İnteraz TV-nin “Azerspace-1” peyki ilə yayımı dayandırılıb
Sosial 26 Okt 2017 17:49:24 336 0
İnteraz TV: "Yayımda olan məhdudiyyət baş verən texniki nasazlıqla əlaqəlidir"
İnteraz TV-nin “Azerspace-1” peyki ilə yayımı dayandırılıb.
"Report"un məlumatına görə, təxminən, 1 saatdır kanal yayımlanmır.
İnteraz TV-dən isə "Report"a bildirilib ki, kanalın yayımında olan məhdudiyyət baş verən texniki nasazlıqla əlaqəlidir: "Hazırda problemin aradan qaldırılması istiqamətində işlər gedir. Yaxın vaxtlarda problem həll olunacaq".
Mənbə: report.az