Azərbaycan Avrasiya tranzitinin drayveri kimi


Siyasət 03 Yan 2023 12:16:00 283 0

Azərbaycan Avrasiya tranzitinin drayveri kimi

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Avrasiya məkanında nəqliyyat dəhlizlərinin inkişafı üçün drayverə çevrilib.

Son.az Trend-ə istinadən bildirir ki, müxtəlif beynəlxalq iqtisadi forum və konfranslardakı çıxışlarında Prezident İlham Əliyev ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi proqramlarının həyata keçirildiyini bəyan edib. Təbii ki, Azərbaycanın nəqliyyat imkanlarının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından çox mühümdür, iqtisadiyyata böyük töhfədir.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun mühüm nəqliyyat-logistika mərkəzi kimi tanınır. Ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri yüklərin daşınması üçün həm məsafəyə, həm də vaxta qənaət baxımından əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi xeyli artır.

Avropa və Çin arasında strateji mövqe tutan və inkişaf etmiş aviasiya, dəmir yolu, boru kəməri və dəniz infrastrukturuna malik Azərbaycan Avrasiyada qlobal təchizat zəncirlərinin yenidən formalaşdırılması fonunda yeni aparıcı logistika mərkəzi kimi yüksəlir.

Azərbaycanın da mühüm halqası olduğu Orta Dəhlizin əhəmiyyəti də artır. Çindən Avropaya gedən Orta Dəhliz gündəmdə böyük rol oynayır. Çin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində bir tərəfdən Mərkəzi Asiya və Qafqaz ölkələrində yerli nəqliyyat şəbəkələrini qurmaq və ya təkmilləşdirmək, digər tərəfdən, Qazaxıstanın Aktau limanı kimi xüsusi iqtisadi zonalar üçün əlverişli şərait yaratmaq üçün regional infrastrukturu daha böyük multimodal nəqliyyat dəhlizləri ilə birləşdirmək niyyətindədir.

Çin, Azərbaycan, Türkiyə və Avropanı birləşdirən Transxəzər dəhlizi üçün getdikcə daha çox əhəmiyyət kəsb edən Qazaxıstan Türkiyə və Azərbaycan tandeminə daha fəal baxır. 2022-ci ilin martında Qazaxıstan Azərbaycan, Türkiyə və Gürcüstanla Şərq-Qərb nəqliyyat dəhlizini açıb, daha sonra iyunda Türkmənistan və İran ərazisindən keçməklə Pavlodardan Türkiyənin cənubundakı Payas şəhərinə yük qatarı göndərib.

Türkiyə və Azərbaycan da Ukraynada müharibə başlayandan sonra Mərkəzi Asiyadan keçən nəqliyyat şəbəkələrindən istifadəni artırıb. Mərkəzi Asiya ilə ümumi sərhədi olmayan Türkiyə Azərbaycana region üçün körpü kimi baxır.

Azərbaycan müxtəlif istiqamətlərə yüklərin tranzit daşınmasının səmərəli təşkilini təmin edir. Bu, daha sərfəli şərtlərlə təhlükəsiz və vaxtında çatdırılma imkanı verir. Tranzit marşrutları genişlənməkdə davam edir, ticarət artır və bu, son nəticədə Azərbaycanın və bütövlükdə regionun çiçəklənməsinə gətirib çıxarır.

Xüsusi vurğulamaq lazımdır ki, dünyanın aparıcı iqtisadiyyatlı dövlətlərinin, transmilli şirkətlərin Azərbaycana diqqəti Prezident İlham Əliyevin "Bizim sözümüzün imzamız qədər qüvvəsi var" ifadəsinin əməldə təsdiqidir.

Son.az 

Rus ordusuna daha bir zərbə: 500dən çox ölü və yaralı var like
  • 03 Yan 12:11  
Dünya Rus ordusuna daha bir zərbə: 500dən çox ölü və yaralı var

Xerson rayonunun Çulanovka kəndi yaxınlığında Rusiya ordusunun xeyli canl�

arrow Ətraflı
Ayaqları tutuldu, haqqında şayiələr yayıldı, sənətdən getmək istədi like
  • 03 Yan 12:00  
Kriminal Ayaqları tutuldu, haqqında şayiələr yayıldı, sənətdən getmək istədi

Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Səidə Quliyeva haqqında ma

arrow Ətraflı
2022ci ildə deputatların UNUDULMAZ ÇIXIŞLARI like
  • 03 Yan 11:55  
Digərləri 2022ci ildə deputatların UNUDULMAZ ÇIXIŞLARI

Geridə qoyduğumuz 2022-ci il bir sıra unudulmaz hadisələrlə yadda qaldı.

arrow Ətraflı
Ələkbər Yasamallı Bakıya qayıtdı: like
  • 03 Yan 11:51  
Şou-biznes Ələkbər Yasamallı Bakıya qayıtdı:

Bir neçə ay öncə ağır vəziyyətdə Avropa ölkələrindən birinə aparı

arrow Ətraflı
Bakıda şok olay: Anası Türkiyədə olan azyaşlıya təcavüz edildi like
  • 03 Yan 11:40  
Kriminal Bakıda şok olay: Anası Türkiyədə olan azyaşlıya təcavüz edildi

Bakının Nərimanov rayonunda 1972-ci il təvəllüdlü Nəsimi həyat yoldaş�

arrow Ətraflı
Azərbaycanlı tələbə Mançesterdə itkin düşüb like
  • 03 Yan 11:31  
Digərləri Azərbaycanlı tələbə Mançesterdə itkin düşüb

Mançesterdə təhsil alan həmvətənimiz Fəridə Əliyeva Elman qızı itki

arrow Ətraflı
Bu qidalarla sağlam yaşayın like
  • 03 Yan 11:20  
Digərləri Bu qidalarla sağlam yaşayın

Sağlam həyat tərzi yaşamaq o qədər də asan deyil. Yediyimiz qidalar, ald

arrow Ətraflı
Şəmkirdə yol qəzası like
  • 03 Yan 11:11  
Digərləri Şəmkirdə yol qəzası

Şəmkir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş v

arrow Ətraflı
Ukrayna ordusu fevralın 24dən sonra işğal olunmuş ərazilərin like
  • 03 Yan 10:48  
Dünya Ukrayna ordusu fevralın 24dən sonra işğal olunmuş ərazilərin

Ukrayna Silahlı Qüvvələri və müdafiə qüvvələrinin digər hissələri f

arrow Ətraflı
DİNin Naxçıvan həmləsi: İlk dəfə baş verir... like
  • 03 Yan 10:37  
Digərləri DİNin Naxçıvan həmləsi: İlk dəfə baş verir...

DTX-nin Naxçıvanda apardığı antikorrupsiya əməliyyatları, külli miqdard

arrow Ətraflı
Qax sakini bədbəxt hadisə nəticəsində ölüb like
  • 03 Yan 10:26  
Digərləri Qax sakini bədbəxt hadisə nəticəsində ölüb

Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı
Bu ildən ƏDVnin neçə faizi geri qaytarılacaq? like
  • 03 Yan 10:15  
Digərləri Bu ildən ƏDVnin neçə faizi geri qaytarılacaq?

Yanvar ayının 1-dən "Vergi Məcəlləsi"ində yeni dəyişikliklər

arrow Ətraflı
“Rusiyadakı aviabazalara zərbələr daha da dərindən olacaq” like
  • 03 Yan 10:04  
Dünya “Rusiyadakı aviabazalara zərbələr daha da dərindən olacaq”

Gələcəkdə Rusiyadakı aviabazalara zərbələr daha da dərindən bilər.

arrow Ətraflı