“Öz atalığını təmizlə“ Günaydan Tolqaya cavab
Şou-biznes 17 Dek 2025 21:45:00 58 0
Model Günay Musayeva keçmiş həyat yoldaşı Tolqa Karelin iddialarına cavab verib.
Bu xəbəri də oxu: "Xüsusi yediyim konfet vardı, Oktay alırdı"
Son.az xəbər verir ki, bununla bağlı Günay instaqramda açıqlama yayıb. O, eks-ərinin onu narkotik aludəçiliyində ittiham etməsinə qarşı bunları söyləyib:
"Mən bir anayam və Cihangiri illərdir təkbaşına böyüdürəm. Susdum, çünki övladımı qorumaq istədim. Amma artıq görürəm ki, susmaq yoxluğu adi hala çevirir. Bir ata illərlə övladını görmürsə, yeni həyatında yeni uşaqları ilə ailə fotoları paylaşır, amma öz övladına dair bircə iz belə buraxmırsa, uşağının sağlamlığı üçün xaricdə müalicə almasına dair icazə sənədini belə göndərmirsə, buna başqa ad qoymaq olmaz. Məsələ mənim kim olduğum deyil, məsələ bir uşağın əlindən alınan haqqıdır. Mən təmizəm və bunu sübut etməyə məcbur deyiləm. Bir ananın vəzifəsi başqalarının çatışmazlıqlarını ört-basdır etmək deyil, övladının haqqını qorumaqdır. Artıq susmuram, çünki bu bir dava deyil - bu, vicdanın səsidir. Başım uca, qəlbim rahatdır. Mən keçmiş həyat yoldaşıma ictimaiyyət qarşısında bu sualları verirəm: Uşağını neçə ildir görmürsən?
Cavab verməyə ehtiyac yoxdur, mən deyim, 10 ildir. Yeni həyat yoldaşınla və həyatınla sənə xoşbəxtlik arzulayıram.
Yeni uşaqlarınla paylaşdığın fotolara sonsuz hörmətim var. Amma soruşuram, Cihangirlə bağlı paylaşım etməyinin üstündən neçə il keçdi? Cavab: Heç etməmisən. Uşağımla bağlı sosial mediada və ya hər hansısa platformada bir paylaşımın olubmu? Cavab: Olmayıb. Övladımı xaricdə müalicə etdirmək üçün səndən istədiyim icazə sənədini göndərdinmi? Niyə göndərmədin? Bu sualların hamısının cavabı eyni sözlə yekunlaşır: "Yox." Və bu "yox"lar səni göstərir. Atalığın kimi, o da yoxdu.
Marağını aradan qaldırım, mən tərtəmizəm! Amma mövzu bu, deyil. Sənin əsl ata kimi ata olmamağının ictimaiyyət qarşısında təmizləyicisi mən deyiləm. Mənim üçün heç bir təmizlik testi lazım deyil. Əsl təmizləniləsi şey sənin atalığındır. Əvvəlcə sən atalığını təmizləməyə başla".
Qeyd edək ki, Tolqa ötən gün ""Oğlum Cihangirin 18 yaşına qədər öz ölkəsində - Türkiyədə qalması daha xeyirlidir. Amma desən ki, "təmizləndim" vəbir həftə ərzində Tibbi ekspertizadan rəsmi sənəd göndərsən, bəlkə fikirlərim dəyişər" kimi fikirlərlər açıqlam yaymışdı. Onda öncə Günay isə Tolqanın Cihangir üçün icazə sənədi göndərmədiyini bildirmişdi. (olay)
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publi
Bu gün saat 20 radələrində paytaxtın Xəzər rayonunda ağır yol qəzası
Bakıda bir sıra küçə və prospektlərdə yeni tip işıqforların quraşdı
Şuşa şəhərinin D-5 yaşayış massivində ikinci mərhələ üzrə səkkiz
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvə
Hazırda 15 özəl şirkətin müdafiə sənayesi sahəsindədə lisenziya əsas
Kardioloq bayram günlərində ürək üçün gizli təhlükə barədə xəbərd
Model və müğənni Müjgan Ayxanın səsləndirdiyi açıqlamalar sosial şəb
Ağstafada uşaqların atası tərəfindən döyüldüyü iddia edilib.
Amerikanın "Consumer Reports" jurnalı 2026-cı ilin avtomobil etibar
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər
