Qazaxda mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri saxlanılıb


Sosial 26 Okt 2017 17:11:24 265 0

Qazaxda mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri saxlanılıb

Faktla bağlı cinayət işi başlanılıb

Qazax Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytinatı Eşqin Qasımovun “Report”un Qərb bürosuna verdiyi məlumata görə, rayonun Fərəhli kənd sakinləri Paşa və Həsən Əyyubov qardaşları RPŞ-yə müraciət edərək onlara məxsus 5 baş iri buynuzlu heyvanın oğurlandığını bildiriblər.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəlilər müəyyən edilib və saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Cəlilabad rayonunun Alar kənd sakinləri Kainat Əliyev və qardaşı Əzizin ətrafında aparılan tədbirlərlə onlara bu cinayətdə daha iki nəfərin köməklik etdiyi məlum olub. Görülən tədbirlərlə Fərəhli kənd sakini Tural Nəbiyev və Cəlilabad rayonunun Alar kənd sakini Gəray Eyvazov da şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılan şəxslər oğurladıqları heyvanları rayonun mal bazarında satdıqlarını, əldə olunan gəliri isə aralarında böldüklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.