Siyasət

Öz gözündə tiri görməyən Fransa

2023-03-28 12:57:00

İllər uzunu özünü dünyaya Avropanın ən sabit, demokratik və təhlükəsiz ölkəsi imici ilə sırımağa çalışan Fransa ağır günlərini yaşayır. Özünü "demokratiyanın beşiyi" sayan ölkənin daxilində etirazlar günbəgün artır. Hadisələrin gedişi onu deməyə əsas verir ki, ölkə növbəti inqilaba sürüklənir. Paytaxt Paris də daxil olmaqla ölkəni bürüyən iğtişaşlar, sosial tələblər, diskriminasiya elementləri Fransanın, bütövlükdə Avropanın gündəmini tutub. Getdikcə nüfuzunu itirməkdə olan hakimiyyət pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan mübahisəli qanun layihəsinini ortaya atıb və bu da kütləvi tətillər və etirazlara rəvac verib.

Moskvada Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın adından iftar verilib FOTO

2023-03-28 11:02:00

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan Günü təşkil edilib və iftar süfrəsi açılıb.

Dövlət Təhlükəsizliyi Xidməti öz peşəkarlığının zirvəsindədir

2023-03-28 10:41:00

Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyətinin müəyyənləşdirilməsi idi. O, Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə qəfildən öz xidmət təyinatını dəyişmiş şəxsi heyət üçün bütün dəyərlərin yenidən qiymətləndirilməsi; yenidən təşkilatlanma ilə əlaqədar şaşqınlıq vəziyyəti səciyyəvi idi və bunlar obyektiv çətinliklər idi. Lakin bu dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı səbəbindən o zamankı Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi.

Rusiya İrəvanı "VURMAĞA" BAŞLADI

2023-03-28 10:27:00

Qarabağda yaşanan son hadisələr, Azərbaycan ordusunun Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə separatçılara qarşı keçirdiyi təmizləmə əməliyyatları dünya mediasının diqqət mərkəzindədir. Əvvəlcə ondan başlayaq ki, artıq beynəlxalq ictimaiyyət və xüsusən də mediası anlamağa başlayır ki, "Dağlıq Qarabağ" anlayışı mövcud deyil və arxivə atılıb. Bəlli olduğu kimi, illər uzunu xarici və xüsusən də Rusiya mediası bu terminlərdən geniş istifadə edib.

Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür

2023-03-28 09:55:00

Bu gün təhlükəsizlik orqanlarının əməkdaşları müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrinin təxribatlarından qətiyyətlə qoruyurlar

Qərbi Azərbaycan İcması: Qayıdış Konsepsiyası BMTnin rəsmi sənədi kimi yayılıb

2023-03-28 09:27:00

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir

2023-03-28 08:56:00

ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir.

AİBin Azərbaycanla yeni tərəfdaşlıq strategiyası tezliklə hazırlanacaq

2023-03-28 08:51:00

"Asiya İnkişaf Bankı (AİB) artıq 2024-2028-ci illər üçün Azərbaycanla yeni ölkə tərəfdaşlığı strategiyasının hazırlanmasına başlayıb".

LaçınXankəndi yolunda etiraz aksiyası

2023-03-28 08:43:00

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 107 gündür ki, davam edir.

Ordumuzun addımı son deyil: növbəti hədəf…

2023-03-27 22:08:00

Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini yenidən Bakıya dəvət edib. Əvvəlki təklif martın 13-də təqdim edilmişdi, gəlmədilər.

Ceyhun Bayramov və Karen Donfrid arasında telefon danışığı olub

2023-03-27 21:12:00

27 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırdı

2023-03-27 20:45:00

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb.

Bayden Novruz bayramı münasibətilə Azərbaycan Prezidentinə məktub göndərib

2023-03-27 18:58:00

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Əsl fransız demokratiyası: xalq "kütlə", qanun layihəsi kağız parçası olanda...

2023-03-27 18:05:00

"İkinci dərəcəli" dövlət və xalq saydığı məkanlarla insanlara sürəkli "demokratiya dərsi" keçməyə çalışan Fransanın indiki hakimiyyəti insan haqlarını hədəfə alan müstəbid kimi davranır. Rəsmi Paris üçün demokratiya, deyəsən, vətəndaşlarla istədiyi kimi davranmaq azadlığıdır.

Separatçılar "ZƏNCİRLƏNİR" Ordumuzdan

2023-03-27 16:58:00

Azərbaycan ordusu martın 25-i şərti olaraq 2054,0 yüksəkliyi adlanan strateji nöqtəni (Sarıbaba dağından 2,9 kilometr şimal-şərqdə) azad edib. Nəzaərətə götürülən yüksəklikdə mühəndislik işlərinə də başlanılıb. 

