"Qızımın 23 yaşı olacaq, elçilər gəlmir"
Şou-biznes 11 Dek 2025 06:35:00 59 0
"Elə şeylər yazırlar ki... Elə diqqətlə yanaşırlar ki, sənin görmədiyini yazırlar. Evimlə bağlı görüntü yayıldı. Hamı yazdı, tənqid etdi. Biri şərh yazmışdı ki, adam 41-45-ci ildən oxuyur, olmasın?".
Bu xəbəri də oxu: "O "dingili" havaları çalıb qabağında da rəqs etdirir"
Son.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Qonaqcanlı" verilişində deyib. Müğənni yazılan şərhlərdən danışıb.
V.Məhərrəmli qızı Əfşanla bağlı sualları cavablandırıb. O, bildirib ki, övladı onun haqqında efirdə danışmasına qadağa qoyub:
"Özümü dünyanın ən xoşbəxt adamı hiss edirəm. Çünki sağlam övladım var. Əgər övladın səhər oyanır, özü əl-üzünü yuyur, özü məktəbə gedirsə buna şükür etmək lazımdır. Allah heç bir valideyni övladla imtahana çəkməsin. Göz önündə övlad əziyyət çəkir, hər hansı bir məhdudiyyəti var, ata-ana onunla bərabər əriyir. Amma övlad sağlam olanda özünü varlı adam hiss etməlisən.
Qismətini Allah yazmalıdır. 11-12 yaşdan sonra qız övladını paylaşmaq olmaz. Mən də 12 yaşına qədər qızımı efirə apardım, paylaşdım. Qız həddi buluq yaşına çatandan sonra sən onu efirə çıxartsan, toya aparsan, artıq başqa mövzular ortaya çıxar. Başlayırlar deməyə ki, qızını göstərir ki, kimsə bəyənsin, ərə getsin. Qızımın 15 yaşı olanda Manaf Ağayevin övladının toyuna getdik. Nazilə Səfərli gəldi dedi ki, qızını toya çıxartmısan? Dedim, bu nə sözdü? Qayıtdı ki, bizdə belə deyirlər. Dedim, qızıma tezdir.
Qızımın 23 yaşı olacaq. Elçilər gəlmir. Mənim heç bir kriteriyam yoxdur. Qızım sevməlidir. Əslində xoşlamır bu haqda danışamğı. Qızım irad tutacaq ki, danışma, hər dəfə demişəm. Qızı özbaşına qoyanda ya halvaçıya, ya zurnaçıya gedər. Əsas dua edirəm ki, balalarımın qabağına yaxşı adam çıxart. Bir-birini sevsin, ürəkləri getsin. Oğlanın pul, var-dövləti yox, savadı, zəkası, perespektivi olsun. Atasının pulu var, oğlan evdə oturub, iş görmürsə, ona qız vermək lazım deyil. Sabah ata öləndə nə edəcək?". (axşam.az)
"Samsung Galaxy" istifadəçiləri yaxın gələcəkdə "Samsung
Qulaqcıqla yatmaq bir çoxları üçün rahatlıq və yuxuya tez getməyin yolu
Mütəxəssislər dondurulmuş ətin təhlükəsiz şəkildə saxlanması ilə b
Qadınların əksəriyyəti həyatlarının müəyyən dövründə vaginal infek
Populyar enerji içkilərinin həddindən artıq qəbulu insult riskini artırı
Son illər həm qadınlarda, həm də kişilərdə saç tökülməsi sürətlə
ABŞ Qida və Dərman Administrasiyası (FDA) COVID-19 peyvəndlərinin böyükl
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
Gizlin pul yığıb maşın alacaqdı... Atasına novruz bayramında supriz edə
Paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kütləvi dava baş ver
"Qarabağ" - "Ayaks" oyunu zamanı maraqlı anlar yaşanıb.
Yeni il dekorasiyaları evlərə bayram əhval-ruhiyyəsi gətirsə də, ev heyv
Meteorologiya mütəxəssisləri həyəcan siqnalı verir. Belə ki, mütəxəss
Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında siyasi mə
