Zeynəb Xanlarovanın doğum günüdür FOTO


Şou-biznes 28 Dek 2022 21:16:00 854 0

Zeynəb Xanlarovanın doğum günüdür  FOTO

Zeynəb Xanlarova sənəti bütün zamanlarda diqqət mərkəzində olub. Onun ömür yaşı səksəni haqlasa da, sənət yaşının tarixi yoxdur. Zeynəb Xanlarova sənətinin yaşı Azərbaycan musiqisinin tarixi qədər qədim və zəngindir...

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.

Hər dəfə nəğmələri sərhəd tanımayan Azərbaycanın təkrarsız sənətkarı Zeynəb Xanlarovanı dinləyəndə böyük ədiblərdən birinin - "Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil" - müdrik kəlamını xatırlayıram.

O da bu yola böyük həyat eşqi, sonsuz sevgi ilə çıxdı. Sənətə qədəm qoyduğu ilk gündən kamil bir sənətkar olmaq üçün gecəsini gündüzünə qatdı, dövrünün ən məşhur ustadlarından muğamlarımızın, təsniflərimizin, xalq mahnılarımızın sirlərini öyrəndi. Sənətə elə ürəkdən bağlandı ki, artıq ondan ayrılmağın mümkünsüzlüyünü anladı və musiqisiz keçən gününü ömürdən saymadı.

Milli olduğu qədər də bəşəri

Qısa müddətdə səsinin şirin avazı ilə milyonların ürəyinə yol tapdı. Bu səs hər bir azərbaycanlının qapısını döydü, evinin ən əziz qonağı oldu. Bu səs sərhədləri aşaraq yaxın-uzaq məmləkətlərdə eşidilməyə başladı. Musiqinin sərhəd tanımaması onun timsalında bir daha təsdiqini tapdı. Sərhədlərindən quşların belə səkə bilmədiyi keçmiş sovetlər məkanının qanunlarının ən sərt dönəmində o, öz şaqraq, bənzərsiz ifası ilə çox-çox uzaqlarda milyonların sevimlisinə çevrilə bildi. Dilimizi bilməyən əcnəbilər belə o şirin avazın, ecazkar ifanın sehrinə düşdü. Azərbaycanın Xalq Artisti Zeynəb Xanlarova qısa bir zaman kəsiyində milli olduğu qədər də bəşəri bir ifaçıya çevrildi.

Onun qastrol səfərlərinin xəritəsini cızmaq çətindir, bəlkə də, mümkün deyil. Zeynəb xanımın səsinin qət etdiyi məsafəni, yolları bir-birinə calasaq, bu sehirli nəğmə çələngini bəlkə də bir neçə dəfə planetin başına dolamaq mümkün olardı. Onu dilindən, dinindən, əqidəsindən asılı olmayaraq, hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni məhəbbətlə, eyni hərarətlə qarşılayır, eyni coşqunluqla alqışlayırlar.

Bu xoşbəxtlik hər sənət adamına qismət olmur. Səni doğulduğun məmləkətdə olduğu qədər uzaq ellərdə də sevsinlər, dəyərləndirsinlər. Bu, yalnız və yalnız Zeynəb Xanlarova kimi xoşbəxt sənətkarlara nəsib ola bilərdi və oldu da...

Zeynəb xanım üz tutduğu, konsert proqramları ilə çıxış etdiyi hər bir məmləkətə təkcə özünü və Tanrının ona bəxş etdiyi səsini aparmır, o, həm də həmin ünvanlara Azərbaycanı aparır. O, öz Vətəninin, xalqının adını, şöhrətini yaxın-uzaq ellərdə zirvələrdən-zirvələrə qaldırmaq üçün bu yola çıxmışdır, bəlkə də bu səbəbdən harada olurdusa, orada tükənməz bir Azərbaycan sevgisi qoyub gəlir.

Novator ifaçı

Zeynəb xanımın XX əsr Azərbaycan ifaçılığında bəlkə də heç kəsin yüksələ bilməyəcəyi bir sənət zirvəsi vardır. Onun sənəti solmaz və əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb.

Z.Xanlarova 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbini, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, əvəzsiz ifaçı olmasını Opera və Balet Teatrının səhnəsində yaratdığı bir-birindən maraqlı, bənzərsiz rollarla çoxdan təsdiqləyib. Onun Leylisi, Əslisi, Şahsənəmi teatr tariximizdə əbədi qalacaq obrazlardır. Sənətkar heç vaxt uğurları ilə kifayətlənməyib. Onun repertuarını xalqımızın milli kimlik pasportuna çevrilmiş muğamlarımız, təsnif və xalq mahnıları, böyük bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Ələkbər Tağıyev, Emin Sabitoğlu və başqalarının, eləcə də Şərq xalqlarının mahnıları bəzəyir.

Xalqımızın istəklisi Zeynəb Xanlarovanın klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan müğənnilik sənəti milli musiqimizdə bir təzəlik, yenilikdir. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, səhnə davranışında, mahnı ifaçılığında özünü qabarıq göstərir.

