Xalq artistinin yarım milyon kommunal borcu VAR
Şou-biznes 25 Fev 2026 10:30:00 190 0
Rusiyanın Xalq artisti Filipp Kirkorovun paytaxtdakı daşınmaz əmlakları ilə bağlı borc məsələsi gündəmə gəlib.
Bu xəbəri də oxu: Xalq artisti məşhur türk aparıcıya "ƏSƏBİLƏŞDİ"
Son.az xəbər verir ki, müğənninin kommunal xidmətlər üzrə ümumi borcu yarım milyon rubldan çoxdur.
"SHOT" teleqram kanalının yaydığı xəbərdə bildirilir ki, sənətçi ötən ildən bəri Moskvada yerləşən bahalı mənzillərinə görə ödənişləri vaxtında etməyib. Onun paytaxtın mərkəzində ümumi dəyəri 1,3 milyard rublu keçən səkkiz mənzilə sahib olduğu qeyd olunur.
Əmlakların üçü Arbat ətrafında, Filippovski dalanında yerləşir və ümumi dəyəri 1,15 milyard rubl təşkil edir. Buraya sahəsi 537 kvadratmetr olan və 650 milyon rubl qiymətləndirilən penthaus, eləcə də birinci mərtəbədə yerləşən, sahələri 209 və 190 kvadratmetr olan iki bitişik mənzil daxildir. Həmin ünvanda sənətçiyə məxsus ümumi dəyəri 20 milyon rubl olan iki avtomobil dayanacağı yeri də var. Bu obyektlər üzrə yığılan kommunal borcun 456 min rubl olduğu bildirilir.
Müğənninin daha beş mənzili isə paytaxtın Taqanski rayonunda, Zemlyanoy Val küçəsində yerləşir. Ümumi dəyəri 180 milyon rubl olan bu əmlakların bir hissəsi birləşdirilərək daha geniş mənzillərə çevrilib. Həmin ünvan üzrə kommunal xidmətlərə görə 65 min rubl borc formalaşıb.
Beləliklə, lüks daşınmaz əmlaklara sahib olan sənətçinin ümumi kommunal borcu 500 min rubldan artıq məbləğə çatıb.
Musa Son.az
Fevralın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Al
Alman avtomobil istehsalçısı Opel Yaponiyanın Takata şirkətinin istehsal e
Xəbər verdiyimiz kimi, Balıkəsir şəhərində havaya qalxan F-16 qırıc�
Azərbaycanın Xalq artisti Alim Qasımov Bakıda Qaradağ rayonu, Güzdək qəs
Tarix Əliyev onun verilişinin bağlanması barədə yayılan xəbərlərə mü
Türkiyədə F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Əməkdar artist Ruhəngiz Allahverdiyeva öncəgörücülük qabiliyyətinin ol
Almaniyada tətbiq olunan depozit sistemi sayəsində plastik şüşə və metal
Əməkdar artist Firuzə İbadova "müğənni" adından utandığını
Şəffaf, üst-üstə yığılan və hər bir qapağı bir-birinə uyğun gələ
Kartof kotleti tərkibindəki nişasta səbəbindən doyurucu olsa da, süfrəni
Dünyanın ən böyük onlayn səyahət agentliyi olan "Booking.com" 2
Son illər təbii üsullara maraq artdıqca, dəriyə qulluq üçün ev şərait
Türkiyənin Rizə bölgəsinin Çamlıhemşin rayonunda yerləşən Kavrun yayl
Ramazan ayında uzunmüddətli oruc və susuz qalmaq bədənin enerji, maye və
