Kəlbəcərin işğalı zamanı azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib


Siyasət 08 May 2025 21:26:00 73 0

Kəlbəcərin işğalı zamanı azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 8-də davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmədə əvvəlcə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Kəlbəcər işğal edilən zaman ermənilərin çəkdiyi videomaterialları təqdim edib. Nümayiş olunan videomaterialdan biri 1993-cü ilin mart və aprel aylarında lentə alınıb.

Həmin görüntülərdə Ermənistan hərbçiləri rabitə əlaqəsi ilə Monte Melkonyana keçirilmiş hərbi əməliyyatlar, Azərbaycanın hansı ərazilərini işğal etdiklərinə dair məlumat verir.

Kadrlarda Monte Melkonyan erməni hərbçilərdən bir neçə dəfə təkrar soruşur ki, "bu gün nə etmişik?", "bu gün indi haradayıq?", "dünən haradaydıq, nə etdik?"

Hərbçi cavab olaraq hazırda Kəlbəcərdən 20 kilometr məsafədə olduqlarını bildirir.

Videogörüntülərdə danışan Monte Melkonyan deyir ki, onlar Ağdərənin qərb hissəsindən, Ağdaban istiqamətindən hərəkətə başladılar, indi Kəlbəcərə çatıblar. "Kəlbəcəri Ermənistana birləşdirməklə bütün Qarabağ Ermənistana "birləşəcək", Ermənistana çox yollar açılacaq. Ümid edirəm azərilər (azərbaycanlılar - red.) başa düşəcək və qəbul edəcək ki, hər şey bitdi", - deyə videomaterialda "Avo" ləqəbli Monte Melkonyan bildirir.

Kadrlarda, həmçinin Monte Melkonyan azərbaycanlıların güclü müqavimət göstərib-göstərmədiyi barədə suala cavabında bildirir ki, "Bəli möhkəm xətt idi. Biz Laçın yolunu kəsib bura gəldik. Hər bir erməni başa düşsün ki, bu işdə onun iştirakı çox vacibdir. Bu ərazilər 1988-ci ildə qəbul edildiyi kimi Ermənistana "birləşəcək"".

Videomaterialda danışan Monte Melkonyan döyüş zamanı təxminən 70 nəfər azərbaycanlının öldürüldüyünü deyir.

Kadrlarda qətlə yetirilmiş azərbaycanlıların nəşləri göstərilir.

Görüntülərdə Ermənistan qoşunlarının Kəlbəcərə və ətraf kəndlərə girdiyi də nümayiş etdirilir.

Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.

Əvvəlcə çıxış edən zərərçəkmiş Zabil Səfərov ifadəsində 1993-cü aprel 4-də Ermənistan silahlı bölmələrinin Kəlbəcərə girdiyini, onları mühasirəyə aldığını deyib.

"Ermənilər məni tanka mindirib aparanda nənəm yalvardı ki, uşağı məndən ayırmayın. Amma onlar buna məhəl qoymadı. Bundan sonra nənəmi "nə vaxtsa bizim ordu bu torpaqları alacaq" sözünə görə orada öldürdülər. Nənəmi öldürəndən sonra məni Kəlbəcərin Vəng kəndinə gətirdilər. Orada da bizə işgəncə verib, sonra rayona gətirdilər", - deyə o bildirib.

Zərərçəkmiş şəxs xatırlayıb ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri girov götürdükləri qadınları təhqir edir, qoca, uşaq demədən hamıya işgəncələr verir, onları qətlə yetirirdilər.

"Ermənilər şişi qızdırıb bizim əsgərin bədənini yandırdılar.

Mən Şuşa "türmə"sində olarkən birinin bədənini yandırdıqlarının şahidi oldum. Ermənilərin bir neçə azərbaycanlını döyərək öldürdüklərini gördüm.

Həmçinin onlar 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı.

Ermənilər azərbaycanlılara o qədər işgəncə verirdilər ki, onlar dözə bilməyərək özlərini öldürürdülər.

Ermənistan ordusunun hərbçiləri qəbiristanlıqlarımızı talan edir, nəşləri qəbirdən çıxarıb təhqir edirdilər.

Mənə edilən işgəncələrə görə sağ qulağım yaxşı eşitmir, gözümdə zəiflik yaranıb. Dişlərimi qırdılar", - deyə Z.Səfərov diqqətə çatdırıb.

Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında Z.Səfərov deyib dedi ki, məhkəmədə nümayiş etdirilən videgörüntülər 1993-cü il aprelin 12-də lentə alınıb. Videodakı azyaşlı oğlan odur. Girovluqda qaldırları zaman çəkilib. Həmin görüntüdə azərbaycanlı girovlar ermənilərə çörək bişirir. Videonu Svetlana adlı ukraynalı jurnalist çəkib. Ermənilər elə görüntü yaradır ki, guya girovlara yaxşı baxırlar və onları dəyişəcəklər. Əvvəlcədən də girovlara tapşırıblar ki, işgəncə barədə bir kəlmə də danşmasınlar.

