apardı

Ukraynanın Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Riş

arrow Ətraflı
Masallıda ev yandı, 1 nəfər like
  • 03 Yan 20:06  
Digərləri Masallıda ev yandı, 1 nəfər

Masallıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi

arrow Ətraflı
Sosisi niyə qaynatmaq olmaz like
  • 03 Yan 20:05  
Digərləri Sosisi niyə qaynatmaq olmaz

Əslində sosisləri qaynatmaq olmaz.

arrow Ətraflı
Lavrov israilli həmkarı ilə like
  • 03 Yan 20:02  
Siyasət Lavrov israilli həmkarı ilə

İsrailin xarici işlər naziri Eli Koen rusiyalı həmkarı Sergey Lavrovla tel

arrow Ətraflı
Saçların süni uzadılması nə dərəcədə ziyansızdır? like
  • 03 Yan 20:01  
Digərləri Saçların süni uzadılması nə dərəcədə ziyansızdır?

Hər bir qadın uzun və gözəl saçların olmasını arzu edir. Hal-hazırda b

arrow Ətraflı
Hansı məstlik halı bundan üstün ola bilər? like
  • 03 Yan 19:55  
Digərləri Hansı məstlik halı bundan üstün ola bilər?

Musiqi təsirinə düşən şəxsin sinir sistemi deaktivləşir və yalnız əy

arrow Ətraflı
Möminlərin davranışları və öhdələrinə düşən vəzifələr haqqında like
  • 03 Yan 19:50  
Digərləri Möminlərin davranışları və öhdələrinə düşən vəzifələr haqqında

Məla ibni Xənis adlı bir şəxs imam Sadiq (ə)-dan soruşur: Möminlərin bi

arrow Ətraflı
Miqren hamiləlik üçün təhlükəlidir like
  • 03 Yan 19:45  
Digərləri Miqren hamiləlik üçün təhlükəlidir

Peru alimlərinin fikrinə görə, güclü baş ağrıların və özbaşına dö

arrow Ətraflı
Özünütərbiyə və təqva like
  • 03 Yan 19:40  
Digərləri Özünütərbiyə və təqva

"Hәr kәs tәzkiyәyi-nәfs еtdi nicаt tаpdı vә hәr kәs küfr vә g

arrow Ətraflı
Bağırsaq xərçəngi yaradan qidalar məlum oldu like
  • 03 Yan 19:35  
Digərləri Bağırsaq xərçəngi yaradan qidalar məlum oldu

Harvard  Sağlamlıq məktəbinin yeni araşdırmasına görə - kolorektal ( y

arrow Ətraflı
İranda azərbaycanlı like
  • 03 Yan 19:31  
Siyasət İranda azərbaycanlı

İranda azərbaycanlı gənc molla rejimi tərəfindən həbs edilib.

arrow Ətraflı
Uşaqları zorla yedizdirməyin! like
  • 03 Yan 19:30  
Digərləri Uşaqları zorla yedizdirməyin!

Avstraliyalı pediatrların rəyinə görə, zorla yedizdirdirilən uşaqlar bö

arrow Ətraflı
Gədəbəydə 4 nəfər dəm qazından like
  • 03 Yan 19:29  
Digərləri Gədəbəydə 4 nəfər dəm qazından

Gədəbəydə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı