Xəbərlərin siyahısı
2025-10-08 22:22:00
Aktyor Tahir İmanov qardaşı Cabir İmanovun ölümündən sonra videoaçıqlama yayıb.
2025-10-08 22:10:00
İspaniya parlamenti İsrailə silah embarqosu tətbiq olunması barədə qərar qəbul edib. Qərar 178 lehinə, 169 əleyhinə səslə təsdiqlənib. Bu addım, Madriddə İsrailin Qəzzadakı hərəkətlərinə qarşı artan etirazların fonunda atılıb və iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirib.
2025-10-08 22:00:00
40 yaşlı milyarder, Teleqram messencerinin qurucusu Pavel Durov Qazaxıstanda qaydaları pozub.
2025-10-08 21:34:00
İspaniyada yerləşən "Asador Aupa" restoranı dünyanın ən bahalı və ən eksklüziv burgerini təqdim edib. Dəyəri 11.000 ABŞ dolları (18 700AZN) olan bu ləzzət yalnız restoranın dəvət etdiyi qonaqlara təqdim olunur.
2025-10-08 21:05:00
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Toplantısından görüntülər paylaşılıb.
2025-10-08 21:03:00
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4 üzvü xəsarət alıb. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
2025-10-08 20:15:00
Müğənni Manaf Ağayev və meyxanaçı Aqşin Fateh arasında qalmaqal daha da qızışıb. Son.az xəbər verir ki, Manaf Ağayev susqunluğunu pozub. Verilişlərin birində qonaq olan müğənni meyxanaçını hədələyib. "Mən fikir bildirmək istəmirdim, amma Aqşin xahiş elədi ki, onun xətrinə dəyim. Mənə bəlkə milyon dəfə zəng gəlib ki, o, kimdir ki səninlə elə danışır. Mən də sakitləşdirməyə çalışıram ki, bu şodur, o elə oğlan deyil, mənim xətrimi istəyən oğlandır. Aqşinin şahnaz muğamı ilə bağlı fikir bildirməyi çox gülməlidir. Elə bil ki, mən meyxana haqqında şərh verirəm. Nəfəs o muğamı oxusa mən sənətdən gedəcəyəm, yox əgər oxuya bilməsə onda sən daha meyxana deməyəcəksən" deyə müğənni bildirib. Həmin görüntüləri təqdim edirik:
2025-10-08 19:58:00
ABŞ-də yaşayan Dawon Metyus gənclik illərində yaşadığı məhkumluğa görə iş tapa bilmədiyi üçün sahibkarlığa yönəlib. 32 yaşında maliyyə sabitliyinə çatan Metyus hazırda gündə cəmi iki saat işləməklə ildə 1 milyon dollardan çox gəlir əldə edir.
2025-10-08 19:44:00
Bakıda bodibilder möcüzə nəticəsində sağ qalıb - onun ürəyi yeddi dəfə dayanıb.
2025-10-08 19:43:00
Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HAMAS arasında vasitəçilərin iştirakı ilə aparılan sülh danışıqları bu gün də davam edəcək. Son.az xəbər verir ki, oktyabrın 6-da baş tutan görüşdə HAMAS nümayəndələri girovların azad olunması prosesi, eləcə də Qəzza zolağından İsrail ordusunun çıxarılmasının mərhələləri və vaxt cədvəli ilə bağlı öz baxışlarını ortaya qoyublar. Təşkilat, İsrailin tam atəşkəsə sadiq qalacağı və qoşunlarını bölgədən tam çıxaracağı ilə bağlı narahatlıqlarını da ifadə edib.
2025-10-08 19:39:00
"Azadlıq qəzeti" facebook səhifəsində "Azərbaycan dəhşətləri Türkiyə mətbuatında səsləndirildi" başlıqlı bir video paylaşıb. Azərbaycanla bağlı hər şeyi neqativ görən Əli Kərimli və admini olduğu facebook səhifəsi həmişəki kimi anti-Azərbaycan fəaliyyətinin bir hissəsi olaraq bu videonu fürsət bilərək paylaşdı. Bununla da bir daha əsl niyyətini ortaya qoyub.
2025-10-08 19:31:00
Rusiyanın Dağıstan bölgəsi yaxın aylarda enerji çatışmazlığı riski ilə qarşılaşa bilər.
2025-10-08 19:20:00
Almaniyanın Herdecke şəhərinin yeni seçilmiş meri İris Ştalzerin evində yeniyetmə qızı tərəfindən bıçaqlandığı ehtimal olunur. Rəsmilər merin həyatının artıq təhlükədə olmadığını açıqlayıb.
2025-10-08 19:18:00
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir
2025-10-08 19:06:00
İstanbulda narkotik vasitələrdən istifadə ittihamı ilə aparılan istintaq çərçivəsində aralarında Dilan Polat, İrem Derici, Hadisə, Demet Evgar kimi məşhur adların da olduğu bir qrup şəxs ifadə vermək üçün İl Jandarma Komandanlığına aparılıb. İfadə prosesi başa çatdıqdan sonra həmin şəxslər tibbi testlər üçün Adli Tibb İnstitutuna göndərilib.
