Rusiya ermənilərə qadağan olunmuş silahlar verəndə NİYƏ BUNU DÜŞÜNMÜRDÜ?


Siyasət 30 Dek 2022 14:02:00 349 0

Rusiya ermənilərə qadağan olunmuş silahlar verəndə NİYƏ BUNU DÜŞÜNMÜRDÜ?

"Azərbaycan Şərqi Zəngəzurda hərbi infrastrukturu inkişaf etdirməklə gələcəkdə Ermənistan tərəfindən mümkün təxribatların qarşısını ən effektiv bir şəkildə alınmasını hədəfləyir".

Bunu Son.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Rusiya regionda ondan güclü ittifaqlar və ölkələrin meydana çıxmasını istəmir:

"Bölgəyə yerləşdiriləcək hərbi hissələr həm düşmənin Qərbi Zəngəzur ərazisində manevrlərini məhdudlaşdırmağa, həm də onlara qarşı adekvat və təsirli cavablarla bərabər, preventiv zərbələrə də imkan verəcək.

Zaxarovanın ötən gün Azərbaycan-Türkiyə hərbi ttifaqı ilə bağlı narahatlığını dilə gətirərkən dediyi "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq Zaqafqaziyada güc balansını pozmamalıdır" fikirləri əsassız və yersizdir.

Rusiya özü Azərbaycana 5 milyardlıq silah satanda balans barədə düşünmürdü, Ermənistana 90-cı illərdə operativ taktiki raket kompleksləri verəndə bu barədə düşünmürdü.

Nədənsə, Rusiya 2016-cı ildə Aprel döyüşlərindən sonra Ermənistanı müasir "İsgəndər" Kompleksləri ilə silahlandıranda, bunu düşünmürdü. Nədənsə, Ermənistana gizli və qanunsuz bir şəkildə beynəlxalq silah ixracatı qaydalarına zidd olaraq ixracı qadağan olunmuş silahları verəndə bu barədə düşünmürdü. 

Görünən odur ki, Rusiya Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqdan, o cümlədən Rusiyanın əldə etmək istədiyi PUA sistemlərinin Azərbaycanda birgə istehsalından daha çox narahatdır. Lakin bu narahatlıq bizi qətiyyən maraqlandırmır. Bizim öz prioritetlərimiz var və Azərbaycan bu prioritetlərindən geri çəkilməyəcək. Türkiyə bizim qardaş ölkədir, Türkiyədə istehsal olunan nə varsa Azərbaycan üçün, Azərbaycanda da nə varsa türkiyə üçün tam şəkildə əlçatandır. 

Təbii ki, Rusiya heç bir vaxt istəməz ki, ondan güclü ittifaqlar və ölkələr meydana çıxsın. Lakin bu prosesin qarşısını almaq mümkün deyil. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi Türk Dövlətləri Şurasını Türk Dövlətləri Təşkilatına çeviribsə, bir gün də nə zamansa, gələcəkdə bu dövlətlərin bir hərbi ittifaqından da bəhs edə biləcəyik. Hazırda belə bir ittifaq Azərbaycanla Türkiyə arasında mövcuddursa, onun gələcəkdə digər Türk Dövlətləri ilə bağlanması da tamamilə mümkündür. Təbii ki, belə məsələlər də Rusiyanı narahat etməsə təəccüblü olardı". 

Təhməz Əsədov Son.az

İranla sərhəddə insident: hərbçilərimizə atəş açıldı like
  • 30 Dek 14:01  
Digərləri İranla sərhəddə insident: hərbçilərimizə atəş açıldı

Dekabr ayının 29-da saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin S�

arrow Ətraflı
Nikol Kremli hədələdi like
  • 30 Dek 13:58  
Digərləri Nikol Kremli hədələdi

Ermənistan-Rusiya münasibətləri yenidən kəskinləşib. Əvvəlcə mövcud

arrow Ətraflı
Laçın yolundakı aksiyaya qoşulanların sayı artır  FOTO like
  • 30 Dek 13:55  
Digərləri Laçın yolundakı aksiyaya qoşulanların sayı artır FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
Uşaq meydançalarının əksəriyyəti baxımsız vəziyyətdədir like
  • 30 Dek 13:29  
Digərləri Uşaq meydançalarının əksəriyyəti baxımsız vəziyyətdədir

Paytaxtın Yasamal rayonunda məhəllərdə uşaq meydançalarının əksəriyy�

arrow Ətraflı
Vilayət Eyvazov polis rəisini nöqsanlarına görə vəzifəsindən azad etdi like
  • 30 Dek 13:27  
Digərləri Vilayət Eyvazov polis rəisini nöqsanlarına görə vəzifəsindən azad etdi

Daxili İşlər Orqanlarında növbəti kadr dəyişikliyi baş tutub.

arrow Ətraflı
Bakıda 15 yaşlı əkiz bacılar itkin düşdü like
  • 30 Dek 13:25  
Digərləri Bakıda 15 yaşlı əkiz bacılar itkin düşdü

Bakıda iki yeniyetmə qız itkin düşüb.

arrow Ətraflı
Xırdalana metro çəkiləcək? like
  • 30 Dek 13:23  
Digərləri Xırdalana metro çəkiləcək?

Mövcud konseptual inkişaf sxeminə əsaslansaq, Xırdalana metro xəttinin ç�

arrow Ətraflı
Sakinlərin həyatı təhlükə altındadır like
  • 30 Dek 13:20  
Digərləri Sakinlərin həyatı təhlükə altındadır

Bir əsrdən çox yaşı olan qəzalı yataqxana binasında yaşamaq həqiqətə

arrow Ətraflı
Prezident gələn ilin dövlət büdcəsini təsdiqlədi like
  • 30 Dek 13:15  
Digərləri Prezident gələn ilin dövlət büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2023-cü il dövlət büd

arrow Ətraflı
Azərbaycanlı aparıcı Adriananı özünə bənzətdi like
  • 30 Dek 13:14  
Şou-biznes Azərbaycanlı aparıcı Adriananı özünə bənzətdi

Aparıcı Aytən Səfərova Adriana Lima ilə bağlı paylaşım edib.

arrow Ətraflı
Milli Məclis Prezident İlham Əliyev və birinci xanımı təbrik edib like
  • 30 Dek 12:59  
Siyasət Milli Məclis Prezident İlham Əliyev və birinci xanımı təbrik edib

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il mün

arrow Ətraflı
İlin son gününə olan like
  • 30 Dek 12:57  
Digərləri İlin son gününə olan

Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk

arrow Ətraflı
PAŞA Holding 18 yaşadək şəhid övladları üçün tibbi sığorta proqramına başlayır like
  • 30 Dek 12:55  
Digərləri PAŞA Holding 18 yaşadək şəhid övladları üçün tibbi sığorta proqramına başlayır

PAŞA Holding 44 günlük Vətən Müharibəsi və 2022-ci ilin sentyabrındakı

arrow Ətraflı
İranla sərhəddə 2 nəfər tutulub, 6 kq narkotik və silah götürülüb like
  • 30 Dek 12:24  
Digərləri İranla sərhəddə 2 nəfər tutulub, 6 kq narkotik və silah götürülüb

Dekabr ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo�

arrow Ətraflı
Dövlət qulluğunun inkişafına dair Fəaliyyət Planı təsdiqlənib like
  • 30 Dek 11:59  
Siyasət Dövlət qulluğunun inkişafına dair Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün

arrow Ətraflı