“Üzüklərin Hökmdarı”nın 3cü mövsümü gəlir


Şou-biznes 02 Avq 2025 14:00:00 79 0

“Üzüklərin Hökmdarı”nın 3cü mövsümü gəlir

"Prime Video" platformasının diqqətçəkən layihələrindən biri olan "Üzüklərin Hökmdarı: Güc Üzükləri" serialının üçüncü mövsüm çəkilişlərinə start verilib.

Son.az xarici mətbuata istinadən xəbər verir ki, növbəti mövsümün fraqmanında "Qaranlıq Lord - Sauro"nun tacının daşınması təsvir olunur ki, bu da onun yeni və daha təhlükəli planlarından xəbər verir.

Yeni mövsümün premyerası 2026-cı ilə planlaşdırılıb və yaradıcı komanda bunu serial tarixinin ən möhtəşəm mövsümlərindən biri olacağı ilə vəd edir.

3-cü Mövsümdə nələr baş verəcək?

Rəsmi sinopsisə əsasən, üçüncü mövsümdə hadisələr ikinci mövsümdən bir neçə il sonrasını əhatə edir. Bu dövr elf orduları ilə Sauron arasında gedən qızğın müharibə ilə xarakterizə olunur. Sauron (Çarli Vikers) bu dəfə Orta Dünya üzərində hökmranlıq uğrunda Tək Üzüyü yaratmağa çalışacaq.

İkinci mövsümdə "Annatar" adı altında manipulyasiya edən və Eregion uğrunda qanlı döyüşlərə səbəb olan Sauron, daha qaranlıq və təhlükəli bir obrazda geri qayıdır.

Galadriel (Morfydd Clark), Elrond (Robert Aramayo) və Gandalf (Daniel Weyman) isə bu qarşıdurmaya hazırlaşırlar. Gözlənilir ki, yeni mövsüm J.R.R. Tolkien-in Orta Dünya mifologiyasına daha dərindən toxunacaq.

Yeni simalar və süjetə əlavə intriqa

Mövsümdə diqqətçəkən yeniliklərdən biri aktyor Ceymi Kembell Bouerin (Jamie Campbell Bower) seriala qoşulmasıdır. O, Arlen adlı yeni bir cəngavəri canlandıracaq. Onun Galadriellə müttəfiq, bəlkə də romantik münasibət yaşayacaq bir xarakter olması ehtimal edilir.

Kastaya həmçinin tanınmış aktyor Eddi Marsan da daxil olub. Əsas heyətdən isə Cynthia Addai-Robinson (Míriel) və Owain Arthur (Durin IV) rollarına qayıdırlar.

Çəkiliş prosesi və rejissor heyəti

Hazırda çəkilişlər Böyük Britaniyada yerləşən Shepperton Studios-da aparılır. Rejissorluq işini Şarlotta Brändström, Sanaa Hamri və Stefan Şvarts bölüşürlər. Onların əsas məqsədi serialın epik və vizual baxımdan zəngin atmosferini qoruyub saxlamaqdır.

Reytinqlər və gözləntilər

Hərçənd ki, ikinci mövsüm izləmə müddətinə görə 60% azalma ilə qarşılaşıb, "Güc Üzükləri" hələ də Prime Video-nun ən iri və iddialı layihələrindən biri olaraq qalır. Serial tənqidçilər tərəfindən "Rotten Tomatoes" platformasında 84% bəyənmə faizi ilə qiymətləndirilib.

Yeni mövsümdə həm süjet baxımından dərinlik, həm də vizual və emosional intensivlik baxımından tamaşaçıların yüksək gözləntiləri var.

Kənan Son.az

Biz dost ölkələrlə daha çox layihələrə ümid edirik  Suriyanın energetika naziri like
  • 02 Avq 13:54  
Digərləri Biz dost ölkələrlə daha çox layihələrə ümid edirik Suriyanın energetika naziri

Qardaş Qətər dövlətinə, dost Türkiyə və Azərbaycan respublikalarına b

arrow Ətraflı
Qəzaya düşən yeniyetmə xəstəxanada öldü like
  • 02 Avq 13:32  
Digərləri Qəzaya düşən yeniyetmə xəstəxanada öldü

Qala qəsəbəsində qəzaya düşən 18 yaşlı yeniyetmə xəstəxanada ölüb

arrow Ətraflı
Goranboyda Neolit dövrünə aid maddimədəniyyət nümunələri aşkarlanıb like
  • 02 Avq 13:17  
Digərləri Goranboyda Neolit dövrünə aid maddimədəniyyət nümunələri aşkarlanıb

Goranboyda rayonun Tatarlı kəndi ərazisində Muncuqlutəpə nekropolunda arxe

arrow Ətraflı
Alparslan Bayraktardan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA like
  • 02 Avq 13:10  
Digərləri Alparslan Bayraktardan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji qaynaqlarının v

arrow Ətraflı
Yayda bu qidalardan uzaq durun: Həkimlər xəbərdarlıq edir like
  • 02 Avq 13:00  
Digərləri Yayda bu qidalardan uzaq durun: Həkimlər xəbərdarlıq edir

Yay aylarında isti hava şəraiti ilə bağlı olaraq bəzi qidaların qəbulu

arrow Ətraflı
Uşağı hava limanında qoyub, tətilə getdilər like
  • 02 Avq 12:55  
Dünya Uşağı hava limanında qoyub, tətilə getdilər

İspaniyada tətilə gedən valideynlər 10 yaşlı övladlarını Barselona hav

arrow Ətraflı
Suriyaya tədarük olunacaq qazın ümumi həcmi açıqlandı like
  • 02 Avq 12:49  
Digərləri Suriyaya tədarük olunacaq qazın ümumi həcmi açıqlandı

Suriyaya tədarük olunacaq qazın ümumi həcmi ilk mərhələdə 1,2 milyard k

arrow Ətraflı
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" like
  • 02 Avq 12:41  
Şou-biznes "İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı"

"Övladım SAT imtahanlarından 1310 bal toplayıb. Amma ADA universitetin�

arrow Ətraflı
Suriyaya qaz təchizatı layihəsində Qətər dövlətinin mühüm töhfəsi var like
  • 02 Avq 12:30  
Digərləri Suriyaya qaz təchizatı layihəsində Qətər dövlətinin mühüm töhfəsi var

Qaz təchizatı layihəsində Qətər dövlətinin də mühüm töhfəsi var. Az

arrow Ətraflı
Ənvər Seyidov vəfat etdi like
  • 02 Avq 12:25  
Digərləri Ənvər Seyidov vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov vəfat

arrow Ətraflı
Uşaqla tətilə çıxanlar üçün vacib məsləhətlər like
  • 02 Avq 12:21  
Digərləri Uşaqla tətilə çıxanlar üçün vacib məsləhətlər

Yay mövsümü ailələr üçün səyahət vaxtıdır, amma uşaqla tətilə ç�

arrow Ətraflı
İstirahət günü Bakıda 39 dərəcə isti olacaq like
  • 02 Avq 12:05  
Digərləri İstirahət günü Bakıda 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

arrow Ətraflı
27 yaşlı gəlini əri öldürübmüş  Kamp qurarkən yaxalandı like
  • 02 Avq 12:00  
Dünya 27 yaşlı gəlini əri öldürübmüş Kamp qurarkən yaxalandı

Türkiyənin Trabzon vilayətinin Beşikdüzü rayonunda dəhşətli bir hadisə

arrow Ətraflı
Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümunəsidir  Nazir like
  • 02 Avq 11:51  
Digərləri Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümunəsidir Nazir

Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümu

arrow Ətraflı