Güllünün ölüm nədəni bəlli oldu Ekspertiza rəyi açıqlandı
Şou-biznes 14 Okt 2025 17:20:00 87 0
Türkiyəli tanınmış müğənni Güllü (Gül Tut) ilə bağlı məhkəmə-tibbi ekspertizanın yekun hesabatı açıqlanıb.
Bu xəbəri də oxu: "Komedixana"nın aktyoru ilk dəfə qızını GÖSTƏRDİ
Son.az xəbər verir ki, hesabata əsasən, müğənninin qanında yüksək miqdarda spirt aşkarlanıb, lakin zəhərlənmə və ya xarici təsir nəticəsində ölümə dair sübutlar tapılmayıb.
Ekspertiza nəticəsində Güllünün Yalovada yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinin pəncərəsindən yıxılaraq öldüyü təsdiqlənib. Onun ölümünə çoxsaylı sınıqlar, beyin qanaması və daxili qanaxmalar səbəb olub.
Yalova Ədliyyə Tibb Şöbəsi tərəfindən aparılan son araşdırmada müğənninin bədənində hündürlükdən yıxılmaya uyğun travmalar - boyun, qabırğa və ətraf sümüklərində sınıqlar, daxili orqan zədələri və beyin qanaması aşkarlanıb. Cinsi müayinədə hər hansı zorakılıq və ya xarici müdaxilə izinə rast gəlinməyib.
Toksikoloji analizlər zamanı Güllünün qanında 3,53 promil etanol müəyyən edilib.
Yekun hesabat Yalova Baş Prokurorluğuna təqdim edilib və istintaq materiallarına daxil edilib.
Xatırladaq ki, hadisə 26 sentyabr, saat 01:30 radələrində Yalovanın Çınarcık rayonunda baş verib. Güllü hadisə yerində həyatını itirib, meyiti isə yarılma üçün Yalova Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Fidan Son.az
Azərbaycanda bu ilin üçüncü rübü üzrə internet provayderləri ilə bağ

Müğənni Vəfa Şərifova etirafı ilə diqqət çəkib.

Ermənistanın baş naziri Nikol Paşinyan iş gününə məşhur rus ifaçısı

Türkiyədə təhlükəsizlik əməkdaşı gənc qızı tramvayın altına düş

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı, dramaturq

"Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal

VTB (Azərbaycan) ASC 2025-ci ilin üçüncü rübünün nəticələrini açıql

Dünyaca məşhur müğənni Katy Perry ilk dəfə Kanadanın sabiq baş naziri

Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsd

İranın paytaxtı Tehran şəhərində metro stansiyası açılıb.

"Ozon qatını dağıdan maddələr haqqında" Kiqali Düzəlişini t�

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsi

Bakıda ilk dəfə Beynəlxalq Kouçinq Sertifikatı (ICC) - SOULMIND və World

30 oktyabr 2025-ci il saat 11:00-da "Ekspert Hərrac Mərkəzi" tərə

Meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə məclislərin