Əvvəllər qadın xanəndələrin repertuarında, əsasən "Şahnaz", "Qatar" muğamları yer alırdı. Çünki bu muğamlar tessitura cəhətdən zil, diapazonca məhdud, həcmcə yığcamdır. Lakin Zeynəb xanım bu ənənəni cəsarətlə pozdu, qadınlar arasında ilk dəfə "Çahargah" kimi geniş monumental dəstgah oxudu və böyük yaradıcılıq müvəffəqiyyətinə nail oldu. Zeynəb Xanlarovanın ifasında bu muğam yeni başlanğıc, yeni nəfəs kimi dəyərləndirilirdi. Bütün muğamsevərlər və ustad sənətkarlar onun ifasındakı "Çahargah"ı yüksək qiymətləndirməklə yanaşı, bu səsin sahibinin gələcəkdə böyük sənətkar olacağına inamlarını böyük cəsarətlə bildirirdilər. Zeynəb xanım bu inamı doğrultmağı bacardı və bir daha sübut etdi ki, çəkilən zəhmət mütləq bir gün öz bəhrəsini verəcək. O, "Çahargah"la yanaşı, "Şur", "Dilkəş" təsniflərini, "Mahur-hindi", "Qatar", "Xaric segah", "Hümayun", "Bayatı-kürd" muğamlarını cidd-cəhdlə öyrənib oxudu. Bu, onun üçün adi yaradıcılıq prosesi deyildi. Zeynəb Xanlarova əsl novator ifaçı kimi hər bir musiqi əsərini tamamilə yeni səpkidə oxuyurdu. Bu səbəbdən onun muğam ifaçılığındakı üstünlüyü danılmazdır.

Anası Rəhim Rəhimlini məzarı başında GÖZ YAŞI AXITDI like
  • 28 Dek 20:51  
Şou-biznes Anası Rəhim Rəhimlini məzarı başında GÖZ YAŞI AXITDI

Bu gün mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin doğum günüdür. 

arrow Ətraflı
Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri like
  • 28 Dek 20:44  
Siyasət Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Ze

arrow Ətraflı
Natavana verilən diplom qalmaqal yaratdı like
  • 28 Dek 20:29  
Şou-biznes Natavana verilən diplom qalmaqal yaratdı

Müğənni Natavan Həbibi və bloger Elçin Lənbəranski arasında qalmaqal ya

arrow Ətraflı
Yer qazan zaman inanılmaz mənzərə ilə rastlaşdılar like
  • 28 Dek 20:07  
Dünya Yer qazan zaman inanılmaz mənzərə ilə rastlaşdılar

İngiltərədəki meşəlik ərazidə edilən xəbərdarlığın ardından bölg

arrow Ətraflı
30 minə yaxın şəxsə 25 illik staj hədiyyə ediləcək like
  • 28 Dek 20:06  
Digərləri 30 minə yaxın şəxsə 25 illik staj hədiyyə ediləcək

"Əmək pensiyaları haqqında" Qanunda 2019-cu ilin əvvəlindən tə

arrow Ətraflı
Qarabağdakı təbii yataqların qanunsuz istismarı dayandırılır like
  • 28 Dek 20:05  
Siyasət Qarabağdakı təbii yataqların qanunsuz istismarı dayandırılır

Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-mo

arrow Ətraflı
Bu şəxslərə yanvarın 1dən 600 manat müavinət veriləcək like
  • 28 Dek 19:59  
Siyasət Bu şəxslərə yanvarın 1dən 600 manat müavinət veriləcək

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyə

arrow Ətraflı
Gənclər SEPAH zabitini öldürdü like
  • 28 Dek 19:56  
Digərləri Gənclər SEPAH zabitini öldürdü

İranda molla rejiminə qarşı olan etiraz aksiyaları 3 aydan çoxdur ki, dava

arrow Ətraflı
Fanatları azərbaycanlı müğənniyə çətin anlar yaşatdılar like
  • 28 Dek 19:34  
Şou-biznes Fanatları azərbaycanlı müğənniyə çətin anlar yaşatdılar

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) ötən

arrow Ətraflı
Çində dəhşətli qəza: 200 avtomobil toqquşdu like
  • 28 Dek 19:12  
Dünya Çində dəhşətli qəza: 200 avtomobil toqquşdu

Çində 200-dən çox avtomobil toqquşub. Hadisə nəticəsində azı bir nəf

arrow Ətraflı
Bu şəxslərə əlavə 5 gün məzuniyyət veriləcək  Prezident qanunu təsdiqlədi like
  • 28 Dek 19:11  
Siyasət Bu şəxslərə əlavə 5 gün məzuniyyət veriləcək Prezident qanunu təsdiqlədi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis

arrow Ətraflı
Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha üç il uzadılıb like
  • 28 Dek 19:04  
Siyasət Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha üç il uzadılıb

Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha üç il u

arrow Ətraflı
Daha 90 nəfər COVID19a yoluxub like
  • 28 Dek 19:02  
Digərləri Daha 90 nəfər COVID19a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 90 yeni yolux

arrow Ətraflı
"Məni nə rəqqasəylə, nə şairəylə bir sıraya qoymayın” like
  • 28 Dek 19:01  
Şou-biznes "Məni nə rəqqasəylə, nə şairəylə bir sıraya qoymayın”

Rəqqasə Fatimə Fətəliyeva müğənni Xuraman Şuşalının xına biznesi il

arrow Ətraflı
Təbrizdə azərbaycanlı qadın idmançı həbs olundu like
  • 28 Dek 18:50  
Digərləri Təbrizdə azərbaycanlı qadın idmançı həbs olundu

İranın molla rejimi Təbrizdə azərbaycanlı xanım idmançı Məlihə Bəni�

arrow Ətraflı