Sumqayıt Şəhər İcra Hakimiyyətində mətbuat katibi təyinatı olub


Sosial 03 Fev 2016 02:25:22 637 1

Sumqayıt Şəhər İcra Hakimiyyətində mətbuat katibi təyinatı olub

Sumqayıt Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni təyinat olub.

"Report" xəbər verir ki, keçmiş teleaparıcı İqrar Eyvazov İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsində çalışacaq. O, ŞİH-in mətbuat xidmətinin rəhbəri təyin edilib. İ.Eyvazov fevralın 3-dən yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, İ.Eyvazov "Xəzər" televiziyasının "Xəzər-xəbər" proqramının və "Günə başlarkən" verilişinin aparıcısı olub.