Azərbaycanda həkim koronavirusdan vəfat etdi


Sosial 28 İyn 2020 17:59:13 268 0

Azərbaycanda həkim koronavirusdan vəfat etdi

Bakıda həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib.

Ceyhun Hacıyev

Bakıda həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib.

“Report” xəbər verir ki, deputat Qənirə Paşayeva həkimin koronavirusdan dünyasını dəyişdiyini bildirib.

Deputat qeyd edib ki, C.Hacıyev təhlükəli virusa rayona yas mərasiminəgedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib. Lakinonun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ceyhun Hacıyev 1990-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb. 1998-2015-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2015-ci ildən özəl klinikların birində fəaliyyət göstərib.