Rayon camaatına kredit niyə yüksək faizlə verilir?
Digərləri 09 May 2025 06:06:00 112 0
Bəzi rayonlarda yaşayanlara kredit daha yüksək faizlə verilir. Mərkəzi Bankın məlumatına görə, xarici valyutada regionlara 5,65%-lə 4,3 milyard manat kredit verilib.
Bu xəbəri də oxu: 1 qaşıq yeyənlər 10 il xəstələnmir Bəhməz deyil
Son.az Xəzər TV-yə istinadən bildirir ki, dollarla ən baha kreditlərin verildiyi zonalara Mil-Muğan bölgəsi, Naxçıvan, Lənkəran-Astara, Dağlıq-Şirvan və Quba-Xaçmaz iqtisadi rayonları daxildir. Verilən kreditin faizləri isə əraziyə görə fərqlənir. Ən çox kredit faizi Mil-Muğan iqtisadi rayonunda, təxminən 16 faizdir. Ekspertlər deyir ki, manatla kredit daha münasib, az risklidir.
Bəs sözügedən rayonlarda yüksək faizlə götürülən dollar kreditlərinin səbəbi nədir?
Yatırım olaraq vətəndaşların dollara üstünlük verdiyi kimi banklar da yüksək zərurətdə öncəliyi xarici məzənnə kreditlərinə verirlər. Lakin vətəndaş üçün yüksək faizlə götürülən belə kredit çox risklidir.
İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, regionlara yönəlik kredit faizlərinin yüksək olmasında başqa faktorlar da rol oynayır.
Bəs, iqtisadi rayonlar üzrə faiz dərəcələri niyə bu qədər fərqlidir?
Bəzi ekspertlər hesab edir ki, bir iqtisadi rayonda xarici valyuta ilə 5-6, digər rayonlarda isə 15-16 faizlə kredit verilməsi də sual doğurur. Görünür, yüksək faizli kreditlər kənd təsərrüfatı sektoruna verilib. Çünki bu sektorda risklər yüksək olduğu üçün banklar kənd təsərrüfatını kreditləşdirməkdə heç də maraqlı deyillər.
Daha ətraflı videomaterialı təqdim edirik. Son.az
Tarix boyu sağlamlığın simvolu sayılan bəhməz bu gün özünə güclü b

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp partiyə qatılıb.

Bəzi bürclər deyilənləri deyil, hiss etdiklərini əsas götürür və bu d

Türkiyənin Azərbaycandakı sabiq səfiri Cahit Bağcı yüksək vəzifəyə t

Siyəzən Rayon İcra hakimiyyətinin başçısı Novruz Novruzov özünə yeni

Çimərlikdən hissələrə ayrılmış qadın meyiti tapılıb.

Qramla satılan parfümlər insan sağlamlığı üçün fəsadlar yarada bilər

Müğənni Aysun İsmayılova Moskvadan Bakıya qayıda bilməyib.

Əməkdar artist Rəşad İlyasov 83 yaşlı Xalq artisti, məşhur diktor Roza

"Biohacking atası" kimi tanınan Dave Asprey gecə saatlarında daha

31 yaşında faciəvi şəkildə ölən "One Direction" qrupunun keçm

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında 9 May - Faşizm üzəri

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
