Ayşe Barım haqqında həbs qətimkan tədbiri ləğv edildi
Şou-biznes 24 Okt 2025 23:28:00 90 0
Gezi Parkı hadisələrinin təşkilatçılarından biri olduğu iddiası ilə məhkəmə qarşısına çıxarılan menecer Ayşe Barım haqqında yeni qərar verilib.
Bu xəbəri də oxu: Röyanın müğənni qardaşının xanımı ilə səmimi
Son.az xəbər verir ki, İstanbul 27-ci Ağır Cinayətlər Məhkəməsi, Adli Tibb Müəssisəsinin Barımın sağlamlıq vəziyyətinin həbsxanada qalmasına uyğun olmadığı yönündəki rəyini əsas götürərək, Barım haqqında həbs qərarını ləğv edib.
Rəydə Barımın həkim nəzarətində müalicəsini davam etdirməsinin vacib olduğu, həbsxana şəraitinin isə onun sağlamlığı üçün uyğun olmadığı bildirilib. Məhkəmə həmçinin qeyd edib ki, bu mərhələdə Barım üçün tətbiq olunan "ərazini tərk etməmə" və "xaricə çıxış qadağası" kimi nəzarət tədbirləri kifayət edir.
Xatırladaq ki, Ayşe Barım İstanbul 26-cı Ağır Cinayətlər Məhkəməsində 1 oktyabr tarixində keçirilən məhkəmədə beyin və ürək xəstəlikləri səbəbi ilə nəzarət altında azad edilməyə qərar verilmişdi. Lakin prokuror qərara etiraz etmiş, məsələ İstanbul 27-ci Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Yeni qərarla prokurorun etirazı qəbul edilməyib və həbs qətimkan tədbiri ləğv edilib.
Beləliklə, Barım hazırda adli nəzarət altındadir və müalicəsinə davam etməsi tövsiyə olunur. Lalə Qüdrətova Son.az
Afrikada gigiyena məhsullarının çatışmazlığını fürsətə çevirən Ç
Alimlər minlərlə qidanı araşdıraraq ən sağlam məhsulu müəyyən edib.
Xalq artisti Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib.
"Gəzintini olduqca çox sevirəm. Buğa bürcüyəm, həyatı, yaşıllı�
Qərar iki gündür açıqlansa da, artıq hibrid avtomobillərin sifarişləri
"Gələcəkdə yaxşı insan, aktyor, ifaçı kimi xatırlanmaq istəyirəm
Təxminən 40 min il əvvəl nəsli kəsilən Neandertalların yox olmasının s
Xalq artisti Eyyub Yaqubov "İncə səhər" verilişində qonaq olub.
"Qərb ölkələri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald
Əməkdar artist Dilarə Əliyeva efirdə kövrəlib.
Rusiyalı dietoloq və endokrinoloq Elvina Binatova geniş yayılmış 5 dəqiq�
Oktyabrın 24-də Neftçala rayonu ərazisində yerləşən şadlıq sarayların
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Türkiyə Xarici İşlər Nazirliyində kadr dəyişiklikləri davam edir. Xaric
