Vüsalə məşhur müğənnini "yıxıbsürüdü": "Tərifləyib məşhurluq qazandırmasaydım, bu gün olmazdın"
Şou-biznes 15 Okt 2025 16:25:00 97 0
Teleaparıcı Vüsalə Əlizadə qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Bu xəbəri də oxu: Cabir İmanovun qızları ilə arxiv VİDEOsu kövrəltdi
Son.az xəbər verir ki, o, aparıcısı olduğu verilişdə müğənni Türkan Vəlizadənin "bostanını daşlayıb".
Buna səbəb isə ifaçının meyxanaçılarla ilə birgə efirə çıxmaq istəməməsi olub:
"Mahnılarınız yazıldı, klipləriniz çəkildi, kimlərsə tərəfindən, necəsə... Bəzənib-düzənib efirə çıxdınız. Elə bilirsiniz, sizləri toylar yaşatdı, yox, bu, belə deyil. Televiziyaların burada çox əməyi var. Bu gün bizim sizin üzərinizdə haqqımız var. Sizi bu yerlərə gətirən, tanıdan biz - aparıcılar, efir olmuşuq. Çünki mən bu gün sənin hansısa mahnını təqdim edib, sənə məşhurluq qazandırmasaydım, efirə tərifnamələr deyib gətirməsəydim, zaman ayrımasaydım, bu gün sən olmazdın. 3 mahnının yutubda izlənməsi ilə iş olmur. Bu gün sosial şəbəkələr var, o vaxt yox idi. Zamanında efirə çıxıb indi sənətkar olanlar belə deyirlər ki, bu, sizin sayənizdə olub. Heç onlar belə ədalı danışıb, özlərindən razılıq etmirlər.
Dəyişmək gözəldir, mən də bunu edirəm. Haqqında ən gözəl verilişləri, proqramları hazırlamışam. Xətrini çox istəyirəm, hörmətim var, bugünkü dəyişiminin də bir səbəbkarı mənəm. Bəlkə danar, bəlkə də yox. Türkan Vəlizadə, səni çox istəyirəm, amma bu gün "meyxanaçılarla bir efirə çıxmıram" sözü səni hörmətli etmir. Sən işini gözəl təqdim et, amma bu qazandan çörək yemisən. Sən bir meyxanaçı ilə ifanla tanınıb sevilmisən, pul qazanmısan, Türkan Vəlizadə olmusan. Meyxana sənəti Azərbaycan mədəniyyətinin, ədəbiyyatının bir növüdür.
Bu gün dövlətimiz, rəsmi qurumlar tədbirlərdə bu sahəni dəstəkləyirsə, heç kim heç kimdən nə yuxarı, nə aşağıdır. Özəlliklə də buradan çörək yediyin halda. Bu, mənə, televiziyaya və çörək qazandığın meyxana aləminə hörmətsizlikdir".
Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib.

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa bu gün Rusiyada səfə

Azərbaycanın İran ilə sərhədində gizlədilmiş külli miqdarda narkotik a

Müğənni Əbdül Xalid qalmaqallı açıqlamalar verib.

Azərbaycanda insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi

Xalq artisti Ramiz Quliyev ilə vida mərasimi 16 oktyabr tarixində saat 11:00-

Türkiyənin tanınmış müğənnisi və aparıcısı Fatih Ürek infarkt keçi

Zoonoz xəstəliklərin baş vermə riskinin aradan qaldırılması və biotəhl

Prezident Adminstrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin şəxs

Son.az Azərtac-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prez

Hərbi qulluqçular əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılmas�

"Survivor" yarışması ilə məşhurluq qazanan Aktyor Efecan Dianzen

Braziliyalı ulduz Neymar karyerasını İtaliyada davam etdirmək niyyətindəd

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ qazanacağı məbləğlə müzak