Zabil Səfərov zərərçəkmişlərin nümayəndəsinin sualına cavabda deyib ki, o, 1995-ci ilin noyabrında girovluqdan azad edilib.

İfadə verən zərəçəkmiş şəxs Nəsimi Səfərov bildirib ki, Kəlbəcər rayonunun Ağdaban kəndində ata, ana, 3 qardaş, 2 bacı, həyat yoldaşı və oğlu ilə birlikdə yaşayıb. 1989-cu il iyulun 10-da Ermənistan silahlı bölmələrinin Ağdaban kəndinə ilk hücumları olub. Hücum edənlər Ağdərə rayonunun Çapar kəndinin sakinləri olublar. Onların başçıları Çapar kəndinin kolxoz sədri, Ermənistandan bu hadisələrə başçılıq etmək üçün göndərilən "Qaqo" adlı erməni olub. 1991-ci ilin oktyabr-noyabr aylarında Ermənistan silahlı bölmələri 2 dəfə Ağdaban kəndinə silahlı hücum edib, kəndin özünümüdafiə dəstəsi isə kəndi özlərində olan ov silahları ilə müdafiə edib və ermənilər kəndi işğal edə bilməyiblər.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıraran N.Səfərov qeyd edib ki, 1992-ci il aprelin 8-də səhər saatlarında Ermənistan ordusunun hərbçiləri çox böyük bir qüvvə ilə, təxminən 1000 nəfərə yaxın hərbçi və 6 zirehli texnika ilə kəndə hücuma keçdilər: "Hücum zamanı biz təxminən 30-35 nəfər şəxs idik. Ermənistan ordusunun bölmələrinin hücumu zamanı Ağdaban kəndinin 32 nəfər sakini şəhid oldu, 9 nəfər yaralandı, 5 nəfər isə girov götürüldü. Ermənilər kənddəki evlərin təxminən yarısını yandırdılar. Onlar kənd əhalisinə məxsus mal-qaranı, evlərdə olan müxtəlif məişət əşyalarını talayaraq apardılar. Kəndin qalan əhalisi isə məcburi şəkildə Kəlbəcərin Bağırlı kəndi istiqamətində qaçdılar. Onlar kəndi məcburi şəkildə, meşələr vasitəsilə piyada olaraq tərk etdilər.

Ermənilər həm say, həm də silah-sursat baxımından dəfələrlə üstün olduğu üçün kəndi müdafiə edə bilmədik".

Zərərçəkmiş şəxsin hüquqi varisi Zamin Qurbanov Ermənistan silahlı qüvvələrinin hərbçilərinin 1992-ci il aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndlərinə silahlı hücum etdiyini bildirib.

"Həmin hücum zamanı atam Bakı Qocayev və anam Zeynəb Qocayeva yaşadıqları evdə yandırılaraq öldürülüblər.

Ermənistan silahlı bölmələrinin kəndə silahlı hücumu zamanı bibim qızı evdə olduğu zaman ev ermənilər tərəfindən yandırılıb. O da evin içində yanaraq qətlə yetirilib. Onların meyitləri demək olar ki, tamamən yanaraq kül olmuşdu. Həmin vaxt həyat yoldaşım və övladlarım ilə birlikdə Bərdə şəhərində yaşayırdım", - deyə o əlavə edib.

Zərərçəkmiş şəxslərin ifadələrindən sonra növbəti videomaterial nümayiş olunub. Həmin videoda sonradan qondarma rejimin "daxili işlər, milli təhlükəsizlik nazirləri" və "baş prokuroru" olmuş Arşavir Qaramyan hərbçilərin əhvali-ruhiyyəsinin yaxşı olduğunu deyir. Həmin videoda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və təcavüzkar müharibəni davam etdrməkdə isralı olduğu bir daha təsdiqini tapır.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında zərərçəkmiş şəxs deyib ki, həmin hücum nəticəsində əmisi Qara Qocayev yaşadığı evin yaxınlığında açılmış atəş nəticəsində güllə yaraları xəsarəti alaraq həlak olub.

