Xəbərlərin siyahısı
2026-03-06 22:57:00
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların və kəşfiyyat xarakterli məlumatları toplanılmasının qarşısını alıb.
2026-03-06 22:42:00
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Kuimova Vera Gennadiyevna bu gün vəfat edib.
2026-03-06 21:46:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra Azərbaycana verdiyi dəstəyə görə Çex Respublikasının Baş naziri Andrey Babişə minnətdarlığını bildirib.
2026-03-06 21:15:00
ABŞ Konqresində Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif əlavə olunub.
2026-03-06 21:08:00
SEPAH generalları İranda faktiki olaraq hakimiyyəti ələ keçiriblər. Ali dini lider öldürülüb, yeni lider seçilməyib, Prezident Məsud Pezeşkianın isə səlahiyyəti yoxdur. Müharibəni aparanlar və qonşu ölkələri raket və dron atəşinə tutan SEPAH generallarıdır.
2026-03-06 21:03:00
Bayram və istirahət günlərində Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb Bakıda və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-9 dərəcə isti olacaq.
2026-03-06 20:47:00
Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
2026-03-06 20:37:00
Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında telefon danışığı olub.
2026-03-06 20:31:00
Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı olub.
2026-03-06 20:21:00
ABŞ İranın Naxçıvana pilotsuz təyyarələrinin hücumlarını pisləyib.
2026-03-06 20:17:00
Vətəndaşların yaşadığı yer üzrə qeydiyyata düşməsi qanunvericilikdə öz əksini tapsa da buna əməl etməyənlər hələ də var. Bunun nəticəsidir ki, son vaxtlar hüquq mühafizə orqanları tərəfindən bu istiqamətdə araşdırmalar gücləndirilib. Qanunların pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.
2026-03-06 20:11:00
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial media hesabında paylaşım edib.
2026-03-06 20:04:00
Təqaüddə olan Tərtərin sabiq hərbi prokuroru Arif Quliyev vəfat edib.
2026-03-06 19:58:00
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycana rəsmi səfər edəcək, eləcə də hökumətin yüksək səviyyəli nümayəndələri ilə bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
2026-03-06 19:56:00
Sabah Ramazan ayının on yeddinci günüdür.
2026-03-06 19:42:00
Sosial şəbəkələrdə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinə guya Azərbaycan Ordusuna məxsus ağır silahların yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
2026-03-06 19:34:00
Xəbər verildiyi kimi, 5 mart tarixində İran Naxçıvana dron hücumu edib. Müdafiə Nazirliyi tərəfindən yayımlanan ilk açıqlamaya əsasən İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb.
2026-03-06 19:29:00
Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
2026-03-06 18:44:00
Gürcüstanda 23 yaşlı azərbaycanlı qadın əməliyyatdan sonra ölüb.
2026-03-06 18:36:00
Bakı - Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb (bütün saatlar yerli vaxtla qeyd edilib):
2026-03-06 18:34:00
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Belarus və Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında telefon danışıqları olub.
2026-03-06 18:31:00
Azərbaycanı "Avroviziya 2026" mahnı müsabiqəsində təmsil edəcək ifaçının adı açıqlanıb.
2026-03-06 18:21:00
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Nadir Events"in təşkilatçılığı ilə görkəmli xanəndə, ustad sənətkar Hacıbaba Hüseynovun əziz xatirəsinə həsr olunmuş "Nadir muğam gecəsi" keçirilib.
2026-03-06 17:52:00
Bəzi güclü məişət cihazlarını uzatma kabelinə qoşmaq qızma və yanğın riskini artırır.
2026-03-06 17:44:00
TƏBİƏTLƏ TƏMASDA OL , ƏSRARƏNGİZLİYİ TƏSVİR ET! şüarı altında böyüyən gəncliyi təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngliyinini göstərmək və mühafizəsinə həvəsləndirmək məqsədi ilə 8-21 yaş arası uşaq, yeniyetmə və gənclər arasında elan olunmuş "QIŞ NAĞILI" adlı yaradıcılıq sərgiləri 3,4,5 mart tarixlərində hər gün saat 12:00 və saat 16:00-da olmaqla 6 bölümlə baş tutdu.
