"Gördüm "Range Rover", "Sclass"ı və restoranı olan, oliqarx oğlandır"


Şou-biznes 08 Fev 2026 14:33:00 231 0

"Gördüm "Range Rover", "Sclass"ı və restoranı olan, oliqarx oğlandır"

"1 çanta pulla çıxıram"

Afət Fərmanqızı həyat yoldaşı Məmmədlə tanışlıq hekayəsini ilk dəfə açıqlayıb.

Son.az xəbər verir ki, müğənninin səmimi etirafları ictimaiyyətdə maraq və müzakirələrə səbəb olub.

Afət Fərmanqızı bildirib ki, Məmmədin restoranı var və onlar ilk dəfə bir toy dəvəti ilə əlaqə saxlayarkən tanış olublar. Həmin vaxt başqa məclisi olduğu üçün toya gedə bilməyəcəyini deyən müğənni toy tarixinin dəyişdirilməsini xahiş edib. Onun sözlərinə görə, qarşı tərəfin bu məsələdə asanlıqla razılaşması onda şübhə yaradıb və arada başqa bir marağın olduğunu hiss edib. Buna görə də şəxsiyyət vəsiqəsini göndərməsini istəyib ki, ailəli olub-olmadığını dəqiqləşdirsin.

Afət Fərmanqızı qeyd edib ki, Məmməd onu uzun müddət efirlərdən izləyirmiş və onun "heç vaxt evlənmərəm" sözlərini də eşidibmiş. Toya gedən zaman isə Məmməd hisslərini etiraf edib. Müğənni Rusiyada keçirilən toyların birində Məmmədin imkanlarını daha yaxından gördüyünü, bahalı avtomobilləri və biznesi olduğunu deyib. Onun sözlərinə görə, həyat yoldaşı hər zaman "lazım olsa, evdə otur, mən baxım" desə də, o, özü qazanmağı seçib.

Afət Fərmanqızı vurğulayıb ki, işləmədən, pul qazanmadan yaşaya bilməz və pulu çox sevir. Onun fikrincə, pul qazanmaq onu xoşbəxt edir. Müğənni Rusiyada qatıldığı toyların birində qazancının ən azı 5 min manat olduğunu, Azərbaycanda isə şabaşın daha çox olduğunu bildirib. O deyib ki, məclisdən bir çanta pulla çıxır və bunu gizlətmir.

Müğənni əlavə edib ki, "qalikin"i də öz qazancı ilə alır və toy sahiblərinə bahalı avtomobillə gələn sənətçinin ziyanı olmadığını deyir. Onun arzusu Rusiyada toy bazarında da daha aktiv olmaq, həftədə bir dəfə ora gedib-gəlmək yox. Afət Fərmanqızı bu prosesi "bir güllə ilə iki dovşan vurmaq" kimi dəyərləndirib - həm Məmməd kimi bir həyat yoldaşı qazandığını, həm də Rusiyada toyların "kraliçası"na çevrildiyini deyib.

O, rus dilini də bu dövrdə daha yaxşı öyrəndiyini, əvvəldən bazasının olduğunu və savadlı biri kimi inkişaf etdiyini qeyd edib. Afət Fərmanqızı etiraf edib ki, həyat yoldaşı ilə aralarında incikliklər olsa da, barışmağı bacarıblar və zaman keçdikcə bu kişi olmadan yaşaya bilməyəcəyini anlayıb.

Müğənninin sözlərinə görə, yaş artdıqca qadın ailə qurmalıdır, çünki 60-70 yaşda bu, gec ola bilər. O, illərlə bayramlarda tək qaldığını, indi isə arxasında başqasının yox, öz ərinin olduğunu bildiyini deyib. Afət Fərmanqızının bu səmimi açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Musa Son.az

İsrail İranla bağlı tələblərini açıqladı like
  • 08 Fev 14:19  
Dünya İsrail İranla bağlı tələblərini açıqladı

İsrailin Baş naziri Benyamin Netanyahunun fevralın 11-i Vaşinqtonda ABŞ Pre

arrow Ətraflı
Əsəd sarayda oturub, “Candy Crush” oynayırmış like
  • 08 Fev 14:18  
Dünya Əsəd sarayda oturub, “Candy Crush” oynayırmış

Rejimi süquta yaxınlaşdıqca Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd

arrow Ətraflı
"İlhamə Quliyevanın evində qab yuyan Xalq artisti..." like
  • 08 Fev 14:03  
Şou-biznes "İlhamə Quliyevanın evində qab yuyan Xalq artisti..."