2025-10-08 18:45:00
Müğənni Ofelya Şabanova yenidən diqqət mərkəzinə düşüb.
2025-10-08 18:37:00
Paytaxtın Nizami rayonunda polis əməkdaşları keçidlərdən istifadə etməyən vətəndaşlara piyadaların həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin real görüntülərini nümayiş etdiriblər.
2025-10-08 18:19:00
"Sosial şəbəkələrdə Yardımlı rayonu İlqar Şəkərov adına Hamarkənd kənd tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı qeyd edirik ki, hazırda hüquq-mühafizə orqanları və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır".
2025-10-08 18:03:00
Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu imiş.
2025-10-08 18:00:00
Müğənni Səbinə Selcan qonaq olduğu efirdə gülüş hədəfi olub.
2025-10-08 17:56:00
Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" adlı konsert keçirilib. Konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.
2025-10-08 17:45:00
Müğənnilər Musa Musayev və Təranə Qumral paytaxt məkanlarının birində səhnə alıblar.
2025-10-08 17:40:00
İmişlidə məişətdə baş verən zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb.
2025-10-08 17:38:00
Valideynlər 207 nömrəli dövlət uşaq bağçasının rəhbəri Yeganə Sadıqovanı şikayətcildirlər.
2025-10-08 17:21:00
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, Azərbaycan Aktyorlar Gildiyasının və Azərbaycan Prodüserlər Gildiyasının dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Kino Akademiyası tərəfindən təsis edilən "Qızıl Pəri" Peşə Mükafatı üzrə 2025-ci il üçün nominasiyalara müraciət qəbulu yekunlaşıb.
2025-10-08 17:12:00
Azərbaycanda 2026-cı il yanvarın 1-dən 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına, 2026-cı il iyulun 1-dən 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müəyyənləşib.
2025-10-08 17:00:00
"Pis vərdişim olub, hamı bilir"
2025-10-08 16:41:00
Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
2025-10-08 16:15:00
Oktyabrın 8-də Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.
2025-10-08 16:14:00
Vəfa Şərifova atası ilə bağlı açıqlama verib.
2025-10-08 15:56:00
Bir müddət əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yolun hərəkət hissəsində kanalizasiya çəkilişi ilə əlaqədar qazıntı işləri aparılıb. Bunun nəticəsində yol pis günə düşüb.
2025-10-08 15:45:00
Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirilib.
2025-10-08 15:43:00
Türkiyənin Sakarya şəhərində itkin düşən və azərbaycanlı yeniyetmə tərəfindən qaçırıldığı iddia edilən 16 yaşlı qız dörd gün sonra tapılıb.
2025-10-08 15:23:00
Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa olublar.
2025-10-08 15:15:00
Polis "OnlyFans" modelinin qeyri-adi addımı ilə bağlı araşdırma aparır.
2025-10-08 15:07:00
Bu gün və sabah Drakonid meteor yağışı müşahidə olunacaq.
2025-10-08 15:00:00
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.
2025-10-08 14:55:00
Ərini ehtiyatsızlıq nəticəsində öldürməkdə ittiham olunan 39 yaşlı Raidə Mahmudovanın məhkəmə araşdırması başa çatıb.
2025-10-08 14:49:00
"Bakı Metropoliteni" QSC-nin şöbə rəisi işdən çıxıb.
2025-10-08 14:43:00
Mübariz Tağıyev, Elxan Şirinov, Nurlan Əzizbəyli və digər tanınmış ifaçılar "Nostalji mahnılar" konserti ilə çıxış edəcəklər.
2025-10-08 14:40:00
Bakıda yük avtomobili ilə avtobus toqquşub.
2025-10-08 14:35:00
"Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşü təkcə dost və qardaş xalqların növbəti görüşü deyil, eyni zamanda, türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm tarixi hadisə kimi dəyərləndirilə bilər. Cənab Prezident İlham Əliyevin bu Zirvə toplantısındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan türk dövlətləri arasında həm siyasi nüfuzu, həm iqtisadi gücü, həm də diplomatik çevikliyi ilə bu birliyin aparıcı dayaqlarından biridir. Onun sözləri bir konsepsiyanı təsdiqlədi: artıq Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, geosiyasi mərkəz statusuna yüksəlir".
2025-10-08 14:23:00
Xuliqanlıqda təqsirləndirilən Sabrina Məmmədovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
2025-10-08 14:11:00
Polis əməkdaşlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi olaraq profilaktik tədbirlər keçirməsinə baxmayaraq, sosial şəbəkələrdə hələ də bu cür qanunsuz hərəkətlərə rast gəlinməkdədir.
2025-10-08 14:10:00
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən görüşündən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
2025-10-08 13:45:00
Lalə Azərtaşın verilişində gərgin anlar yaşanıb.
2025-10-08 13:35:00
Ağstafa sakinləri rayonu iki hissəyə ayıran və 17 kəndi mərkəzlə birləşdirən körpünün istismara yararsız vəziyyətdə olmasından narazılıq edirlər.