2026-03-06 17:27:00
Hazırda Rusiyada olan Müğənni Afət Həsənovanın (Fərmanqızı) barəsində cinayət işi üzrə icraatın müvəqqəti dayandırılması ilə bağlı şikayətə Ali Məhkəmədə baxılıb.
2026-03-06 17:23:00
Quba rayonunda baş verən hadisə yerli sakinlər arasında müzakirə mövzusuna çevrilib.
2026-03-06 17:20:00
Televiziyada yayımlanan xəbər proqramlarından birində maraqlı və gülməli anlar yaşanıb.
2026-03-06 17:17:00
Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan muğamı" layihəsi çərçivəsində təqdim etdiyi "Muğam dəstgahları"nda "Şüştər" və "Humayun" dəstgahları təqdim olunub. Konsert proqramında BMM-nin solistləri Nisbət Sədrayeva, Rəvanə Qurbanova və Sadiq Qasımov çıxış ediblər.
2026-03-06 16:53:00
Məlum olduğu kimi, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur. Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.
2026-03-06 16:27:00
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara limitlər ayrılıb.
2026-03-06 16:21:00
İranda baş verən son hərbi-siyasi gərginlik fonunda qlobal iqtisadiyyatda yarana biləcək qeyri-müəyyənliklər Azərbaycanın maliyyə-bank sektorunun da diqqət mərkəzindədir. Xüsusilə, müharibənin miqyasının genişlənməsi və qlobal böhran riskinin artması vəziyyətində bankların kreditləşmə siyasətində ciddi dəyişikliklərin edilə biləcəyi ehtimal olunur.
2026-03-06 16:15:00
"Öz aramızda" verilişinin canlı yayımı zamanı maraqlı an yaşanıb.
2026-03-06 15:52:00
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.
2026-03-06 15:42:00
Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də İranın Naxçıvana dron hücumu ilə bağlı Təhlükəsizlik Şurasında sərt çıxışı dünyanın aparıcı media orqanlarının diqqət mərkəzindədir.
2026-03-06 15:30:00
Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun açıqlaması marağa səbəb olub.
2026-03-06 15:26:00
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.
2026-03-06 15:20:00
ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində mülki şəxslər arasında ölənlərin sayı 1 332 nəfərə çatıb.
2026-03-06 15:12:00
Türk pop musiqisinin gənc və uğurlu adlarından biri olan Semicenk yaşadığı sağlamlıq problemi səbəbindən xəstəxanaya yerləşdirilib.
2026-03-06 15:00:00
İsrail Baş naziri Benyamin Netanyahu İranın Ali rəhbəri Əli Xameneinin məhv edilməsi hədəfini 2025-ci ilin noyabrında qoymuşdu.
2026-03-06 14:44:00
ABŞ-ın Micçiqan ştatının sakini Sue Strong uzun illər uğursuz cəhdlərdən sonra lotereyada 822 min dollar udub.
2026-03-06 14:00:00
Müğənni Nadir Qafarzadənin ikinci nəvəsi dünyaya gəlib.
2026-03-06 13:24:00
İranın İsrailə qarşı həyata keçirdiyi növbəti raket hücumu zamanı Təl-Əviv istiqamətində atılan raketlərdən birinin üzərində diqqətçəkən mesaj yazıldığı bildirilib.
2026-03-06 13:17:00
Həbsdə olan məşhur reper və prodüser Şon Kombs (P. Diddi) daha tez azadlığa çıxacaq.
2026-03-06 13:10:00
ABŞ Prezidenti Donald Tramp İranın təslim olacağını deyib və bundan sonra Kubanın da "məğlub olacağını" bildirib.
2026-03-06 13:02:00
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Zülfiyyə Hüseynova Sumqayıt Musiqi Kollecinə tədris işləri üzrə direktor müavini, Turanə Məmmədova isə Qazax Dövlət Sosial-İqtisadi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
2026-03-06 12:58:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub.
2026-03-06 12:57:00
Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
2026-03-06 12:51:00
Martın 7-də gözlənilən hava şəraiti açıqlanıb.
2026-03-06 12:43:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