Opera ifaçısı Ülvi Qılıncın sərt və açıq açıqlamaları sosial şəb

arrow Ətraflı
Ruslan Nemətov qəfil öldü like
  • 08 Fev 13:55  
Digərləri Ruslan Nemətov qəfil öldü

Zərdab Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi və direktoru Rusl

arrow Ətraflı
Müəllimi güllələyən şagird onu “kumir” seçib? like
  • 08 Fev 13:54  
Digərləri Müəllimi güllələyən şagird onu “kumir” seçib?

Bakıda "İdrak" liseyində müəllimini güllələyən şagirdə məx

arrow Ətraflı
Əfqanıstan hökuməti onlara ölkədə yaşayış icazəsi verəcək like
  • 08 Fev 13:53  
Dünya Əfqanıstan hökuməti onlara ölkədə yaşayış icazəsi verəcək

Əfqanıstanda ölkəyə investisiya qoyuluşu müqabilində 10 ilə qədər ya�

arrow Ətraflı
Qızıl və gümüş yenidən BAHALAŞDDI like
  • 08 Fev 13:38  
Dünya Qızıl və gümüş yenidən BAHALAŞDDI

Dünya bazarında qızıl və gümüş yenidən bahalaşıb.

arrow Ətraflı
80 min insan istiliksiz qaldı like
  • 08 Fev 13:37  
Dünya 80 min insan istiliksiz qaldı

Rusiyanın Belqorod vilayətində 80 min insan istiliksiz qalıb.

arrow Ətraflı
Azərbaycanlı müğənni ilk dəfə körpəsini efirdə GÖSTƏRDİ like
  • 08 Fev 13:23  
Şou-biznes Azərbaycanlı müğənni ilk dəfə körpəsini efirdə GÖSTƏRDİ

Müğənni Arzuxanım ilk dəfə olaraq övladını televiziya efirində göstə

arrow Ətraflı
Fatimə əməliyyat olunacaq: "Soyuq olanda ağrıyır, yaman şişmişdi" like
  • 08 Fev 13:17  
Şou-biznes Fatimə əməliyyat olunacaq: "Soyuq olanda ağrıyır, yaman şişmişdi"

Rəqqasə Fatimə Fətəliyeva cərrah bıçağı altına yatacaq.

arrow Ətraflı
"Kia" alaq, yoxsa "Hyundai"?  Hansı daha SƏRFƏLİDİR? like
  • 08 Fev 13:08  
Digərləri "Kia" alaq, yoxsa "Hyundai"? Hansı daha SƏRFƏLİDİR?

Avtomobil alıcıları arasında ən çox müzakirə olunan suallardan biri - Ki

arrow Ətraflı
Türkiyə DİN paylaşım etdi  siyahıda Azərbaycan da var like
  • 08 Fev 13:07  
Digərləri Türkiyə DİN paylaşım etdi siyahıda Azərbaycan da var

Azərbaycan, Gürcüstan, Almaniya, Monteneqro, Şimali Makedoniya və Yunanıst

arrow Ətraflı
Ramazanın ilk gününün imsak və iftar vaxtı AÇIQLANDI like
  • 08 Fev 12:57  
Digərləri Ramazanın ilk gününün imsak və iftar vaxtı AÇIQLANDI

Xəbər verdiyimiz kimi, fevralın 19-da Ramazan ayının ilk günüdür.

arrow Ətraflı
"Netflix"in fəaliyyəti ilə bağlı araşdırma BAŞLANDI like
  • 08 Fev 12:53  
Dünya "Netflix"in fəaliyyəti ilə bağlı araşdırma BAŞLANDI

ABŞ Ədliyyə Nazirliyi "Netflix"in qanuni rəqabət prinsiplərini p

arrow Ətraflı
Tarkan günlər sonra qızına qovuşdu like
  • 08 Fev 12:38  
Şou-biznes Tarkan günlər sonra qızına qovuşdu

Meqastar Tarkan ard-arda verdiyi konsertlərdən sonra ailəsinin yanına gedib.

arrow Ətraflı