Türkiyənin əsas hədəfləri Qərbi sarsıdır: Ərdoğandan


Siyasət 03 Yan 2023 08:49:00 490 0

Türkiyənin əsas hədəfləri Qərbi sarsıdır: Ərdoğandan

Türkiyəni daxilindən çökdürməyə can atanların planlarını pozmaqla kifayətlənməyən rəsmi Ankara daha böyük hədəflərin ssenarilərini qurur, ölkə iqtisadiyyatının inkişaf səviyyəsini dünyanın ən güclü on ölkəsi ilə eyniləşdirmək istiqamətində intensiv fəaliyyət göstərir... Ərdoğan hakimiyyətinin növbəti seçkilərdə dəyişdirilməsi üçün bütün imkanlarını hərəkətə gətirən bəzi Qərb siyasi dairələri rəsmi Ankaranın öz əsas hədəflərinə nail olacağı təqdirdə, Türkiyənin siyasi iradəsinin yeni dünya düzənində xüsusi status qazana biləcəyini də anlayırlar...

Türkiyə öz müasir tarixinin olduqca önəmli bir mərhələsinə keçid etməyə hazırlaşır. Rəsmi Ankara bu mərhələni Türkiyənin dünya nəhənginə çevrilməsinə yönəltmək niyyətində olduğunu qətiyyən gizlətmir. Hesab olunur ki, Türkiyə bu dövrdə beynəlxalq məkanda yeni siyasi-iqtisadi supergüc statusunda öz yerini almağa nail olacaq.

Yəni, dünyanın müasir tarixində Türkiyənin dövrü başlayır. Rəsmi Ankaranın bu hədəfi mövcud situasiyada tamamilə real görünür. Hər halda, bəzi Qərb dövlətlərinin Türkiyənin yüksəliş perspektivlərindən və potensialından narahat olması da rəsmi Ankaranın doğru istiqamət üzrə irəlilədiyini təsdiqləyir.

Xüsusilə də, Türkiyənin əsas beynəlxalq rəqib-düşməni olan Fransa hazırda ciddi narahatlıq içərisindədir. Rəsmi Paris Türkiyənin sürətlə yüksəliş dövrünə girdiyini hamıdan yaxşı anlayır və buna bütün mümkün vasitələrlə müqavimət göstərməyə çalışır. Və Fransanın Yunanıstanı Türkiyəyə qarşı gücləndirməyə çalışması, bu iki qonşu dövlət arasında mövcud olan hərbi-siyasi gərginliyi silahlı münaqişəyə çevirməyə can atmasının səbəbləri də məhz bununla birbaşa bağlıdır.

Fransa Türkiyənin beynəlxalq məkanda supergücə çevrilmə fəaliyyətini açıq-aşkar qorxu ilə qarşılayır. Rəsmi Paris üçün Türkiyənin ümumiyyətlə, küncə sıxışdırılması yeganə sərfəli variant hesab olunur. Çünki Türkiyənin siyasi iradəsi olan yerlərdə Fransa gücsüz və carəsiz duruma düşür.

Fransa prezidenti Emmanuel Makron bir müddət öncə bütün dünyanı Ukrayna savaşının sona çatdırılması üçün danışıqlar masası arxasına oturmağa çağırmışdı. Nə qədər qəribə də olsa, Fransa prezidenti həmin masanın arxasında yalnız iki dövləti - Türkiyə və Çini görmək istəmədiyini vurğulamışdı. Halbuki, Fransanın nə Rusiya, nə də Ukrayna ilə münasibətləri normal məzmun daşımır. Rəsmi Parisin çirkli oyunları Rusiya və Ukraynanı Fransadan məsafə saxlamağa sövq edir.

Türkiyə isə bunun əksinə olaraq, həm Rusiya, həm də Ukrayna ilə eyni vaxtda siyasi dialoq imkanlarını qoruyub, saxlamış yeganə dövlətdir. Rəsmi Ankaranın vasitəçiliyi ilə hazırda fəaliyyət göstərən "taxıl dəhlizi"nə görə bütün dünya məhz Türkiyəyə borcludur. Və indi Ukrayna savaşı ilə bağlı sülh prosesinə heç bir aidiyyatı olmayan Fransa, bu məsələdə yeganə dialoq mərkəzi olan Türkiyəni danışıqlar masasından kənarda saxlamağın planları içərisinə girməyə çalışır.

Fransa və Qərbdəki bəzi ölkələr Türkiyənin dünyanın 10 ən güclü iqtisadiyyatı olan dövlətlərin sırasına daxil olma perspektivlərini də nəzərə alırlar. Çünki Türkiyənin siyasi iradəsi ilə iqtisadi gücünün birləşdiyi təqdirdə, dünyanın necə idarə ediləcəyini elə indidən təxmin edirlər. Rəsmi Ankaranı özləri üçün ən real təhlükə kimi görürlər. Və Türkiyənin maliyyə-iqtisadi imkanlarını nəzərə aldıqda, Qərbdəki narahatlığın səbəbləri daha qabarıq şəkildə ortaya çıxır.

