Dünya

Avropa fəlakətə hazırlaşır, hətta ərzaq ehtiyatı da yığırlar KİV

2025-03-28 16:40:00

Avropa İttifaqı xəbərdarlıq edir: ən azı 72 saat ərzində yaşamaq üçün qida ehtiyatı saxlamaq lazımdır.

Uğur qazanmasaq, Amerika adlı gəmi batacaq

2025-03-28 16:03:00

ABŞ-də Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən iş adamı Elon Musk dövlət xərclərini 1 trilyon dollara qədər azaltmaq niyyətindədir.

Taylandda güclü zəlzələyə görə məktəbləri bağladılar

2025-03-28 15:15:00

Bu gün Taylandda baş verən zəlzələ səbəbindən məktəblər bağlanıb.

Arvadını it yuvasında saxladı, alt paltarında küçədə gəzməyə məcbur etdi

2025-03-28 15:00:00

İtaliyada kişi arvadını it yuvasında saxlayıb və onu alt paltarında küçədə gəzməyə məcbur edib.

Məşhur markanın şampunları satışdan çıxarılır Ölümcül infeksiya yayırmış...

2025-03-28 14:47:00

Məşhur brendin şampunları piştaxtalardan yığışdırılır.

Zəlzələdən sonra məscid uçdu 10 nəfər ÖLDÜ

2025-03-28 13:54:00

Myanmada baş verən güclü zəlzələdən sonra Mandalayda məscid uçub.

Bu ölkədə fövqaladə vəziyyət elan edildi Uçuşlar dayandırıldı VİDEO

2025-03-28 13:47:00

Banqkokda fövqəladə vəziyyət elan edilib.

Meloni Trampı müdafiə etdi və onu İtaliyanın "birinci müttəfiqi" adlandırdı

2025-03-28 13:26:00

İtaliyanın baş naziri Corciya Meloni ölkəsinin ABŞ və Avropa arasında seçim etməli olduğu fikrini rədd edib və ABŞ prezidenti Donald Trampı düşmən kimi görmədiyini, İtaliyanın "birinci müttəfiqi" kimi hörmət etməyə davam edəcəyini bildirib.   Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, "Financial Times"a müsahibəsində Meloni bəzi Avropa liderlərinin Donald Trampa reaksiyasını "həddindən artıq siyasi" adlandırıb.

Banqkokda bina uçdu bir nəfər həlak olub, 43 nəfər itkin düşüb

2025-03-28 13:04:00

Tailandın paytaxtı Banqkokda tikilməkdə olan 30 mərtəbəli bina uçub, nəticədə bir nəfər həlak olub və daha 43 nəfər itkin düşüb.

Putin və Kadırov arasında MÜNAQİŞƏ Yaxın Şərqin bununla nə əlaqəsi var?

2025-03-28 12:38:00

Son aylarda Çeçenistan lideri Ramzan Kadırovla Kreml və onun lideri Vladimir Putin arasında münasibətlər kəskin şəkildə pisləşib.

Moskvada terror aktına cəhd FTX hərəkətə keçdi

2025-03-28 11:55:00

Rusiyanın paytaxtı Moskvada insanların kütləvi toplaşdığı məkanlarda partlayış törətməyi planlaşdıran Rusiya vətəndaşı saxlanılıb.

7,7 bal gücündə zəlzələ oldu Əhali təşviş içində

2025-03-28 11:23:00

Myanmada 7,7 bal gücündə zəlzələ baş verib.

Ağ Evdə iftar Tramp qonaqlarını qəbul etdi

2025-03-28 11:00:00

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin ilk iftar proqramında Amerika müsəlman liderləri və bir sıra müsəlman ölkələrinin nümayəndələri ilə görüşüb.

Qazaxıstanda güclü zəlzələ oldu

2025-03-28 08:14:00

Qazaxıstanın mərkəzi hissəsində 5,2 maqitudada zəlzələ qeydə alınıb.

Zelenski ABŞa güvənibgüvənmədiyini açıqlayıb

2025-03-27 22:40:00

Müharibə şəraitində olan Ukrayna ilə müqayisədə indi bütün dünya "çox ləng" yaşayır.

İki ölkə Ukraynaya hərbi heyət göndərir

2025-03-27 20:17:00

Fransa və Böyük Britaniya yaxın günlərdə Ukraynaya birgə hərbi nümayəndə heyəti göndərəcək.

Azərbaycanlı gəncə Ukraynada yüksək vəzifə verildi

2025-03-27 19:25:00

Ukraynada yaşayan azərbaycanlı gənc Ramil Ağabəyov yeni vəzifəyə seçilib.

Şagirdlərə iPad hədiyyə olunacaq, əgər onlar... Bu ölkədə

2025-03-27 18:54:00

İngiltərə məktəblərində pik həddə çatan davamiyyət böhranının həlli üçün maraqlı üsul tapılıb.

Melaniya Trampın gəlinliyi hərraca çıxarıldı

2025-03-27 18:36:00

ABŞ-nin birinci xanımı Melaniya Trampın gəlinliyi "eBay" onlayn hərrac platformasında satışa çıxarılıb.

