Avtomobilin baqajında rayona getmək istəyən şəxslər postda saxlanıldı - VİDEO


Sosial 29 İyn 2020 09:35:07 255 0

Avtomobilin baqajında rayona getmək istəyən şəxslər postda saxlanıldı - VİDEO

Sərnişinlərə görə 2 dəfə geri qaytarılan sürücü üçüncü dəfə onları baqajda keçirməyə cəhd edib.&

Sərnişinlərə görə 2 dəfə geri qaytarılan sürücü üçüncü dəfə onları baqajda keçirməyə cəhd edib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) "Report"a verilən məlumata görə, iyunun 28-igecə saat 00:40 radələrində "Mercedes" markalı 99-GC-773 nömrəli avtomobilin sürücüsü Əsgərzadə Müşfiq Xasay oğlu maşının baqaj hissəsində Bakı şəhər sakinləri -Əliyev Murad Arif oğlunu və Şabanov Elşən Rövşən oğlunu Bakı-Şamaxı yolunda yerləşən karantin postundan rayon istiqamətinə keçirməyə cəhd edərkənBDYPİ-ninYol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq barələrində inzibati tədbir görülüb.