Bakı buna nail oldu Vardanyan

2023-03-27 16:00:00

Azərbaycanın istifadə etdiyi ən güclü silah siyasi rıçaqlardır.

Qərbi Azərbaycan İcması UNESCOnun Baş direktoruna məktub göndərib

2023-03-27 14:12:00

Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub göndərib.

İsrail Prezidenti bu il Azərbaycana səfər etməyi planlaşdırır

2023-03-27 12:25:00

İsrail Prezidenti İshaq Hersoq bu il Azərbaycana səfər etməyi planlaşdırır.

PAdan Qarabağ ermənilərinə daha bir təklif:

2023-03-27 10:21:00

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib.

“Ekoloji cinayətə son!”, “Stop ekoterror!”

2023-03-27 09:11:00

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 106 gündür davam edir.

İran ordusu Ermənistana girə bilər Güneyli ekspert

2023-03-27 08:59:00

İranın Naxçıvanla sərhəddə hərbi qüvvələri cəmləşdirməsi ilk növbədə təbliğat məqsədlidir. Yəni, həm ermənilərə motivasiya vermək, həm də baş verə biləcək savaşda öz ciddiyyətini göstərmək üçündür.

Ermənilər İsveç Azərbaycan oyununda təxribatlara hazırlaşırlar

2023-03-27 07:37:00

Avropada yaşayan ermənilər AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç və Azərbaycan milli komandaları arasındakı qarşılaşmada təxribatlar törətməyə hazırlaşır.

Rusiya kanalından Xankəndi ilə bağlı

2023-03-26 23:02:00

Rusiyanın Birinci kanalında yayımlanan "SSRİ əsri" verilişində Azərbaycan haqqında olan hissədə Xankəndidə yerləşən "Biz və bizim dağlar" heykəli də nümayiş etdirilib.

“Qalatasaray”ın prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib FOTO

2023-03-26 22:57:00

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın "Qarabağ" və İstanbulun "Qalatasaray" komandaları arasında xeyriyyə oyunu keçirilib.

İran İsraillə barışmağa çalışır: bəs, Bakını niyə təhdid edir?

2023-03-26 22:12:00

Qərb mətbuatı İranla İsrail arasında məxfi danışıqların başlandığına dair sensasiya xarakterli məlumat yayıb. Danışıqlar Çinin vasitəçiliyi ilə Honkonq şəhərində keçirilir. Görüşün təşəbbüskarı kimi Pekin çıxış etsə də, bu işdə Rusiyanın da maraqları hiss olunur. Çin əvvəlcə İranla Səudiyyə Ərəbistanını barışdırdı, tərəflər arasında danışıqlar Pekində həyata keçirildi. Pekin indi daha ağır işə girişib, iki qatı düşməni barışdırmaq alınmasa da, İsraillə İranı qarşıdurmadan çəkindirmək istəyir.

Corc Dik Azərbaycanın İsraildəki ilk səfirinin etimadnaməsini təqdim etməsi ilə bağlı paylaşım edib FOTO

2023-03-26 21:09:00

Otuz il əvvəl İsrailin Azərbaycandakı ilk səfiri Eliezer Yotvat etimadnaməsini Prezident Heydər Əliyevə təqdim edib.

Mehriban Əliyeva "Qarabağ""Qalatasaray" oyunundan görüntülər paylaşıb VİDEO

2023-03-26 20:57:00

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında "Qarabağ"-"Qalatasaray" oyunundan görüntülər paylaşıb.

Ermənistan prezidenti özünü biabır etdi

2023-03-26 20:50:00

Ermənistan prezidenti Vahaqn Xaçaturyan Azərbaycana əleyhinə etdiyi paylaşımında özünü gülünc hala salıb.

Sülhməramlılara aid 3 maşın Laçın yolundan maneəsiz keçib FOTO

2023-03-26 20:37:00

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

İlham Əliyev və Mehriban Əliyeva “Qarabağ” – “Qalatasaray” oyununa baxırlar

2023-03-26 20:12:00

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın "Qarabağ" və İstanbulun "Qalatasaray" komandaları arasında xeyriyyə oyunu keçirilir.

İrəvan ifşa oldu:

2023-03-26 19:58:00

Ukrayna mediası Qərb mənbələrinə istinadla bir neçə gündür Ermənistanın Rusiyanın apardığı işğalçı müharibənin birbaşa iştirakçısı olduğu haqda çox sərt məqalələrlə çıxış edir.

İran biz tərəfdən müdaxilə etsə,

2023-03-26 19:38:00

İran ordusunun Azərbaycanla sərhəddə aktivliyi - istər təlimlər, istərsə də "qəfil hərbi yoxlamalar" formasında - bir məqsədə xidmət edir: Bakıya təsir etmək.