202 minə ev alıb, liftdən istifadə edə bilmir
Digərləri 08 May 2025 19:33:00 71 0
"Malibo" MTK binasında yaşayan vətəndaşa liftdən istifadə etməyə icazə vermir.
Bu xəbəri də oxu: Pomidor sürətlə ucuzlaşacaq
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, MTK-nın inşa etdiyi binanın sakini Rəna İsmayılova məsələ ilə bağlı məhkəməyə müraciət edib.
İddiaçı bildirib ki, 2022-ci ildə "Malibo" MTK-nın Nəsimi rayonunda tikdiyi binadan 202 min 130 manata mənzil alıb. Lakin bir müddət əvvəl şirkət kommunal borcların ödənilmədiyini əsas gətirərək binanın lift sistemini idarə edən brelokları bloklayıb. Bu isə vətəndaşın mənzilinə çıxış hüququnu məhdudlaşdırıb.
Ərizədə qeyd olunub ki, liftlər binanın ümumi istifadədə olan texniki sahələrinə aiddir və onlardan istifadə hüququ bütün mənzil sahiblərinə aiddir. Əgər sakinlərin hər hansı biri borcludursa, MTK yalnız həmin şəxsə qarşı məhkəmədə iddia qaldıra bilər. Amma borca görə vətəndaşın mənzilinə çıxışını məhdudlaşdırmaq hüquqi baxımdan yolverilməzdir.
İddiaçı MTK-nın bank hesabına iddia məbləği qədər həbs qoyulmasını və brelokların bloklanmasının aradan qaldırılmasını tələb edib.
Nəsimi Rayon Məhkəməsi əvvəl ərizəni geri qaytarsa da, sonradan vətəndaşın hüququnu tanıyıb. Qərarda deyilir ki, vətəndaşla şirkət arasında mülki məhkəmə icraatı yekunlaşana kimi lift brelokları blokdan çıxarılmalıdır.
Maraqlıdır ki, şikayətçi vətəndaş R.İsmayılova sosial şəbəkə hesabında etdiyi paylaşımda "Malibo" MTK-nın hələ də məhkəmə qərarını icra etmədiyini bildirib. Son.az
Kiyev vilayətinin Soviyevskaya Borşaqovka kəndi yaxınlığında naməlum ş�

Mərhum reper Anar Nağılbazın oğlu Tamerlan atası ilə bağlı paylaşım e

Astroloqlara görə bəzi bürclər şanslı doğulublar. Onlar üçün fürsət

Bakının Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsin

Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətovun cinayət işi üzrə sonu

Xəbər verdiyimiz kimi Türkmənistandan idxal edilən pomidor məhsulundan nü

"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbay

"Volvo" təhlükəsizlik problemi səbəbindən 413 mindən çox avto

Sosial şəbəkələrdə həm bəyənmə, həm də şərh dalğası yaradan self

Ziya Bünyadov prospektindən "20 Yanvar" metrostansiyası istiqaməti

Rusiya-Ukrayna müharibəsi artıq təkcə cəbhə xətti ilə məhdudlaşmır,

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə əməl

Dünyanın inkişafı ilə texnologiyaların sürətli inkişafı həyatımızda
