"Efirdə mənə ev hədiyyə etdilər, sən demə, ALDADIBLAR"
Şou-biznes 13 Yan 2026 17:07:00 66 0
Müğənni Şəhla Həmidova illərdir kirayədə yaşadığını "Günə Uğurla" verilişində açıqlayıb və səmimi etirafları diqqət çəkib.
Bu xəbəri də oxu: Qızıl Qlobus 2026: İlin ən yaxşıları seçildi
Son.az-ın məlumatına görə, ifaçı bildirib ki, vaxtilə efirdə ona ev hədiyyə edildiyi barədə deyilənlər həqiqəti əks etdirmirmiş. Şəhla Həmidovanın sözlərinə görə, həmin vaxt ona sənədlər təqdim olunub və bütün Azərbaycan onu təbrik edib:
"Məni aldatdılar. Əlimə kağız verdilər, hamı məni təbrik etdi. Sonra çağırıb dedilər ki, sənədləri gətirin, 1 otaq azdır, sizə 2 ya 3 otaqlı ev veriləcək".
Müğənni qeyd edib ki, məsələ ilə bağlı Xalq artisti Afaq Bəşirqızına müraciət edib və ondan maraqlanması üçün kömək istəyib. Bununla da acı həqiqət ortaya çıxıb:
"Öyrənib mənə dedi ki, mənim adım heç bir siyahıda olmayıb".
Sənətçi kirayədə yaşadığına görə peşman olmadığını vurğulayıb:
"Allah qorusun çarəsiz qalmaqdan. Rahat çörəyimizi yemək nəsib olsun. Kirayədə qalmağa peşman deyiləm. Heç kimin qarşısında əyilməyək".
Sənətçi əlavə edib ki, sənəti hesabına dolanıb, ev və maşın sahibi olmasa da, ən önəmlisi adının ləkələnməməsidir:
"Şükür edirəm ki, adım gələndə qohumlarım mənə görə utanmayıblar, haqqımda artıq söz olmayıb".
Müğənninin bu açıqlamaları studiyada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa Son.az
Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi
Azərbaycanın ilk rəqəmsal bankı Birbank Mərkəzi Bankın "Açıq bank
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə
13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasın
Aparıcı və müğənni Ellada Eyvazova təsirli, eyni zamanda ümid verən hə
Son günlər metroda qiymətlərin artacağı ilə bağı məlumatlar yayılıb.
Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 v�
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin
Lənkəranda idarə etdiyi avtomobillə məktəbli bacı-qardaşı vuraraq öld
Xalq artisti Brilliant Dadaşova açıqlaması ilə diqqət çəkib.
Bir ay əvvəl Gürcüstanda ağır yol qəzası keçirən və xəstəxanada mü
Bu gün saat 13 radələrində Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadis
Beynəlxalq Muğam Mərkəzində tanınmış klarnet ifaçısı Hakim Abdullayev
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
Son hökumət iclasında Paşinyanın xidməti avtomobilinin nömrə nişanları
