Prezident “Dövlətözəl tərəfdaşlığı haqqında” qanunu təsdiqlədi
Siyasət 27 Dek 2022 20:50:00 534 0
Prezident İlham Əliyev "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanunu təsdiqləyib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Nazirlər Kabineti "Dövlət-özəl tərəfdaşlığı haqqında" dövlət-özəl tərəfdaşlığı qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla altı ay müddətində təsdiq etməlidir.
İqtisadiyyat Nazirliyi "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 691-VIQ nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Qanuna əsasən, "İnvestisiya fəaliyyəti haqqında" qanunda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar dövlət-özəl tərəfdaşlığı layihəsinə də şamil ediləcək.
Özəl tərəfdaşa müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla dövlət tərəfindən müsabiqənin şərtlər toplusunda nəzərdə tutulmuş aşağıdakı dövlət dəstəyi və təminatlar verilə bilər:
- dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün mal, material, xammal, avadanlığın verilməsinin təşkili;
- dövlət-özəl tərəfdaşlığı layihəsinin gəlirlərinin minimum səviyyəsinə təminat;
- dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində istehsal edilən məhsulların, göstərilən xidmətlərin, görülən işlərin müəyyən həcmdə alınmasına dair təminat;
- subsidiyaların və (və ya) kreditlərin verilməsi, kapital qoyuluşu;
- tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat;
- Azərbaycan Respublikasının ərazisi va ya onun bir hissəsində xidmətlərin göstərilməsi, işlərin görülməsi, məhsulun satışı üzrə müstəsna hüquqların verilməsi;
- dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan tərəfdaşın çəkdiyi xərclərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi.
Eyni zamanda səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsi, müsabiqə qalibinin seçilməsi şərtləri və meyarları, dövlət-özəl tərəfdaşlığı müqaviləsinin əsas şərtləri, dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və həyata keçirilməsi, o cümlədən dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində davam edən və başa çatdırılmış layihələr, laihələrin icra vəziyyətinə dair hesabatlar haqqında elektron məlumat bazasını yaradacaq və idarə edəcək.
Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin tərəfləri dövlət-özəl tərəfdaşlığı müqaviləsinin surətini, ona edilən dəyişiklikləri müvafiq sənədlərlə birlikdə Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasına daxil edilməsi məqsədilə müqavilə bağlandıqdan va ya ona dəyişiklik edildikdən sonra 7 iş günü müddətində səlahiyyətli orqana təqdim edəcək. Bundan başqa, səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan öhdəliklərin icra vəziyyətini dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq monitorinq etmək hüququna malikdir.
"Toyda görürsən ki, ansambl olmadan müğənni yarım saat mahnı oxuyur
Dünyanın ən zəhərli ilanı kimi tanınan kobra balaları ilə toyuq yuvası
""Ağ qarğa" sindromu yaşamaq... Fərqli olduğunu bildiyin hal
Rusiyada, Yekaterinburqda Ural Maliyyə və Hüquq Kollecinin müəllimi tələb
Xalq artisti Tünzalə Ağayeva sevgi anlayışı haqqında danışıb.
İzmirdə ər mübahisə etdiyi həyat yoldaşı Nuran Fıratı 5 yaşlı uşa�
Taylandın şimal-şərqindəki Sisaket əyalətindəki Khao Phra Vihan Milli Pa
Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifa
Türkiyəli məşhur müğənni Hadisənin sonuncu paylaşımları diqqət çək
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyevə doğum g�
Rusiyada, Krasnodarda BMW sürücüsü nizamlanmayan piyada keçidində üç uş
"Space X"in rəhbəri İlon Mask kosmik şirkətinin hazırda İran ü