“Mən bu sənətlə qurtarmışam” deyən Rəvan Habiloğlu indi haradadır?
Şou-biznes 10 İyn 2025 20:14:00 124 0
Bir vaxtlar səsi ilə könülləri fəth edən Rəvan Habiloğlundan uzun illərdir ki, xəbər yoxdur. Efirlərdən, səhnədən, sənətdən birdəfəlik uzaqlaşan sənətçinin harada olması, nə işlə məşğul olması bir çoxlarını maraqlandırır. Vaxtilə "Dərd əlindən", "Sevənlər qovuşmadı", "Anlamadın", "Üşüdüm" kimi mahnıları ilə tanınan ifaçı artıq nə oxuyur, nə də görünür.
Bu xəbəri də oxu: "Pərvin bir çox kişilərin xəyalındakı qadındır"
Onun sənətdən uzaqlaşması, bizneslə məşğul olması, hətta ölkədən köçməsi ilə bağlı yayılan xəbərlər də bu marağı daha da artırır.
Musavat.com məsələni araşdırmaq üçün Rəvan Habiloğlunun ailə üzvü ilə əlaqə saxlayıb. Məlum olub ki, sənətçi hazırda Azərbaycandadır. Ailə üzvünün dediyinə görə, o, bir müddət xarici ölkədə istirahətdə olub və yenicə ölkəyə qayıdıb. Lakin hazırda nə işlə məşğul olduğu açıqlanmayıb.
Qeyd edək ki, Rəvan Habiloğlu Xalq artisti, kamança ifaçısı Habil Əliyevin oğludur. O, yaradıcılığında uzun fasilələrlə yadda qalıb. Müğənninin sənətdən getməsi də özü qədər maraqlı olub. Müsahibələrinin birində bu barədə belə deyirdi:
"Heç bir səbəb olmadan bir antikampaniya başladı mənə qarşı. Uğurlarım yadınızdadır. Amma birdən-birə televiziya və radioların qapısı üzümə bağlandı. Mən də məcbur çıxıb getdim".
2016-cı ildə isə "Azərbaycanlı müğənni 16 il sonra səhnəyə qayıdır" başlıqlı xəbərlər dolaşırdı. O vaxt Rəvan deyirdi ki, illər onu dəyişsə də, şou-biznes heç dəyişməyib. Və bu dəfə sənətdən birdəfəlik ayrılmamaq şərti ilə qayıtdığını bəyan edirdi. Amma yenə də olmadı. Səssizliyə qapılan müğənni 2020-ci ildə son dəfə Zaur Kamalın aparıcısı olduğu verilişə telefonla bağlanaraq atası haqqında danışmış, daha sonra isə bir daha efirlərə çıxmayacağını demişdi:
Müğənni Rahidə Baxışova qonaq olduğu efirdə kövrək anlar yaşayıb.

Hər il ali məktəblərə qəbul imtahanında nə qədər abituriyentin 700 bal

Ləzzətli və şirəli kabab hazırlamaq üçün düzgün əti seçmək, onu ma

Milli Qurtuluş Günü ilə əlaqədar 3 gün iş olmayacaq.

Meyxanaçı-müğənni Samirə Yusifqızının açıqlaması marağa səbəb olu

2023-cü ilin noyabrında çirkli pulların yuyulması və dələduzluq ittiham�

Türkiyənin ali təhsil müəssisələrində müqavilə əsasında çalışan x

Qazaxıstanda kriptokart dövrü başlayır, yəni alış-veriş və restoranda

Lənkəranda bir ailənin 5 üzvü qəzaya düşüb.

Müğənni Ayan Babakişiyeva sosial şəbəkə hesabında yasaq sevgidən yazı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çoxuşaqlı ailə anlayışı

Bakıda arvadının boşanmaq istəyini qəbul etməyən kişi onu küçənin or

Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir. Bu