Məsələ ondadır ki, rəsmi Ankara Qərb ölkələrinin Türkiyədən öz kapitalını tez-tələsik çıxartmasına qarşı alternativ çıxış yolu tapa bilib. Qərb ölkələri Türkiyənin maliyyə məkanında kəskin defisit yaratmaqla, iqtisadi yüksəliş prosesini pozmağa çalışırdılar. Əsas hədəf isə şübhəsiz ki, ölkədaxili iqtisadi narazılıqların gücləndirilməsi sayəsində, yaxınlaşan seçkilərdə Ərdoğan hakimiyyətinin məğlubiyyətini təmin etmək idi.

Ancaq rəsmi Ankara Türkiyənin rəqiblərinin seçkiqabağı çirkli və məkrli oyunlarını əvvəlcədən təxmin etdiyindən ehtiyat variantlar hazırlamışdı. Rəsmi Ankara Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və daha bir neçə ölkə ilə anlaşaraq, "qaçan" Qərb kapitalının əvəzinə Türkiyəyə 35-40 milyard depozit yerləşdirilməsinə nail olub. Yəni, Qərb ölkələrinin Türkiyəyə qarşı maliyyə-iqtisadi hücumları elə başlanğıcdaca iflasa uğradılıb, hətta onun rəqiblərin özlərinə qarşı çevrilməsinə nail olunub. Hər halda, Qərb kapitalı Türkiyə məkanını itirmək üzrədir.

Ona görə də, bu il Türkiyədə maliyyə defisitinin minimuma enəcəyi proqnozlaşdırılır. Üstəlik, enerji resurslarının qiyməti stabilləşir, Rusiya isə Türkiyəyə güzəştli satış sisteminə keçib. Halbuki, bir çox Qərb ölkələri Ukrayna savaşı və enerji resurslarının qiymətləri ucbatından kifayət qədər ciddi büdcə kəsirləri ilə üzləşib. Və bu reallıq yaxın gələcəkdə beynəlxalq siyasi-iqtisadi sistemə təsirsiz ötüşməyəcək.

Türkiyə isə tezliklə AES-in işə düşməsi, Qara dənizdən tapılan enerji resurslarını ölkədaxili sistemə birləşdirilməsi sayəsində öz xərclərini daha da azaltmaq imkanlarına malikdir. Bu isə Qərb ölkələrinin, əsasən ABŞ və Avropa Birliyi dövlətlərinin öz kapitalını çıxartmaqla, Türkiyə iqtisadiyyatına sarsıdıcı zərbə vurmaq planlarını boşa çıxarır. Çünki Türkiyəyə cəlb olunan kapitalın həcmi çıxarılan məbləğdən qat-qat çoxdur.

Məsələ ondadır ki, rəsmi Ankara belə bir prosesin ola biləcəyini nəzərə alaraq, daha çox ərəb dünyasına yönəltməyə üstünlük verib. Türkiyə iqtisadçılarının iddialarına görə, ərəb dövlətlərinin ölkədəki sərmayəsi yüz milyardlarla hesablanır və bu, artmaqda davam edir. Buna paralel olaraq, rəsmi Ankara əsas Asiya ölkələri - Yaponiya, Cənubi Koreya Sinqapur və Malaziya ilə də maliyyə-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün intensiv danışıqlar aparır.

Son.az musavat.com-a istinadən bildirir ki, Rusiyanın da Türkiyəyə marağı artır. Kremlin növbəti prezident seçkilərində Türkiyənin indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə qalmasında maraqlı olduğu qətiyyən şübhə doğurmur. Son məlumatlara görə, prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində 25 milyard dollardan çox Rusiya kapitalı cəlb olunub. Kreml Ərdoğan hakimiyyəti ilə Türkiyədə təbii qaz xabının yaradılması da daxil olmaqla, bir çox istiqamətlər üzrə layihələrin işlənməsində maraqlı olduğunu qətiyyən göstərmir. Bu isə əlavə sərmayə axını anlamı daşıyır.

Təbii ki, bütün bu proseslər Türkiyə şirkətlərinin güclənməsinə və böyüməsinə də geniş imkanlar açır. Belə ki, cəmisi üç il əvvəl Türkiyə şirkətlərinin ümumi kapitallaşması 20 milyard dollar ətrafında məhdudlaşırdı. İndisə yalnız SASA təkbaşına 20 milyard dollardan artıq kapitala sahibdir. Bu sıraya 10 milyarddan artıq kapitallaşma səviyyəsinə yüksəlmiş Türkish Airlines, "Getir" və s. kimi şirkətləri də əlavə etdikdə Türkiyənin böyük inkişaf yolu keçməkdə olduğu qətiyyən şübhə doğurmur. Türkiyə Hərbi-Sənaye Kompleksinin son uğurları isə beynəlxalq rəqiblərin mütləq əksəriyyətində qısqanclıq doğurur.