Al Jazeera: HƏMASın mətbuat katibi İsrail zərbəsindən sonra öldürülüb

2025-03-27 18:06:00

Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Əbdül Lətif əl-Qanua İsrail zərbəsi nəticəsində Qəzza zolağının şimalında ölüb.

Həbs edilən Qaqauziya liderindən Putin və Ərdoğana müraciət

2025-03-27 17:26:00

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul Rusiya və Türkiyə Prezidentlərinə müraciət edib.

ABŞ "TikTok" sazişi üçün Çinə güzəştə getməyə hazırdır

2025-03-27 17:10:00

ABŞ Prezidenti Donald Tramp Çinin "ByteDance" şirkətinə məxsus olan "TikTok" sosial şəbəkəsinin satışı ilə bağlı sazişin bağlanması üçün Pekinə qarşı rüsumları yumşaltmaq imkanını istisna etməyib.

Qlobal Jurnalistlər Şurası bəyanat yaydı: "Narahatıq!"

2025-03-27 16:16:00

Qlobal Jurnalistlər Şurası son dövrlərdə Türkiyədə baş verən siyasi və sosial proseslər fonunda medianın və jurnalistlərin müzakirələrin və məhkəmə qərarlarının mərkəzində olmasından dərin narahatlığını ifadə edib.

Yanğında ölən 25 yaşlı dünya çempionunun

2025-03-27 16:04:00

Uludağda hoteldə baş vermiş yanğında ölənlərdən biri Türkiyə idmançısı, xizək alpinizmi üzrə dünya çempionu Berkin Ustadır.

Ağ Evin gizli yazışmasına sızmaya görə Pentaqon rəhbəri istefa verəcək?

2025-03-27 14:50:00

ABŞ Prezidenti Donald Tramp, Yəmənə qarşı Amerika silahlı qüvvələrinin zərbələri haqqında məlumatların "Signal" mesencerindən sızması qalmaqalından sonra ölkənin müdafiə naziri Pit Heqsetin istefa verməsi ehtimallarına münasibət bildirib.

ABŞ ilə Ukrayna arasında vacib sənəd gələn həftə imzalana bilər

2025-03-27 14:14:00

ABŞ və Ukrayna nadir torpaq metalları üzrə əməkdaşlıq razılaşmasını gələn həftə imzalaya bilərlər.

Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu

2025-03-27 13:40:00

Yeni Zelandiyanın cənub adasında 6,7 ​​bal gücündə zəlzələ baş verib.

45 yaşına çatmamış şəxslər gənc hesab olunacaq YENİ QƏRAR

2025-03-27 13:37:00

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gənclik yaşını 45 yaşa qaldırıb.

"Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olacaq"

2025-03-27 13:21:00

Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçim etməli olacaq.

Tramp transgenderlərə qəzəbləndi: "Kişi DNTsi ilə doğulmusunuzsa, heç vaxt qadın olmayacaqsınız"

2025-03-27 12:58:00

"Yalnız iki cins var: kişi və qadın".   Bu sözləri ABŞ Prezidenti Donald Tramp Qadınların Tarixi Ayına həsr olunmuş tədbirdə deyib.   "Dörd uzun il ərzində bizim qadınlıq anlayışının özünü aradan qaldırmağa və onu radikal gender ideologiyası ilə əvəz etməyə çalışan bir administrasiyamız olub", - deyə Tramp bildirib.   O, bununla bağlı Bayden administrasiyasını günahlandırıb.   "Onlar hətta "ana" sözünü "insan-valideyn" ifadəsi ilə əvəz etməyə çalışıblar. Ana insan-valideyn olub. Bu, ümumiyyətlə, nə deməkdir?" - deyə siyasətçi qəzəbini dilə gətirib.   Tramp tədbir iştirakçılarına xatırladıb ki, keçən ay o, "Kişiləri qadın idmanına buraxmamaq" adlı sərəncam imzalayıb və bu sərəncam transgenderlərin qadın idmanında iştirakının qadağan edilməsinə yönəlib.   "Nə qədər cərrahi əməliyyat keçirməyiniz və ya hansı kimyəvi maddələr qəbul etməyiniz heç bir əhəmiyyət kəsb etmir, əgər bədəninizin hər hüceyrəsində kişi DNT-si ilə doğulmusunuzsa, siz heç vaxt qadın ola bilməyəcəksiniz. Siz qadın olmayacaqsınız", - deyə Donald Tramp vurğulayıb.   "Məhz buna görə də mən keçən ay kişilərin qadın idman yarışlarında iştirakını qadağan edən tarixi fərmanı qürur hissi ilə imzaladım", - deyə o əlavə edib. /Oxu.az

"Putin tezliklə öləcək"

2025-03-27 12:44:00

​Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin səhhəti ilə bağlı şayiələr fonunda onun tezliklə öləcəyini iddia edib.

Rusiya ordusunda döyüşən Xəlil Mehdiyev həlak oldu

2025-03-27 12:03:00

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.