"1988-ci ilin əvvəllərindən ermənilər tərəfindən Qarabağ bölgəsində yaşayan azərbaycanlılara qarşı nifrət təbliğ olunurdu, ermənilər Ağdərə-Kəlbəcər yolunu bağlayıb və oradan keçən azərbaycanlılara məxsus nəqliyyat vasitələrinə daş atırdı, əllərində olan dəyənəklərlə maşınları vuraraq sürücü və sərnişinləri təhqir edirdilər. Onların məqsədi azərbaycanlıları öz doğma yurdlarından qovmaqdan ibarət idi və bu hərəkətləri ilə onları qorxudub evlərindən çıxartmaq istəyirdilər", - deyə Z.Qurbanov deyib.

Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi İsgəndər Kərimov da ifadəsində bildirib ki, Kəlbəcər rayonu işğal olunanadək rayonda yerləşən "İstisu" sanatoriyasında həkim işləyib, Ağdaban kəndində yaşayıb.

O qeyd edib ki, Ağdaban kəndinin Ermənistan silahlı bölmələrinin hücumlarından müdafiə olunması üçün təşkil olunmuş özünümüdafiə dəstəsinə qoşulub.

Artıq 1990-cı ildən başlayaraq Ermənistan silahlı bölmələri mütəmadi şəkildə Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Ağdaban kəndini müxtəlif çaplı silahlardan atəşə tutub. 1992-ci ilin aprel ayında Ağdaban kəndində təxminən 137 ev olub, yəni kənddə 137 ailə olmaqla 700 nəfərə yaxın sakin yaşayıb.

"1992-ci il aprelin 8-də Ağdaban kəndi hər tərəfdən Ermənistan silahlı bölmələri tərəfindən müxtəlif odlu silahlardan atəşə tutuldu. Onlar Çapar kəndi tərəfdən gələrək, meşəlik və dağlıq ərazilərə keçib, kəndi tam mühasirəyə aldılar. Kəndi iri çaplı silahlardan, pulemyotlardan, digər meşəlik və dağlıq ərazidən isə avtomat silahlardan atəşə tuturdular", - deyə zərərçəkmiş şəxs bildirib.

Daha sonra ifadə verən zərərçəkmiş şəxs Müşfiq Əliyev bildirib ki, 1993-cü il martın 31-də Kəlbəcər rayonu ərazisində Ermənistan ordusunun hərbçiləri tərəfindən girov götürülüb. Sonra digər girovlar ilə birlikdə "Ural" markalı avtomobillə Xankəndi şəhərində yerləşən uşaq bağçasına aparılıb.

"1993-cü il aprelin 1-də Cəmilə Quliyeva ilə birlikdə Xankəndi şəhər uşaq xəstəxanasına aparıldım. Orada Stepanyan Edik adlı erməni həkim əvvəlcə güllə yarası almış ayağımı kəsmək istədi, sonradan isə kəsməyərək heç bir ağrıkəsici və keyidici dərman istifadə etmədən döyə-döyə əməliyyat etdi. Üç ay xəstəxanada qaldığım müddətdə həmin erməni həkimin onun üzərində eksperiment apardığını başa düşdüm", - deyə zərərçəkmiş şəxs bildirib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında zərərçəkmiş şəxs deyib ki, yaraları tam sağalmamış 5 nəfər girovla birlikdə Şuşa həbsxanasına aparılmaqla 1 il 7 ay saxlanılıb. "Bu müddətdə erməni nəzarətçiləri "Armo", "Ovik" və "Gena" qardaşları, "Slavik", "Artur", habelə adlarını xatırlamadığım digər erməni nəzarətçiləri tərəfindən mütəmadi olaraq yumruq-təpik, dəmir parçası, armatur, bel sapı, yoğun kabel və müxtəlif küt əşyalar ilə şiddətli şəkildə döyüldüm, eləcə də müxtəlif formada işgəncələrə məruz qaldım. Bəxtiyar Səfərov və adını xatırlamadığım bir azərbaycanlı girov ilə birlikdə Şuşa rayonu Malıbəyli kəndində yerləşən fermalarda zorla işlədilərək məcburi əməyə cəlb edilmişəm", - deyə M.Əliyev əlavə edib.

Zərərçəkmiş şəxs dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda bildirib ki, girovluda saxlanılan bəzi azərbaycanlılar verilən işgəncələrə dözməyərək özlərinə qəsd edib. O da buna cəhd etsə də, başa çatdıra bilməyib. Hətta işgəncələrə dözməyərək özünü yandırmaq da istəyib.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Daha sonra Ermənistan ordusunun Kəlbəcər rayonunun Başlıbel kəndini işğal etməsi ilə bağlı videomaterial nümayiş olunub.

Kadrlarda hərbi formada olan ermənilərdən biri Ermənistan hərbçilərinin özlərini çox yaxşı apardıqlarını və ruhlarının yerində olduğunu deyib. O sözünə davam edərək deyir: "Kirovabada çatacağıq, qaraçıların dediyi kimi Gəncəyə".

Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş qətliamla bağlı protokolları elan edib.

Məhkəmənin növbəti iclası mayın 12-nə təyin olunub.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (besynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. Son.az

"Fotosessiyalarıma 3 min verirəm"  Şəbnəmdən Xuramana cavab like
  • 08 May 21:13  
Şou-biznes "Fotosessiyalarıma 3 min verirəm" Şəbnəmdən Xuramana cavab

Müğənni Şəbnəm Tovuzlu həmkarı Xuraman Şuşalının onun kliplərini, m

arrow Ətraflı
Çin avtomobili almaq və almamaq üçün səbəblər like
  • 08 May 21:00  
Digərləri Çin avtomobili almaq və almamaq üçün səbəblər

Bir neçə aydır ki, Çin istehsalı olan avtomobillərə maraq artıb. 22 min

arrow Ətraflı
Əcnəbilərin Bakıda mağazada dələduzluğu şok etdi like
  • 08 May 20:45  
Digərləri Əcnəbilərin Bakıda mağazada dələduzluğu şok etdi

Yasamal rayonu Zahid Xəlilov 43 ünvanında yerləşən ərzaq mağazasında d�

arrow Ətraflı
Qabığını limonla qaynadıb için  Bütün tıxanmış damarları açır like
  • 08 May 20:29  
Digərləri Qabığını limonla qaynadıb için Bütün tıxanmış damarları açır

Xolesterini təbii üsullarla aşağı salmaq istəyənlər üçün son dövrdə

arrow Ətraflı
“İstəmirəm uşağım gündəmdə olsun” like
  • 08 May 20:16  
Şou-biznes “İstəmirəm uşağım gündəmdə olsun”

Aparıcı-prodüser Tarix Əliyev yeni doğulan qızından danışıb.

arrow Ətraflı
Yeni Roma Papası seçildi like
  • 08 May 20:14  
Dünya Yeni Roma Papası seçildi

8 may 2025-ci il tarixində Vatikan şəhərində keçirilən konklav nəticəsi

arrow Ətraflı
Azərbaycanda bu şəxslər hərbi xidmətə aparılmır like
  • 08 May 20:02  
Digərləri Azərbaycanda bu şəxslər hərbi xidmətə aparılmır

"Azərbaycanda bəzi vətəndaşlar müddətli həqiqi hərbi xidmətə ça

arrow Ətraflı
Azərbaycan və Türkiyə hərbi dənizçilik sahəsində razılığa gəldi like
  • 08 May 19:57  
Digərləri Azərbaycan və Türkiyə hərbi dənizçilik sahəsində razılığa gəldi

Azərbaycan ilə Türkiyə arasında mövcud olan hərbi əməkdaşlıq əlaqəl

arrow Ətraflı
İki nəfər pomidordan zəhərləndi like
  • 08 May 19:53  
Digərləri İki nəfər pomidordan zəhərləndi

Ağsuda iki nəfər zəhərlənib.

arrow Ətraflı
Sığorta şirkətlərinin səhlənkarlığı  50 manatınızın like
  • 08 May 19:45  
Digərləri Sığorta şirkətlərinin səhlənkarlığı 50 manatınızın

Hələ də bəzi sahələrdə təkmilləşməyə, asanlaşmaya ehtiyac var. Bunl

arrow Ətraflı
202 minə ev alıb, liftdən istifadə edə bilmir like
  • 08 May 19:33  
Digərləri 202 minə ev alıb, liftdən istifadə edə bilmir

"Malibo" MTK binasında yaşayan vətəndaşa liftdən istifadə etmə

arrow Ətraflı
Vətən müharibəsi qazisi vəfat etdi like
  • 08 May 19:25  
Digərləri Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi Mətləb Əhmədov vəfat edib.

arrow Ətraflı
Kiyevdə naməlum şəxs kütləyə atəş açdı  ölənlər var like
  • 08 May 19:22  
Dünya Kiyevdə naməlum şəxs kütləyə atəş açdı ölənlər var

Kiyev vilayətinin Soviyevskaya Borşaqovka kəndi yaxınlığında naməlum ş�

arrow Ətraflı
Anar Nağılbazın oğlundan atası ilə paylaşım like
  • 08 May 19:12  
Şou-biznes Anar Nağılbazın oğlundan atası ilə paylaşım

Mərhum reper Anar Nağılbazın oğlu Tamerlan atası ilə bağlı paylaşım e

arrow Ətraflı
Bu bürclər pulu maqnit kimi özünə çəkir like
  • 08 May 19:00  
Digərləri Bu bürclər pulu maqnit kimi özünə çəkir

Astroloqlara görə bəzi bürclər şanslı doğulublar. Onlar üçün fürsət

arrow Ətraflı