Göründüyü kimi, Ərdoğan hakimiyyəti böyük uğurlar qazanmaqda davam edir. Türkiyəni daxilindən çökdürməyə can atanların planlarını pozmaqla kifayətlənməyən rəsmi Ankara daha böyük hədəflərin ssenarilərini qurmağa çalışır. İndi rəsmi Ankara ölkə iqtisadiyyatının inkişaf səviyyəsini dünyanın ən güclü 10 ölkəsi ilə eyniləşdirmək istiqamətində intensiv fəaliyyət göstərir. Buna nail olunarsa, Türkiyənin siyasi iradəsi yeni dünya düzənində xüsusi status qazana bilər. ABŞ və Fransa başda olmaqla, Türkiyənin beynəlxalq rəqablərinin reallaşmasından ən çox qorxduqları perspektiv də əslində, elə budur.

Britaniya SEPAHı terror təşkilatı kimi like
  • 03 Yan 08:48  
Dünya Britaniya SEPAHı terror təşkilatı kimi

Britaniya hakimiyyəti yaxın həftələrdə İslam İnqilabı Keşikçiləri Ko

arrow Ətraflı
35 metrlik beton dirəyin içərisinə yıxılan uşaq like
  • 03 Yan 08:47  
Dünya 35 metrlik beton dirəyin içərisinə yıxılan uşaq

Vyetnamın Donq Thap əyalətində qəribə hadisə baş verib.

arrow Ətraflı
Vegener qranulamatozu like
  • 03 Yan 08:46  
Digərləri Vegener qranulamatozu

Vegener qranulamatozu sistem vaskulitlərin müxtəlifliyini göstərən xəstə

arrow Ətraflı
GTT Rusiyada fəaliyyətini like
  • 03 Yan 08:43  
Digərləri GTT Rusiyada fəaliyyətini

Fransanın GTT (Qaztransport & Technigaz) mühəndislik şirkəti Rusiyanın &qu

arrow Ətraflı
Yəməndə 130 milyon dollarlıq limanın tikintisi like
  • 03 Yan 08:42  
Digərləri Yəməndə 130 milyon dollarlıq limanın tikintisi

Yəmən rəhbərliyi iki ay ərzində Əl-Məhra əyalətinin şərqindəki Kiş

arrow Ətraflı
Gizli sifilis like
  • 03 Yan 08:41  
Digərləri Gizli sifilis

Gizli sifilis xroniki gedişə malik olan xəstəlikdir. Bu zaman seroloji reska

arrow Ətraflı
Afina bunu etsə, Ankara müharibə like
  • 03 Yan 08:40  
Siyasət Afina bunu etsə, Ankara müharibə

Ankara ilə Dəməşq arasında 11 ildən sonra buzlar əriməyə başlayıb. Bu

arrow Ətraflı
Merkelin müşavirindən illər sonra ŞOK ETİRAF like
  • 03 Yan 08:39  
Siyasət Merkelin müşavirindən illər sonra ŞOK ETİRAF

16 il fasiləsiz baş nazirlik etdikdən sonra ötən ilin dekabrında vəzifəs

arrow Ətraflı
Türkiyə ABŞdan müsbət qərar like
  • 03 Yan 08:38  
Siyasət Türkiyə ABŞdan müsbət qərar

Türkiyə ABŞ-a F-16 qırıcılarının satışı ilə bağlı müsbət qərara

arrow Ətraflı
İmmundefisit virus infeksiyası like
  • 03 Yan 08:35  
Digərləri İmmundefisit virus infeksiyası

İmmundefisit virus infeksiyası kəskin limfopeniya, orqanizmin şərti pathoge

arrow Ətraflı
ABŞ oğurlanmış sarkofaqı Misirə like
  • 03 Yan 08:33  
Dünya ABŞ oğurlanmış sarkofaqı Misirə

Misirdən qanunsuz yolla çıxarılaraq ABŞ-dakı muzeylərin birində nümayi�

arrow Ətraflı
20ci mərtəbənin pəncərəsindən qaçmağa çalışan şəxsin görüntüləri like
  • 03 Yan 08:29  
Digərləri 20ci mərtəbənin pəncərəsindən qaçmağa çalışan şəxsin görüntüləri

Sosial mediada paylaşılan bu görüntülər izlənmə rekordları qırır.

arrow Ətraflı
Ukraynaya məxsus peyk orbitə like
  • 03 Yan 08:28  
Digərləri Ukraynaya məxsus peyk orbitə

Yanvarın 3-də Ukraynaya məxsus mini peyk orbitə qaldırılacaq.

arrow Ətraflı
Oleq Qazmanovun Dubayda verdiyi konsert qalmaqala like
  • 03 Yan 08:27  
Dünya Oleq Qazmanovun Dubayda verdiyi konsert qalmaqala

Məşhur rus müğənnisi Oleq Qazmanov Dubaydakı konsertdə təpki ilə üzlə

arrow Ətraflı
Mikoplazmoz like
  • 03 Yan 08:25  
Digərləri Mikoplazmoz

Son illər sidik-cinsiyyət sisteminin patologiyasında mikoplazmozların rolu x

arrow Ətraflı